Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-739/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xxxx” MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə, Braun markalı ütü üçün 19 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 24 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Philips markalı Tozsoran üçün 391 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 504 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, 4 ədəd Sony markalı Playstation-4 üçün 4950 manat ödənilməmiş hissə, 990 manat dəbbə pulu olmaqla, 5940 manat, ümumilikdə 6468 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Braun markalı Ütü, Philips markalı Tozsoran, 4 ədəd Sony markalı Playstation-4 almış və nəticədə 6468 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) Braun markalı ütü üçün ümumilikdə, 24 manat olmaqla ondan, 19 manat ödənilməmiş hissə, 5 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsfnə əsasən, alqı-satqı qiyməti 594 manat (11 ay x 54 manat + 0 manat ilkin ödəniş) İM Philips markalı Tozsoran üçün ümumilikdə, 505 manat olmaqla ondan, 391 manat ödənilməmiş hissə, 113 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5140 manat (18 ay x 275 manat + 190 manat ilkin ödəniş) İM4 ədəd Sony markalı Playstation-4 üçün ümumilikdə, 5940 manat olmaqla ondan, 4950 manat ödənilməmiş hissə, 990 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 554 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Braun markalı Ütü, Philips markalı Tozsoran, 4 ədəd Sony markalı Playstation-4 almış və nəticədə 6468 manat borc yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə, Braun markalı Ütü üçün 19 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 24 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Philips markalı Tozsoran üçün 391 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu olmaqla, 504 manat, xx.xx.2019-cıı il tarixli müqavilə üzrə, 4 ədəd Sony markalı Playstation-4 üçün 4950 manat ödənilməmiş hissə, 990 manat dəbbə pulu olmaqla, 5940 manat, ümumilikdə 6468 manat borc yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə, Braun markalı Ütü üçün 19 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 24 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Philips markalı Tozsoran üçün 391 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, 411 manat, xx.xx.2019-cıı il tarixli müqavilə üzrə, 4 ədəd Sony markalı Playstation-4 üçün 4950 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, 5050 manat, ümumilikdə 5480 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə, Braun markalı Ütü üçün 19 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 24 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Philips markalı Tozsoran üçün 391 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, 411 manat, xx.xx.2019-cıı il tarixli müqavilə üzrə, 4 ədəd Sony markalı Playstation-4 üçün 4950 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, 5050 manat, ümumilikdə 5485 (beş min dörd yüz səksən beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-739/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-739/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver