Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-81/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 qarşı “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qəsdin törədilməsinin Cavabdeh1 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə cavabdehdən 5000 (beş min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86,60 kv.m olan fərdi yaşayış evinin 62,80 kv.m hissəsi ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, fərdi yaşayış evinin “B” tikilisindən 1 otaq, yaşayış sahəsinin 11,9 kv.m-dən ½ hissə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə; “B” tikilisindən 1 otaq, yaşayış sahəsinin 11,9 kv.m-dən ½ hissə X12 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə; qalan hissə İddiaçı adına **********2 qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. “B” tikilisinin mülkiyyətçiləri X8 və X16 qeyd edilən ünvandan köçürülən zaman Cavabdeh1 tərəfindən iddiaçının əmlakına 10000 manat məbləğində zərər vurulmuşdur. İddiaçıya aid olan A tikilisinin qapı, pəncərəsi, divarın bir hissəsi sökülmüşdür. Beləliklə, iddiaçının mülkiyyət hüququ pozulmuşdur və hazırki iddia ilə iddiaçı özünün pozulmuş hüquqlarının bərpasını təmin etmək istəyir. X3 və X1 Bakı şəhəri, Səbail Rayonu, Yeni Salyan yol, ev 16, giriş 1, mənzil 1-də qeydiyyatda olan Cavabdeh1 almışdır və B tikilisini sökərək iddiaçıya aid olan A tikilisinə də zərər vurmuşdur. Cavabdeh1 bir neçə aydır ki, Bakı şəhəri Yasamal Rayonu ərazisindəki 64 saylı MKİS-nin rəisinin otağında Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfəli İsmayılov və həmin MKİS-nin rəisi ilə birlikdə otururlar, vətəndaşlara təziq edərək vətəndaşların əmlaklarının cavabdehin mülkiyyətinə keçirilməsinə nail olurlar. Bu faktın sübutu kimi xx.xx.2023 tarixində Bakı şəhəri 19 saylı notariat ofisində 4Ə-224 reyestr nömrəsi ilə qeydə alınmış AN-Ə ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə istinad etmək mümkündür. Həmin müqaviləyə əsasən cavabdeh qeyd edilən üsul ilə iddiaçı ilə qonşuluqda ünvan 3 ünvanında yerləşən evi X9 almışdır. Qeyd edilən müqavilədən görünür ki,Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı şifahi formada cavabdehə müraciət edərək, onun daşınmaz əmlakına qəsdinə son qoymağı tələb etmişdir. Lakin, cavabdeh bildirmişdir ki, o iddiaçının mülkiyyət hüququnu tanımır. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qəsdin törədilməsinin Cavabdeh1 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə cavabdehdən 5000 (beş min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, X5 cavabdeh qismində işə cəlb edilməsi, Cavabdeh1 ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) 5464 manat məbləğində dəymiş zərərin və 90 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (A tikilisinə) qəsdin törədilməsinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qadağan edilməsi, həmin əmlaka vurulan zərərə görə 5464 manat məbləğində dəymiş zərərin və 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ekspertin rəyi ilə razı olduğunu, iddiaçının əmlakına ziyan dəyməsinin ekspert rəyi ilə də təsdiq edildiyini, hazırki iş üzrə sonradan cavabdehlər qismində cəlb edilmiş şəxslərin digər iş üzrə iddia ərizələrində söküntü işlərini apardıqlarını və daşınmaz əmlaka ziyan vurduqlarını etiraf etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 alıcılar, digər cavabdehlərin isə satıcı olduğunu, Cavabdeh1 məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək, evi aldığını, söküntü işləri aparmadığını, satıcıların evdən çıxarkən söküntü işlərini apardığını bildirdiyini, Cavabdeh1 alıcı olmasına baxmayaraq, satıcı olan cavabdehlərin söküntü işləri aparmasına imkan verdiyini və şərait yaratdığını, bunun da öz növbəsində onlarda iş üzrə cavabdehlərin əlbir olduğuna əminlik yaratdığı bildirmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili satıcı olan cavabdehlərin həmin evə qayıdaraq yenidən qəsd törədərək yenə söküntü işləri apara biləcəyini, hətta müvəqqəti təminat tədbirindən sonra da Nazim və digərlərinin orada qanunsuz söküntü işləri apardığını bildirmişdir. Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, alıcı və satıcılar arasında kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə ilkin müqavilə bağlanmışdır. Hüquqlarını təmsil etdiyi şəxslər həmin müqavilələrin tərəfi olmuşlar və həmin ünvanda passport qeydiyyatında olmuşlar. Hüquqlarını təmsil etdiyi şəxslər özləri də ərizələrində qeyd etdikləri kimi onlar qeydiyyatda olduqları və 30 ilə yaxın müddətdə istifadələrində olan əmlaka kompensasiya alaraq istifadə hüquqlarına xitam verilməklə bağlı müqavilə bağlamışlar. Hüquqlarının təmsil etdiyi şəxslər özləri də qeyd etdiyim kimi özlərinə məxsus olan həmin tikililəri sökərək özləri ilə aparmışlar. Həmin evi iddiaçı və onun anası müxtəlif vaxtlarda onun təmsil etdiyi şəxslərə satmış və həmin sahəni tərk etmişlər. Daha sonra onlar qanunsuz yollarla çıxarış əldə etmişlər. 1997-ci ildən 2023-cü ilə qədər iddiaçının hüquqlarını təmsil etdiyi şəxslərə qarşı hər hansı pretenziyası olmamış, həmin evdə yaşamamış, həmin evdən istifadə etməmiş, hüquqlarını təmsil etdiyi şəxslərin həmin əmlakın dövlət qeydiyyatına alınmasından xəbərsiz olmuşlar. Yalnız hazırki mübahisə mövzusu olan ilkin müqavilə bağlandıqdan sonra iddiaçı Cavabdeh1 cavabdeh qismində qoymuş, daha sonra digər cavabdehlərin işə cəlb edilməsi ilə bağlı vəsatətlə müraciət etmişdir. Həmin çıxarışdan məlumatlı olduqdan sonra onlar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər və halhazırda həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Həmin iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Hüquqlarını təmsil etdiyi şəxslər özlərinə məxsus olan yaşayış sahələrində söküntü işləri aparmışlar. Məhkəmədən həm digər iddialarını, həm də iddiaçının həmin mənzilə dair subyektiv hüququnun olmamasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edirlər. O, əlavə olaraq bildirmişdir ki, ekspert rəyində iddiaçıya məxsus olan, 46-47 kvadratmetrlik sahədən söhbət gedir. Onların sökdüyü sahə ancaq özlərinə məxsus olan sahədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehlər məhkəməyə gəlməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-i tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 86,60 kv.m olan fərdi yaşayış evinin “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə xx.xx.2014-cü il tarixdə X5, “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə xx.xx.2022-ci il tarixdə X12 və qalan hissə xx.xx.2023-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 ünvan 6 ünvanında yerləşən, sahəsi 21,05 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 50000 manat kompensasiyaya görə Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 ünvan 6 ünvanında yerləşən, sahəsi 18,0 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 55000 manat kompensasiyaya görə Cavabdeh3 xeyrinə imtina etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında yerləşən, sahəsi 29,03 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 64000 manat kompensasiyaya görə Cavabdeh4 xeyrinə imtina etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, AN-İ №1145712 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 86,6 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/2 hissədən “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən 1/2 hissə) Cavabdeh1 satmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X6 verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh7 ünvan 6 ünvanında yerləşən, sahəsi 28,0 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı 61600 manat kompensasiyaya görə Cavabdeh4 xeyrinə imtina etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-i tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 86,60 kv.m olan fərdi yaşayış evinin ½ hissədən qalan hissə xx.xx.2019-cu il tarixdə İddiaçı, ½ hissə xx.xx.2009-cu il tarixdə X2, ½ hissədən “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə xx.xx.2014-cü il tarixdə X5, ½ hissədən “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə xx.xx.2022-ci il tarixdə X12 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan, iddiaçılar Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladıqları iddia ərizəsindən görünür ki, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 hər biri evi satarkən yaşadığı sahənin qapı, pəncərə və digər materiallarını sökərək özləri ilə apardıqlarını etiraf etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2-10/6759 saylı, 04 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə (fərdi yaşayış evinin A tikilisinə) zərər vurulduğu müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılması (təmir) üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 5464,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86,60 kv.m olan fərdi yaşayış evinin 62,80 kv.m hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin ünvanda yerləşən, ümumi sahəsi 86,60 kv.m olan fərdi yaşayış evinin “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə X5, “B” tikilisindən 1 otaq, yaşayış sahəsi 11,9 kv.m-dən ½ hissə isə X12 xüsusi mülkiyyətində olmuşdur. Bundan sonra X8 xüsusi mülkiyyətində olan həmin hissəni xx.xx.2023-cü il tarixli, AN-İ №1145712 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Eyni zamanda, cavabdehlər Cavabdeh6 həmin ünvanda yerləşən və istifadəsində olan, sahəsi 21,05 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdeh1 xeyrinə, Cavabdeh5 istifadəsində olan, sahəsi 18,0 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdeh3 xeyrinə, Cavabdeh2 istifadəsində olan, sahəsi 29,03 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdeh4 xeyrinə, Cavabdeh7 isə istifadəsinə olan, sahəsi 28,0 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Cavabdeh4 xeyrinə imtina etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 istifadələrində olan sözügedən əmlakları müvafiq olaraq digər cavabdehlərə kompensasiya yolu ilə satıb həmin ünvandan köçmüş və onlar köçərkən yaşadıqları sahənin qapı, pəncərə və digər materiallarını sökərək özləri ilə apardıqlarını etiraf etmişlər. Hazırda iddiaçıya məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşən həmin yaşayış sahələri müvafiq olaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 istifadələrində olan sözügedən əmlakları sökərkən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2-10/6759 saylı, 04 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 5 ünvanında aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə (fərdi yaşayış evinin A tikilisinə) zərər vurulduğu müəyyən edilmiş və dəymiş zərərin aradan qaldırılması (təmir) üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 5464,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 (sahəsi 29,03 kv.m), Cavabdeh7 (sahəsi 28,0 kv.m), Cavabdeh5 (sahəsi 18,0 kv.m) və Cavabdeh6 (sahəsi 21,05 kv.m) istifadələrində olan, ünvan 2 ünvanında yerləşən tikililəri digər cavabdehlərin xeyrinə imtina etmişlər. Həmin tikililər cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 tərəfindən sökülərkən, onların təqsirli hərəkətləri nəticəsinə iddiaçıya maddi ziyan vurulmuşdur. Odur ki, iddiaçının əmlakına dəymiş zərər cavabdehlər tərəfindən ona ödənilmədiyindən, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, söküntü işlərinin cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 tərəfindən aparılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, (bu hal hazırkı cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 hazırkı İddiaçı qarşı qaldırdıqları “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin təsviri əsaslandırıcı hissəsində öz əksini tapmışdır) həmçinin söküntü işlərinin digər cavabdehlərə aidiyyəti olmadığından, iddia tələbi bu hissədə qismən təmin edilərək, söküntü zamanı iddiaçının mülkiyyətində olan əmlaka dəymiş maddi zərərin əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 tutulmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə dəymiş zərərin məbləğinin müəyyən edilməsində iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşaraq, onu mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (fərdi yaşayış evinin A tikilisinə) vurulmuş 5464,0 manat maddi zərər cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evinə qəsdin törədilməsinin cavabdehlərə qadağan edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 29,03 kv.m, sahəsi 28,0 kv.m, sahəsi 18,0 kv.m və sahəsi 21,05 kv.m-dən ibarət tikililər müvafiq olaraq hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsindədir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 həmin ünvanı sataraq oradan köçmüşlər və hazırda həmin ünvanda yaşamırlar. Məhkəmə qeyd edir ki, yaranmış mübahisə ilə əlaqədar cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evinə qəsdin törədilməsi ehtimal olunduğundan, iddiaçının hüququnun pozulmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün qəsdin törədilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 vurulmuş maddi zərərə görə 5464 (beş min dörd yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə (A tikilisinə) qəsdin törədilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qadağan edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 maddi zərərin əvəzi olaraq 5464 (beş min dörd yüz altmış dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə (A tikilisinə) qəsdin törədilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qadağan edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-81/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-81/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver