Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7695/2021 27.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı “Expressbank" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Expressbank" kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 05.08.2019-cu il tarixli RPF-00746-16/19A saylı kredit müqaviləsi üzrə 2363,75 manat əsas borc, 383,85 manat faiz borcu olmaqla, cəmi 2747,60 manat məbləğində borcun və 47,88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 15.05.2019 ci ildə İddiaçı ASC-dən 3000 azn kredit götürmüşdür. 2020-ci il mart ayı daxil kreditlərini vaxtında ödəmişdir. Pandemiya ilə ilaqədar iş yeri bağlandığından kreditii ödəyə bilməmişdir. 03.02.2021-ci il tarixdə Expressbank tərəfindən krediti restrukturizasiya edilərək 2615 azn məbləğində yeni kredit xətti acılmışdır. Çətinliklə də olsa 3 ayını tam ödəmiş, sonraki aylarda minimal olarag 50 manat ödəniş etmişdir. İyun ayında Mall-lar fəaliyyətini bərpa etmiş, lakin əmək haqqı pandemiyadan əvvəlki dönəmə münasibətdə 50% aşağı salınmışdır. Hər ay minimal 50 manat ödəniş edəcəyinə vəd verərək, ailə vəziyyəti və pandemiya ilə bağlı olan halları nəzərə alıb mümkün olan güzəştlər edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilmiş lakin, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 470, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 03.02.2021 il tarixli, 105819-291199/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 2615 manat məbləğində kredit verilmişdir. Bank və Cavabdeh1 arasında bağlanmış 03.02.2021 il tarixli, 105819-291199/5 nömrəli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 26.11.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2363.75 manat məbləğində əsas borcu və 383.85 manat faiz borcu olmaqla, cəmi 2747.60 manat məbləğində kredit borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 472-ci maddəsində də müvafiq olaraq deyilir ki, zaminlik müqaviləsində zamin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 2363,75 manat əsas borc, 383,85 manat faiz borcu olmaqla, cəmi 2747,60 manat borc və 47,88 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2363,75 manat əsas borc, 383,85 manat faiz borcu olmaqla, cəmi 2747,60 (iki min yeddi yüz qırx yeddi manat 60 qəpik) manat borc və 47,88 (qırx yeddi manat 88 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı “Expressbank" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-7695/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7695/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver