Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-822/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 görə Yasamal rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin artırılaraq hər ay 170 manat müəyyən edilməsi və keçən 3 il üçün 6120 manat pulun Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 2005-ci təvəllüdlü Rəvan adlı övladı var. Bir müddət yaşadıqdan sonra nikahları 2006-cı ildə Yasamal Rayon Məhkəməsində pozulmuşdur. Bundan sonra o, Yasamal Rayon Məhkəməsinə alimentin tutulması ilə bağlı müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2-1437/2007 saylı xx xxx 2007-ci il tarixli qətnaməsi ilə oğlu X2 üçün hər ay 40 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan bu günə kimi alimenti cavabdeh ödəməmişdir. Sabit pul məbləğində tutulan alimentin miqdarı isə dəfələrlə artmışdır. Cavabdeh məhkəmə tərəfindən tutulan 40 manat pulu da ödəməmişdir. Hazırda sabit pul məbləğində aliment bir uşaq üçün 170 manat miqdarında müəyyən edilmişdir. Keçən 3 il üçün ödənilməyən alimentin məbləği hazırda 6120 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı qız iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)1437/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx xxx 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxx 2007-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 40 manat alimentin alınaraq İddiaçı Ramiz qızına verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)1437/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx xxx 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxx 2007-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 40 manat alimentin alınaraq İddiaçı Ramiz qızına verilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə əsaslı olduğundan təmin olunmalı, xx xxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx xxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Həmçinini məhkəmə hesab edir ki, iddia tələbi keçən 3 il üçün 6120 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, İddiaçı Ramiz qızı 2007-ci ildə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)1437/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin bundan sonra iddiaçı aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx xxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx xxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-822/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-822/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver