Məhkəmə qərarları › İş №2(004)-745/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-745/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-745/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilimə dəymiş maddi ziyana görə 500 (beş yüz) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzili almışdır. Həmin mənzil hazırda xüsusi mülkiyyətində olmaqla istifadəsindədir və ailəsi ilə birlikdə yaşayır. Təxminən 2018-ci ilin sonlarından başlayaraq bugünə kimi yaşadığı və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilimin üstündə yerləşən və Cavabdeh məxsus və onunda istifadəsində olan 68 saylı mənzilindən mütamadi olaraq onun mənzilinə su axıdılmış və mənzilimə ciddi ziyan dəymişdir. Hətta bununla bağlı əvvəllər cavabdehə dəymiş ziyanla bağlı müraciət edilmiş və ziyan hesablanaraq mübahisəsiz halda ona ödənilmişdir. Lakin cavabdehin mənzilindən sudan düzgün istifadə etməməsi və mənzilində olan nasazlıq nəticəsində 2023-cii ilin oktyabr ayının sonundan başlayaraq mənzilimə yenidən su axıdılmışdır. Bu səbəbdən də o Yasamal rayon MKTB-nin 40 saylı MKİS-nə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında xx.xx.2023-cü il tarixdə MKİS-nin əməkdaşları mənzilə baxış keçirərək AKT tərtib etmişlər. Həmin akta əsasəndə görsənir ki, su axıdılması nəticəsində Cavabdeh məxsus və onunda istifadəsində olan 68 saylı mənzilindən su axıdılması nəticəsində mənzilimin giriş tavanı islanmış, divarda olan divər kağızları islanıb qopmuş və elektrik cihazları islanmışdır. Eyni zamanda da sanitar qovşağının tavanı tam islanmışdır. Hadisədən sonra dəfələrlə Cavabdeh qızma bu barədə danışıb bu problemi yoluna qoymaq lazım olduğunu və ona dəymiş ziyanın ödənilməsi barədə məlumat versə də cavabdeh ona əvvəlcə təmir etdirəcəyini deyərək bügiınə kimi vaxt qazanmışdı. Cavabdeh hazırda nə öz mənzilini təmir etdirib problemi aradan qaldırır nədə ki, ona dəymiş maddi ziyanı ödəmir, hətta qəsdən yayınır və hara şikayət edirsən et deyir. O, mənzilinə usta çağırdı və əl-zəhməti ilə birlikdə mənzilimin yenidən bərpası üçün 500 (beş yüz manat) manat lazım olduğunu bildirmişdir. O ona dəymiş maddi ziyanın ödənilməsi və maneənin aradan qaldırılması üçün mənzilindən su axıdılan sahəni təmir etməsi və dəymiş ziyanın ödənilməsi üçün son dəfə cavabdehə xəbərdarlıq etmək istəsəmdə alınmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli oldu. Hesab edir ki, iddia tələbim mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən öz müsbət həllini tapa biləcək. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 909 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AR ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İzmir küç., 13, M4, M.3) İddiaçı xüsusi mülkiyyətindədir. 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 59 saylı, 31 oktyabr 2023-cü il tarixli Aktdan görünür ki, Yasamal rayonu İzmir-5a, mənzil-65-də yaşayan X1 ərizəsinə əsasən yaşadığı mənzilə baxış keçirildi, həmin binanın 68 saylı mənzilində yaşayan Cavabdeh mənzilində su axıntısı olmuşdur. Su axıntısı nəticəsində 65-ci mənzilinin girişin tavanı islanmış, divarda olan divar kağızları islanıb qopmuş və elektrik cihazları islanıb, sanitar qovşağının tavanı tam islanmışdır. X1 mənzilinə təmirə ehtiyacı vardır və maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 05 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzil Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1779 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 65 saylı mənzilin mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş mə!umatları nəzəərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində küçəsində yerləşən 5a saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 68 saylı mənzildən su axıdıldığı, nəticədə 65 saylı mənzilin mətbəx və dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində küçəsində yerləşən 5a saylı evin 65 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 909,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1, mənzil 65 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üst qonşusu, hazırki iş üzrə Cavabdeh məxsus ünvan 1, mənzil 65 ünvanında yerləşən mənzildən onun mənzilinə su axıdılmış, nəticə etibarilə, 65 saylı mənzilin mətbəx və dəhliz tikintisinə ziyan dəymişdir. Məhkəmə tərəfindən təyin olunan tikinti-texniki ekspertiza ilə dəymiş ziyanın 909 manat təşkil etdiyi müəyyən olunmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 909 (doqquz yüz doqquz) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, habelə ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 909 (doqquz yüz doqquz) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar