Məhkəmə qərarları › İş №2(004)-7534/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7534/2021

26.11.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7534/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, X1 Borclu qarşı “alimentin artırılması” barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X4 məhkəməyə ərizə ilə müraciət edərək, borclu X2 23 dekabr 2008-ci il təvəllüdlü Orucov TunarTural oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, hüquq barədə aşkar mübahisə mövcud olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə əmrinin verilməsinə dair ərizədən görünür ki, borcludan 23 dekabr 2008-ci il təvəllüdlü Orucov TunarTural oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilir. Hesab edirəm ki, alimentin həmin məbləğdə tələb olunması mübahisəyə səbəb ola biləcəyi üçün, məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinə görə, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Mülki Prosessual Məcəllənin: 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa, və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsasdlanırsa, bu halda məhkəmə əmri verilə bilər. 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul edilməsindən imtina üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 279.4-cü maddəsinə görə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında iddia verə bilər. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278-ci maddəsinə görə məhkəmə əmrinin formasına görə bir tərəf «kreditor», digər tərəf isə «borclu» olmalıdır. Hazırda məhkəməyə təqdim olunmuş ərizədə tərəflər «iddiaçı və borclu» kimi göstərilmişlər, lakin ərizə əmr icraatı qaydasında verilməklə yekunda məhkəmədən əmr çıxarılması xahiş olunmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldım: X1 Borclu qarşı “alimentin artırılması” ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. X3izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar