Məhkəmə qərarları › İş №2(004)-757/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-757/2023

26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-757/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq cinayət əməli nəticəsində ona dəymiş 6086 manat məbləğində maddi ziyanın tutularaq İddiaçı ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dələduzluq cinayət əməli nəticəsində ona dəymiş 5086 manat məbləğində dəymiş maddi ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özgəsinin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istiifadə etməklə, bir qrup insanların etibarından sui-istfadə edərək Türkiyə Respublikasında istirahətə getmək üçün turpaket təşkil edəcəyini yalan vəd verib aldadaraq onlardan müxtəlif vaxtlarda pul məbləğləri almaqla və beləliklə onlara ziyan vurmaqla dələduzluq etmişdir. Beləcə də, 22 may 2019-cu il tarixdə iddiaçı, həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyə Respublikasına istirahətə getmək üçün Cavabdeh 2019-cu ilin avqust ayında Antalya şəhərində 10 günlük dincəlmək məqsədilə 4 nəfərlik turpaket üçün 6936 manat müqabilində 4080 ABŞ dolları məbləğində pul vermişdir. Həmin məbləğin 850 manatını sonradan mənə qaytarmış, qalanını isə geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı və aldadılan digər şəxslər tərəfindən verilən şikayətlər əsasında Cavabdeh qızma qarşı Cinayət Məcəlləsinin 178.2,178.3 və 178.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 178.2, 178.3 və 178.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 1 (bir) il müddətinə kommersiya və ya qeyri- kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində hökm çıxarılsa da bugünədək onun tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona dəymiş maddi zayandan daha 1000 manat da ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, iddia ərizəsinə dair mülahizəsinin təqdim edilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsi tövsiyə edilmişdir. Lakin, cavabdeh iddia ərizəsinə dair mülahizəsini təqdim etməmiş və məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin ettməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Beləliklə məhkəmə iddiaçının izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-310/2022 nömrəli hökmü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2, 178.3 və 178.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 1 (bir) il müddətinə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 53 ünvanda «Nuray Turizmv MMC-in direktoru vəzifəsində işləyərkən özünü «Nuray» kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə etməklə, X2 etibarından sui-istifadə edərək Türkiyə Respublikasına istirahətə getmək üçün turpaket təşkil edəcəyini yalan vəd verib aldadaraq 22 may 2019-cu il tarixdə səhər saatlarında işlədiyi həmin ofisdə 4080 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6936 manat alıb ələ keçirərək verdiyi vədinə əməl etməyrək, zərərçəkmiş şəxs X3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cavabdeh ona qarşı irəli sürülən ittihamda özünü tam təqsirli bilərək, ifadəsində İddiaçı 4 nəfərlik turpaket üçün 6936 manat aldığını, turpaket təşkil etmədiyini və İddiaçın pulunu geri qaytara bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh X1 Türkiyə Respublikasına istirahətə getmək üçün turpaket təşkil edəcəyi barədə yalan vəd verməklə onu aldadaraq 6936 manat pulunu almış, verdiyi vədinə əməl etməyərək ona maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıdan aldığı puldan yalnız 1650 manat pulu ona geri qaytarmışdır. Cavabdeh X2 və digər zərərçəkmiş şəxslərin şikayət əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2, 178.3 və 178.4-cü maddələri ilə təqsirli bilinmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 1 (bir) il müddətinə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh hüquqazid hərəkətləri nəticəsində iddiaçı X3 iddia ərizəsində qeyd edilən məbləğdə maddi ziyan vurması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilir. Odur ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş zərərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5086 (beş min səksən altı) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 81 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5086 (beş min səksən altı) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar