Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-793/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən 22 faizlə 36 ay müddətinə 3300 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2020-ci ilədək Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2806,07 manat əsas borc, 354,55 manat faiz borcu və 53,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3213,97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh «xxxx» ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2806.07 manat əsas borcun, 354.55 manat faiz borcunun, 53.35 manat cərimə borcunun, ümumilikdə 3213.97 manat borcun, 30 manat dövlət rüsumunun tutulması və «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildiriş cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3300 manat kredit götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə xx xxxxxxx 2020-ci ilədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2806,07 manat əsas borc, 354,55 manat faiz borcu və 53,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3213,97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə iddiaçı «xxxx» İKB ASC («xxxx» ASC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24-Y-2-0-1364-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə iddiaçı «xxxx» İKB ASC («xxxx» ASC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24-Y-2-0-1364- 19 nömrəli kredit müqaviləsi ləğv edilməli; Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2806 (iki min səkkiz yüz altı) manat 07 (yeddi) qəpik əsas borc, 354 (üç yüz əlli dörd) manat 55 (əlli beş) qəpik faiz borcu, 53 (əlli üç manat) 35 (otuz beş) qəpik cərimə borcu olmaqla, ümumilikdə 3213 (üç min iki yüz on üç) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı «xxxx» İKB ASC («xxxx» ASC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24-Y-2-0-1364-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2806 (iki min səkkiz yüz altı) manat 07 (yeddi) qəpik əsas borc, 354 (üç yüz əlli dörd) manat 55 (əlli beş) qəpik faiz borcu, 53 (əlli üç manat) 35 (otuz beş) qəpik cərimə borcu olmaqla, ümumilikdə 3213 (üç min iki yüz on üç) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-793/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-793/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver