Məhkəmə qərarları › İş №2(004)-784/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-784/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-784/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2792,92 manat məbləğində əsas borc, 335,27 manat məbləğində faiz borcu, 49,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3178,05 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “İddiaçı ASCdən illik 20 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2020-dək Cavabdeh banka xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsi üzrə 2792.92 manat əsas borc, 335.27 manat faiz borcu və 49.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3178.05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, doğrudur, o, bankdan kredit götürmüşdür. Lakin krediti yaxın qohumu üçün götürdüyündən, pulu bankdan götürüb ona təhvil vermişdir. Sonra qohumu işdən çıxarıldığı üçün krediti ödəyə bilməmişdir. Borcu etiraf edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 6-Y-2-0-3243-19 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün illik 20% ödəmək şərtilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 6-Y-2-0-3243-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 2792,92 manat məbləğində əsas borc, 335,27 manat məbləğində faiz borcu, 49,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3178,05 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 6-Y-2-0-3243-19 saylı kredit müqaviləsi üzrə 2792,92 manat məbləğində əsas borc, 335,27 manat məbləğində faiz borcu, 49,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3178,05 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2792,92 manat məbləğində əsas borc, 335,27 manat məbləğində faiz borcu, 49,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3178,05 (üç min yüz yetmiş səkkiz manat beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar