Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-76/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə çəkdiyi təmir-tikinti xərcləri ilə bağlı ona dəymiş 90000 ABŞ dolları miqdarında ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə çəkdiyi təmir-tikinti xərcləri ilə bağlı ona dəymiş 90000 manat miqdarında ziyanın, habelə iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpasını təmin etmək məqsədilə 5000 manat məbləğində hüquqi yardım xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 üvanında yerləşən, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzili 2009-cu ildə X8 almış, bununla bağlı onunla "xxxx" MTK ilə aralarında müqavilə imzalanmış, həmçinin ona 29 avqust 2009-cu il tarixli maliyyə arayışı da verilmişdir. Həmin mənzil qanuni əsasla onun faktiki istifadəsinə verilmişdir və ailə üzvləri ilə birlikdə 2009-cu il tarixdən mənzili təmir etdirərək orada yaşayırlar. Mənzilin təmirinə və məişət əşyaları ilə təchizinə tərəfindən 90000 manat miqdarında xərc çəkilmişdir. Lakin, ilkin olaraq 2018-ci il tarixdə, daha sonra isə 1 may 2020ci il tarixdə Cavabdeh ona və "xxxx" MTK-ya qarşı iddia qaldıraraq, ünvan 1 üvanında yerləşən, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə dair bağlanmış xx.xx.2009 tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən İddiaçı, yəni onun çıxarılmağı və həmin mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılmasını məhkəmədən tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, X5 cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzil və qeyri iki mənzili üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmirtamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-87/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edimişdir. Həmin qətnamədən onun və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2(103)-8133/2021 saylı qərardadı ilə iddiaçı Cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair 2(103)- 6959/2021 saylı və iddiaçı X4 cavabdehlər Cavabdeh, İddiaçı və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi barədə 2(103)- 8133/2021 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK ilə X14 arasında 13 mart 2007-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlamış, müqavilə üzrə Hüseynov Zamiq MTK-da pay mülkiyyətçisi status əldə etmişdir. Müqavilə üzrə Hüseynov Zamiqin mülkiyyətinə (MTK-dan payına) ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-cimərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kvadrat metr olan 173 saylı mənzil verilmişdir. X14 MTK-dan aldığı payı mülkiyyətçi kimi Cavabdeh satmışdır. Daha sonra sözügedən müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29 avqust 2009-cu ildə mübahisəli mənzil X9, sonradan eyni tarixli sənədlərlə X15 və sonra ona - İddiaçı satılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-321/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı iş üzrə 1 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı, yəni onun verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən sxlanılması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsinin qismən- Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-cimərtəbədə yerləşən, 3 otaqlı, ümumisahəsi 152,8 kv metr olan, 173 saylı mənzilin üzərində iddiaçı X1, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi; müvafiq müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-321/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3671/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh İddiaçı qarşı "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-cimərtəbədə yerləşən, 3 otaqlı, ümumisahəsi 152,8 kv metr olan, 173 saylı mənzildən İddiaçı çıxarılması və həmin mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması hissələrində ləğv edilərək, mülki işin həmin hissələrdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisləndirlən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7283/2022 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, 1 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbuledilməklə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında Bakı şəhəri,Yasamal rayonu,YeniYasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin cavabdah "xxxx" MTK-dan tutularaq İddiaçı qaytarılması,cavabdeh İddiaçı həmin mənzildən çıxarılması və mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7283/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilərək həmin qətnamənin tamamilə ləğv edilərək, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzil 2009-cu il tarixdən onun və ailəsinin istifadəsindədir. Təmiri üçün ən keyfiyyətli və bahalı tikinti materiallardan istifadə olunmuş və yaşayış üçün hər bir avadanlıqla təchiz olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7283/2022 saylı qətnaməsi ilə mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin cavabdah "xxxx" MTK-dan tutularaq ona qaytarılması qət edilsə də onun mənzilin təmiri və təchizi üçün çəkdiyi xərc hesaba alınmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 üvanında yerləşən yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzil üçün çəkdiyim 90000 manat miqdarında məbləğ Cavabdeh tərəfindən ona ödənilməlidir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50000 manat məbləğində maddi zərərin, 10000 manat dəyərində mənəvi zərərin, ödənilmiş 271 manat dövlət rüsumunun, ümumilikdə 60271 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ilkin iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə qanunsuz və əsassız olmaqla yanaşı həqiqəti əks etdirməməkdədir. Belə ki, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan, 173 saylı mənzil barəsində uzun zamandır məhkəmə mübahisəsi olmuş, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1763/2023 saylı qərarı ilə həmin mənzilin onun mülkiyyətinə verilməsi barədə qərar qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-321/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli 173 saylı mənzil xx.xx.2007-ci il tarixli müqavilə əsasında MTK tərəfindən X2 və onun tərəfindən dəyəri tam ödənilmişdir, daha sonra 2009-cu ildə o, həmin mənzili ona, yəni Cavabdeh satmış və onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, onunla müqavilə elə X14 ilə bağlanmış tarixə (xx.xx.2007-ci il) bağlanılmışdır. Bundan başqa həmin mənzil 2009-cu ildə X7 adına rəsmiləşdirilməklə Vaqif Zeynalova, həmçinin X3, Vaqif Zeynalov özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 2012-ci ildə xx.xx.2009-cu il tarixli müqavilə əsasında İddiaçı satmışdır. Göründüyü kimi mübahisəli mənzil ilk dəfə X10, onun tərəfindən isə Cavabdeh satılmışdır. Daha sonra onlarla bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2009-cu ildə X9, sonradan eyni tarixli sənədlərlə X12 və sonra İddiaçı satılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil ona məxsus olmuşdur. Bu halda onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Odur ki, Binəqədi Rayon Məhkəməsi MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə bağladığı müqaviləni etibarsız hesab etməklə, sonuncunun mübahisəli mənzildən çıxarılmasını və mənzilin onun faktiki mülkiyyətinə qaytarılmasını qət etməklə haqlı olmuşdur. Həmçinin hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsində olan ikinci icraatda Apellyasiya İnstansiya Məhkəməsinin 2(103)-7283/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə mübahisəli 173 saylı mənzilə dair cavabdehlər İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edərkən əvvəlki apelyasiya məhkəməsinin qətnaməsi ilə eyni hüquqi əsaslardan çıxış etmiş, İddiaçı tərəfindən mənzili satın almaq üçün ödənilmiş 55008 manat məbləğində pulun MTK-dan alınaraq ona qaytarılması qərara alınmışdır. Bundan sonra AR Ali Məhkəməsinin 2(102)-1763/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7283/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Göründüyü kimi AR Ali Məhkəməsi haqlı olaraq sözügedən mənzil üzərində onun mülkiyyət hüquqlarını tanımışdır. Lakin, o sözügedən mənzili 13 mart 2007-ci il tarixindən rəsmi qaydada alqı-satqı müqaviləsi ilə aldıqdan sonra həmin mənzildə hələ də yaşaya bilməmişdir. Artıq 16 ildən artıq müddətdir ki, ailəsi ilə birlikdə kirayədə yaşayır, bu isə onlara həm maddi, həm də mənəvi cəhətdən ciddi şəkildə mənfi təsir edir. Bugünə kimi MTK və digər alıcıların qanunsuz əməlləri nəticəsində hələ də həmin mənzildə yaşamağı mümkün olmamışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışından da görünür ki, sözügedən mənzili almaq üçün 55008 manat pul ödəmişdir. Belə olan halda, 55008 manata aldığı mənzili iddia ərizəsində qeyd etdiyi kimi 90000 manata təmir etməsi kifayət qədər absurd məsələdir. Əgər iddiaçı mənzilin təmiri ilə əlaqədar müəyyən xərclər çəkmişsə də, həmin məbləğ ondan deyil, mənzili satan MTK-dan tutulmalıdır. Bu müddətlər ərzində ailəsi ilə birlikdə kirayədə yaşadığında hər ay üçün kirayə haqqı ödəyir. Bundan başqa mübahisə predmeti olan mənzil barəsində illərdir gedən məhkəmə mübahisəsi üçün həm dövlət rüsumları, həm vəkilə ödənilmiş pul vəsaiti, həm də məhkəməyə gediş-gəlişlə əlaqədar tərəfindən kifayət qədər böyük məbləğdə maddi vəsait ödənilib. Buna görə də hesab edir ki, ilk iddia üzrə İddiaçı ona dəymiş maddi ziyana grə 50000 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Həmçinin İddiaçı rəsmi şəkildə ona məxsus olan mənzildə yaşaması, hazırki mənzil barəsində uzun zamandır məhkəmə mübahisəsinin getməsi səbəbindən həm o, həm ailəsi ciddi şəkildə mənəvi cəhətdən əzab çəkir. Bu mübahisədən dolayı keçirtdiyi əsəb-stresə görə müalicə olunmuş, dərmanlara kifayət qədər pul xərcləmişdir. Buna görə də hesab edir ki, ilk iddia üzrə İddiaçı tərəfindən ona vurulmuş mənəvi zərərə görə ondan 10000 manat maddi vəsait alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ilk iddianı müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. ünvan 1 üvanında yerləşən, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzil mübahisəli mənzil olmuş, ilk iddia üzrə iddiaçı həmin mənzili təmir etdirib uzun illər orada yaşamışdır. Sonradan müəyyən edilmişdir ki, mənzilin digər sahibi də vardır. İlk iddia üzrə iddiaçı və cavabdeh arasında məhkəmə çəkişmələri olmuş və nəticədə məhkəmə qətnaməsinə əsasən mənzil ilk iddia üzrə cavabdehə təhvil verilmişdir. Mənzilin təmirinə və məişət əşyaları ilə təchizinə ilk iddia üzrə iddiaçı 90000 manat xərc çəkmişdir. İlk olaraq qeyd etmək istəyir ki, ilk iddia üzrə cavabdeh kirayə mənzildə yaşamamışdır. Belə olan halda o, kirayə müqaviləsini təqdim etməli idi. Bundan başqa həmin ərazidə kirayə mənzilin dəyəri heç 300 manat deyil. İlk iddia üzrə cavabdeh kirayə mənzildə qalmış olsa belə, kirayə haqqını ilk iddia üzrə iddiaçıdan tələb edə bilməz. Mənəvi ziyana gəldikdə qarşılıqlı iddianı həmin hissədə də qəbul etmirlər. Hesab edir ki, əslində ilk iddia üzrə iddiaçı mənəvi ziyan çəkmişdir. Həmin mənzildə təmir işləri 2019-cu ildə yekunlaşmışdır. Həmin mənzildə mebellər xüsusi olaraq quraşdırılmış mebellərdir, onları demontaj etmək və aparıb başqa yerdə istifadə etmək qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, qarşılıqlı iddianı müdafiə edir. İlk iddianı qəbul etmir. O, qəbul edir ki, ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçının təqsiri üzündən kirayə mənzildə yaşamamışdır. Lakin ilk iddia üzrə iddiaçının həmin mənzildə apardığı təmir işlərinin pulunu ilk iddia üzrə cavabdehdən tələb etməsi də düzgün deyil. Belə ki, ilk iddia üzrə iddiaçının həmin mənzildə təmir işləri ilə əlaqədar xərcləri çəkməsində ilk iddia üzrə cavabdehin təqsiri yoxdur. Mülki Məcəllənin müvafiq maddəsinə göstərilir ki, bir şəxsin başqa şəxsdən dəymiş ziyanı mülki qaydada tələb etməsi üçün həmin şəxsin hərəkətlərində digər şəxsə qarşı mülki hüquq pozuntusu (delikt) olmalıdır. İlk iddia üzrə iddiaçının həmin mənzildə illərdir yaşayaraq, həmin mənzili təmir etdirməsində ilk iddia üzrə cavabdehin təqsiri yoxdur. Hal-hazırda da ilk iddia üzrə cavabdeh həmin mənzilə hələ köçməmişdir. Burada əsassız varlanmadan söhbət gedə bilməz. Çünki ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus olan məişət əşyaları və təmiri istəmir və dəfələrlə ona müraciət etmişdir ki, ona məxsus olanları aparsın. Həmin mənzildə mebellərin demontaj edilməsinin və başqa yerdə istifadə edilməsinin qeyri-mümkünlüyü artıq hesab edirlər ki, İddiaçı problemidir. Bundan başqa qeyd edir ki, məhkəmə qətnaməsi ilə ilk iddia üzrə iddiaçıya həm mənzilinin dəyərinin verilməsi qət edilmiş, digər tərəfdən də ilk iddia üzrə iddiaçı zərərçəkmiş şəxs kimi digər mənzillə təmin edilmişdir. Hesab edirlər ki, İddiaçı "xxxx" MTK-nın təqsiri ucbatından ziyan dəymişdir və dəymiş ziyanın ödənilməsini həmin MTK-dan tələb edə bilər. Bu işlər yekunlaşdıqdan sonra ilk iddia üzrə cavabdeh evi özünə uyğun yenidən təmir etdirəcək. Onda olan məlumata əsasən, ilk iddia üzrə cavabdeh 10 ildən artıqdır ki, mhkəməyə təqdim edilən arayışda qeyd edilən ünvanda kirayədə yaşayır. Həmin dövrdə ilk iddia üzrə cavabdeh kirayə mənzildə yaşamışdır. Bununla bağlı arayışı məhkəməyə təqdim etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzildən çıxarılması, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən və iddiaçı X4 cavabdehlər "xxxx" MTK-ya, X11, Orhan Akdoğana, X17, X10, Cavabdeh, X13, İddiaçı və X9 qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə maneə olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş apellyasiya şikayətinə baxılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən – “ ”Yeni Yasamal” MTK tərəfindən ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, 173 saylı mənzili üzərind iddiaçı X1, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi və iddiaçı X4 həmin mənzildən istifadə etmək, həmin m ənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; cavabdeh ”Yeni Yasamal” MTK ilə binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, 173 saylı mənzilə dair cavabdeh X14 ilə bağlanılan 13 mart 2007-ci il tarixli, Cavabdeh ilə bağlanılmış 13 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi” hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3671/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən – “Cavabdeh İddiaçı qarşı "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 6 ünvanda yerləşən yaşayış binasının 173 saylı mənzilindən İddiaçı çıxarılması və həmin mənzilin Cavabdeh faktiki mülkiyytinə qaytarılması” hissələrində ləğv edilərək mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı qaytarılması, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzildən çıxarılması və mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 444 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 271 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5934 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən 173 saylı mənzildə yerinə yetririlmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 68212,2 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh bakı şəhəri, ünvan 8 ünvanında 2015-ci il tarixdən kirayə olmaqla, qeydiyyatsız yaşayır. İş materiallarında olan “Kristal Abşeron” (təqdim edən) və İddiaçı (qəbul edən) arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, təqdim edən Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən yaşayış kompleksində layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blok, 5-ci mərtəbəsində yerləşən 26 saylı 3 otaqlı 75,51 kv.m ölçülü təmirsiz mənzili əvəzsiz olaraq qəbul edənin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış “De Fendo” Vəkil bürosu hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 270 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla, cəmi 2000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 2000 manat məbləğində vəsaiti “De Fendo” Vəkil bürosunun hesabına ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan, 173 saylı mənzil barəsində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında uzunmüddətli məhkəmə mübahisəsi olmuş və yekun olaraq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzilin dəyəri olaraq ödənilmiş 55008 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı qaytarılması, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152,8 kv.m olan 173 saylı mənzildən çıxarılması və mənzilin Cavabdeh faktiki mülkiyyətinə qaytarılması qət edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin onun sahibliyində və istifadəsində olduğu dövr ərzində Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə çəkdiyi təmir-tikinti xərclərinin əvəzi olan 90000 manat miqdarında ziyanın, habelə iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpasını təmin etmək məqsədilə 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 50000 manat məbləğində maddi zərərin, 10000 manat dəyərində mənəvi zərərin, ödənilmiş 271 manat dövlət rüsumunun, ümumilikdə 60271 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə ilkin iddia ərizəsinə münasibət bildirərək, qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzil ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmir olunduqdan sonra məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Belə olan halda, hazırda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə ilkin iddia tələbinin mənzilin təmiri ilə bağlı çəkilmiş xərcin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehdən təmir xərcinə görə 90000 manat məbləğində vəsait tələb etdiyindən mübahisənin düzgün həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5934 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbəsində yerləşən 173 saylı mənzildə yerinə yetririlmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 68212,2 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunu və tədqiqatın aparıldığı sənədlərdən də görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertiza mərkəzinin ekspert rəyi inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır və ilkin iddia üzrə Cavabdeh Yasamal MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kv metr olan, 173 saylı mənzilə ilkin iddia üzrə İddiaçı çəkdiyi təmir-tikinti xərclərinin iddia tələbində qeyd etdiyi 90000 manat miqdarında deyil, ekspert rəyində qeyd edildiyi kimi 68212,2 manat məbləğində tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş xərcin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı 5000 manat məbləğində hüquqi yardımla bağlı xərci tələb etsə də, iş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış “De Fendo” Vəkil bürosu hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 270 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli qəbzlə İddiaçı hüquqi yardımla bağlı 2000 manat məbləğində vəsait ödədiyi görünür. Qalan məbləğlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, ilkin iddia tələbi bu hissədə də qismən əsaslı olduğundan, qismən - 2000 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasəm iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını, iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd edilən tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, yəni qarşılıqlı iddia tələbi özü-özlüyündə əsaslı olmuş, lakin iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh öz mülkiyyətindən uzun müddət ərzində məhrum olması və bunun nəticəsində maddi ziyana düşməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı deyil, "xxxx" MTK-nın bir mənzili qanunsuz olaraq bir neçə şəxsə satmasında ifadə olunan təqsirli hərəkətlərinə görə olmuşdur. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından da göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Hazırki iş üzrə qeyd olunan halın qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin qarşılıqlı iddia üzrə cavabdeh qismində qeyd edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 68212,2 (altmış səkkiz min iki yüz on iki manat iyirmi qəpik) manat pul və hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 68212,2 (altmış səkkiz min iki yüz on iki manat iyirmi qəpik) manat pul və hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-76/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-76/2024
08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver