Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-800/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş ziyana görə 1250 manat 80 qəpik pul vəsaitinin və dövlət rüsumunun Cavabdeh tutularaq, onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06 noyabr 2023-cü il tarixdə saat 14:22 radələrində X3 tərəfindən idarə etdiyi Toyota markaı 77BC543 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə Nəsimi rayonu, Azadıq prospekti istiqamətində H.Əliyev prospekt istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqda saatda 45 km sürətlə düzünə hərəkət etmiş, həmin vaxt o idarə etdiyi avtomobil ilə N.Süleymanov küçəsi ilə Xətai prospektinin kəsişməsinə çatan zaman qırmızı işıqda dayanmış və arxa sağ tərəfdə həmin zaman avtomobildə elan xanım Cavabdeh enmək istədiyini qeyd etmişdir. Şahid2 izahatınaa sağ və sol tərəfi yoxladığını və ona enə biləcəyini qeyd etməsinə baxmayaraq həmin zaman 99 F 196 qeydiyyat nişanlı motosikletin sürücüsü arxa sağ qapıya çırpılmış və sağda dayanan **-CC-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı onun avtomobilinə zərər vurulmuşdur. Daha sonra hadisə üzrə Nədrnanov Rayon Pols idarəsinin xx.xx.2023-CÜ il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarına əsasən avtomobildə olan Cavabdeh adlı xanım İXM-nin 338.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx"MMC-yə müraciət etmiş, avtomobilə dəymiş zərər 1250 manat müəyyən edilmişdir. "xxxx" MMC-yə müraciət edilmiş, avtomobilə dəymiş ziyanın bərpa edilməsi üçün təmir işləri görülmüş, "xxxx" MMC-nın təhvil-təslim aktından görünür ki, dəymiş zərər 1250 manat 80 qəpik müəyyən olunmuşdur. İddiaçının vəkili məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir, səhhətində problemlər var, işləmir, tənha qadındı, anasının pensiyası ilə yaşayır. Hadisə günü sürücüdən düşüb-düşə bilməyəcəyini soruşmuş, o da güzgüdən yola baxıb düşə biləcəyini bildirmişdir. Qapını açdığı zaman anidən motosiklet qapıya çırpılmışdı, sürəti yüksək idi. Əmlaka dəymiş zərərin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin 25 noyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin rədd edilməsi; Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon DYPŞ-nın İXP seriyalı, 02 dekabr 2023-cü il tarixli protokola əsasən Cavabdeh AR İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Nərimanov Rayon DYPŞ-nın TP seriyalı, ******* saylı qərarından görünür ki, Cavabdeh AR İXM-nın 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir. AD N seriyalı, 881483 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı Chevrolet Malibu markalı avtomobilin sahibi İddiaçıdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 9/3895 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı, “Chevrolet” markalı, “Malibu” model, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 735,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 300,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 435,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin 25 noyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, sürücü Şahid2 oğiu xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində etibarnamə əsasında idarə etdiyi Prius-minik" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə hərəkət edib, N.Süleymanov küçəsi ilə Xətai prospektinin kəsişməsində qırmızı işiqda avtomobilini saxlayıb, bu vaxt arxa sağ otrucaqda əyləşmiş sərnişin Cavabdeh sağ arxa qapını açıb düşmək istəyərkən nəqliyyat vasitəsində düşmə qaydalarının pozması nəticəsində sağdan yolun kənarı ilə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi "Tufan S50" markalı 99 F 196 qeydiyyat nişanlı motosiklet ilə avtomobilin açılmış sağ arxa qapısına dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin qərarla cinayət işinin rədd edilməsi; Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Nərimanov Rayon DYPŞ-nın İXP seriyalı, 02 dekabr 2023-cü il tarixli protokolundan və Nərimanov Rayon DYPŞ-nın TP seriyalı, ******* saylı qərarından görünür ki, Cavabdeh AR İXM-nın 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması halı məhkəmə tərəfindən mübahisələndirilmir. İddiaçının avtomobilinə dəymiş maddi zərərin müəyyən edilməsi məqsədilə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, 22 iyul 2024-cü il tarixli, 9/3895 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı, “Chevrolet” markalı, “Malibu” model, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 735,00 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli; Cavabdeh vurulmuş maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas pul və 32,60 manat (otuz iki manat altmış qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; habelə ekspertiza xərci cavabdehdən tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas pul və 32,60 manat (otuz iki manat altmış qəpik) dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-800/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-800/2024
15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver