Məhkəmə qərarları › İş №2(004)-794/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-794/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-794/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25100 (iyirmi beş min yüz) manat pulun və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, tanıdığı və turizm fəaliyyəti ilə məşğul olan Cavabdeh 2020-ci ilin may aylarında ona müraciət edərək turizm sahəsində yaxşı gəlir əldə etmək mümkün olduğunu bildirmişdir. Daha sonra turizm sahəsinə pul yatızdırmağı təklif edərək ondan 20000 ABŞ dolları məbləğində pul vəsaitini istəmişdir. O, öz növbəsində Bakı şəhəri 38 saylı notariat ofisində ona ilk öncə xx.xx.2020-ci il tarixdə 20000 manat pul vəsaitini kredit müqaviləsi əsasında, daha sonra isə həmin günü axşam radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında əlavə olaraq 10000 manat pul vəsaitini ona vermişdir. Lakin 10000 manat vəsaiti alarkən, ona notariusa getməyi ehtiyac olmadığını sadəcə kağız üzərində pulun almasını təsdiq edən iltizam yazmışdır. Həm notariusda və həmçinin kağızda yazılana əsasən Cavabdeh ona verilən pul vəsaitini 01 ay müddətində qaytarmağı vəd vermişdir. Bir müddət keçdikdən sonra Fərhad ondan yaşadığı ünvana gələrək əlavə olaraq 4000 manat məbləğində pul vəsaiti almış, lakin həmin vəsaitin götürülməsinə dair hər hansı sənəd təqdim etməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh pul alan dövrdə turizm fəaliyyəti işlə məşğul olmurdu, digər şəxslərə borcu olmuşdur və onu aldadaraq öz borclarını bağlmaq məqsədi ilə ondan hissə-hissə olmaqla 34000 manat pul vəsaitini ələ keçirtmişdir. İlk öncə Cavabdeh hərəkətlərindən tərəfindən Nəsimi RPİ-nə şikayət ünvanlanmış və araşdırma müddətindən Cavabdeh aldığı pulları öz izahatında etiraf etmişdir və borcun bir hissəsini, yəni 8900 manatı ona geri qaytarmışdır. Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 10 mart 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarı əldə etdikdən sonra ona verilmiş pul vəsaitinin qalan hissəsini məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, cavabdehə cəmi 34000 manat məbləğində pul vəsaiti verilmiş, həmin məbləğdən 8900 manat pul onlara geri qaytarılmış, hazırda isə ödənilməmiş 25100 manat məbləğində pul vəsaiti qalmışdır. Sübut kimi notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi, cavabdehin yazılı iltizamı və Nəsimi RPİ-də verdiyi etirafedici izahatı ilə bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 20000 manat məbləğində pul borca vermiş, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. Kredit müqaviləsi Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli iltizamından görünür ki, o, 01 iyun 2020-ci il tarixdə 10000 manat pulu 30 iyun 2020-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı borc olaraq almışdır. Həmin pulu o, İddiaçı 30 iyun 2020-ci il tarixindən gec olmayaraq qaytarmağı öhdəsinə götürmüşdür. İltizami özü yazmışdır, yazılan zaman ona heç bir təzyiq göstərilməmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədovun 10 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh izahat verərək bildirmişdir ki, o, turizim sahəsində təhsil almış, İddiaçı 04 il olar ki tanıyır. Onunla yaxın dost münasibətləri olmuşdur. O, turizim sahəsini genişləndirmək istəyirdi. Bu barədə Teymurla söhbət etmiş və xahiş etmiş ki, ona ilk 34000 manat pul versin, sahəni genişləndirdikdən sonra ona qazancdan pul verər və Teymur onunla razılaşmışdır. Ona xx.xx.2020-ci ildə 38 saylı notarusda kredit müqaviləsi bağlayaraq 20000 manat pul vermiş, əlavə olaraq 10000 manatı kağıza yazmış vermiş, 4000 manatı isə yaşadığı ünvanın qarşısında ona vermişdir. Lakin pandemiya səbəbi ilə onun işləri yaxşı getməmişdir. Ümumi turizim sahəsi iflasa uğramış, ona görə də o, həmin pulu qaytara bilməmişdir. O, söz verir ki, həmin pulu xx.xx.2021-ci il tarixədək qaytaracaq. Həmin qərara əsasən Cavabdeh tərəfindən 6700 manat, sonra isə 2700 manat, cəmi 9400 manat pul ödənilməsinə dair qəbzlər toplanmış materiala əlavə edilmişdir. İddiaçı etibarından suiistifadə etməklə dələduzluq niyyəti ilə onun pulun ələ keçirməsi faktını təsdiq edən, kifayət qədər sübutlar olmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığı halda, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında baş vermiş mülki mübahisə ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 20000 manat məbləğində borc vermişdir. Həmin günün axşamı Cavabdeh İddiaçı evinə gələrək əlavə 10000 manat borca pul götürmüş və bu barədə yazılı iltizam vermişdir. Bir müddət sonra iddiaçı əlavə 4000 manat pulu yaşadığı ünvanın qarşısında cavabdehə vermiş, lakin bu barədə hər hansı sənəd təqdim etməmiş, bu hal cavabdehin Nəsimi RPİ-də izahatı alınarkən etiraf edici izahatı ilə təsdiq edilir. Cavabdeh indiyədək həmin borcundan cəmi 8900 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Sözü gedən bu hal iddiaçının etirafedici izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehin ona 25100 manat məbləğində borcun olmasını etiraf etmişdir. Lakin iş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədovun 10 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cavabdeh tərəfindən ümumilikdə 9400 manat pul iddiaçıya ödənilmişdir. Məhkəmə iddia tələbinin ümumilikdə 25100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən ümumi 9400 manat pulun iddiaçıya ödənilməsini nəzərə alaraq, Cavabdeh 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında 20000 manat məbləğinə münasibətdə kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun 02 faizi, yəni 03 (üç) manatı iddiaçıya aid edilməli, qalan 98 faizi, yəni 162 (yüz altmış iki) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun 2 faizi, yəni 03 (üç) manatı iddiaçıya aid edilsin, qalan 98 faizi, yəni 162 (yüz altmış iki) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar