Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7456/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit» tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə 19.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı 23.12.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirib hesab edirəm ki, sadələşmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-7456/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7456/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver