Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-769/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelobank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4014,74 manat əsas, 420,34 manat faiz, cəmi 4435,08 manat borcun və 64,35 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yelo Bank ASC ilə Cavabdeh1 arasında 23.04.2019-cu il tarixdə 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən 24 ay müddətinə, illik 28% olmaqla, 23.04.2021-ci il tarixinədək 5000 manat məbləğində kredit verməyi, borcalan isə öz növbəsində kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 24 ay müddətinə, sonuncu ay 274,54 manat, hər ay 274,44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.03.2019-cu il tarixli məxaric qəbzinə əsasən müəyyən olunur ki, Cavabdeh1 5000 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olanY elo Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.04.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, müqavilənin predmeti 23.04.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan 24.04.2020-ci il tarixli 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, kreditin müddəti 23.07.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 29.09.2020-ci il tarixli 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə sazişdən görünür ki, kreditin müddəti 23.10.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 29.09.2020-ci il tarixli 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 ilk 3 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 426,16 manat, hər ay 428, 57 manat olmaqla cəmi 4548,13 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.04.2019-cu il tarixli, 23-MZ-1-0-779-19 saylı Zaminlik müqaviləsinə 29.09.2020-ci il tarixli1 saylı Əlavə sazişə əsasən müəyyən olunur ki, Cavabdeh2 kreditin müddətinin 23.10.2021-ci il tarixədək uzadılmasına etiraz etməmişdir. İş materiallarında olan 22.02.2021-ci il tarixli 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən müəyyən olunur ki, kreditin müddəti 31.01.2022ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 22.02.2021-ci il tarixli 23-MZ-1-0-779-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh1 ilk 3 ay güzəşt tətbiq edilməklə, sonuncu ay 579,09 manat, hər ay 582,15 manat olmaqla cəmi 4974,57 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.04.2019-cu il tarixli, 23-MZ-1-0-779-19 saylı Zaminlik müqaviləsinə 22.02.2021-ci il tarilxi1 saylı Əlavə sazişə əsasən müəyyən olunur ki, Cavabdeh2 kreditin müddətinin 31.01.2022-ci il tarixədək uzadılmasına etiraz etməmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli maliyyə arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 4014,74 manat əsas, 420,34 manat faiz borcu olmaqla, cəmi 4435,08 manat borcu vardır. İş materiallarında olan YeloBank ASC-nin cavabdeh ünvanladığı 18.10.2021-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh1 və Cavabdeh2 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4014,74 manat əsas, 420,34 manat faiz, cəmi 4435,08 manat borc və 64,35 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, cavabdehlər isə borcunu ödəməyərək öhdəliklərini yerinə yetirməmişlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəlllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4014,74 manat əsas, 420,34 manat faiz borcu olmaqla, cəmi 4435,08 manat borc və 64,35 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-769/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-769/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver