Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-795/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “daşınmaz əmlaka dair bağlanmış etibarsız icarə müqaviləsinə görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər X1 və Cavabdeh1 qarşı “daşınmaz əmlaka dair bağlanmış etibarsız icarə müqaviləsinə görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş vəsatətdən görünür ki, məhkəmənin hazırlıq mərhələsində cavabdehlərdən Cavabdeh1 qeydiyyat ünvanının ünvan 1i aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh olan Şükürlü Ağa Yaqubəli oğlunun rəsmi qeydə alındığı yer Bakı şəhəri, Səbail rayonu, Mətbuat pr.,4, 133-dür. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə digər Cavabdeh2 rəsmi qeydə alındığı yer Sədərək rayonudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə mülki işi aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 rəsmi qeydə alındığı ünvan Səbail rayonu olduğundan və iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş vəsatəti nəzərə alaraq, məhkəmə tərəfindən işin obyektiv və ərazi aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 44-45, 263-264 və 266-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “daşınmaz əmlaka dair bağlanmış etibarsız icarə müqaviləsinə görə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-795/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-795/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-795/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver