Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-81/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Rafael oğluna qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rafael oğluna qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, (İddiaçı) övladları-cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Rəfael oğlu ilə aralarında nikah bağlayaraq ailə qurmuşdular. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Nikahları pozulduqdan sonra o gəlin köçdüyü ünvan 2 ünvanında yaşamağa davam etmişdir. Onu da qeyd edir ki, həmin mənzildə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə bir yerdə yaşayırlar. Qeyd edir ki, ünvan 3 ünvanmda yerləşən mənzilə gəlin köçmüş, gəlin köçən bir gündən həmin evdə yaşayırlar. Övladları o evdə anadan olmuşdur. Onun (iddiaçının) və övladlarının çıxıb gedib yaşayası bir evi yoxdur. Bildirir ki, o yaşadığı ünvanda yerləşən məktəbdə müəllimə vəzifəsində çalışıb övladlarını zorla dolandırır. Övladları da həmin məktəbdə təhsil alırlar. Ata kimi Cavabdeh övladlarına nə maddi, nə də mənəvi kömək olmadı. Qeyd edir ki, keçmiş həyat yoldaşı bu evdən kənar yaşayası evi də vardır. Hansı ki, həmin evdə anası tək yaşayır, lakin onun (iddiaçının) yaşamağa yeri yoxdur, kirayəyə də ev tutmağa maddi imkanı çatmır. O, tək ana olaraq himayəsində iki azyaşlı övladı saxlamaq, onlara təhsil verməkdə böyük əziyyət çəkir. Onun da (iddiaçının) o evdə əməyi və zəhməti olub. Bu səbəbdən mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı tələbinə dəqiqləşdirmə verərək, 18.01 2011-ci il təvəllüdlü X1 və 04.08. 2015-ci il təvəllüdlü X3 Yasamal rayonu X8 ünvan 4 ünvana mənzildən istifadə hüquqları yarandığı üçün onların Yasamal rayon pasport qeydiyyat şöbəsində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınnı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək, bildirdi ki, hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ünvan 6-da yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh Rəşid oğlu iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Babayeva (Sucayeva) Gülnar Arif qızı və xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ünvan 6-da yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmasını qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3085/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən həmin qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(004)- 388/2024 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 6 ünvanında yerləşən mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyun 2024-cü il tarixli 2(103)-cü il tarixli 3085/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin icraatında olan hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3085/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi müqahisə edildikdə bəlli olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş və bu abzasda qeyd olunmuş qətnaməsi vardır. Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edirəm ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsasla vardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 maddədini rəhbər tutub, Məhkəmədən Xahiş edirəm: Ərizəni təmin edəsiniz. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi üzrə başlanmış mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 650353 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 3 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 003556 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” iddia tələbi təmin edilərək, Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçivani küçəsi, məhəllə 615, ev 15, mənzil 140 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(103)-3085/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qəradan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(103)-3085/2024 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən həmin qətnamədən veridiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388-2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçivani küçəsi, məhəllə 615, ev 15, mənzil 140 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ 1 il müddətinə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdular. Birgə nikahdan 2 övladları anadan olmuşdurxx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6. Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu tarixdə 455 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmiş; eyni zamanda həmin qətnamədən görünür ki, tərəflər arasında mediasiya mərhələsində bağlanmış barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gələrək, uşaqların analarının yanında qalması barədə razılaşmışlar. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” iddia tələbi məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçivani küçəsi, məhəllə 615, ev 15, mənzil 140 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(103)- 3085/2024 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-388- 2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçivani küçəsi, məhəllə 615, ev 15, mənzil 140 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ 1 il müddətinə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırki mübahisənin mahiyyətini təşkil edən hüquqi məsələlərə artıq hüquqi qiymət verildiyindən və bu preyudisial əhəmiyyət kəsb etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edildiyi kimi “...Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir...”Qanunun tələbindən göründüyü kimi, qeydiyyata alınma məsələsi yaşayış sahəsi mülkiyyətçisinin iradəsindən asılıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Rafael oğluna qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Rafael oğluna qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-81/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-81/2025
30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver