Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-843/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli 2(103)-2114/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən birgə nikahından olan 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat cəmi, 579 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 22.10.1999-cu ildə ailə qurmuş. birgə nikahdan 26.01.2005-ci il təvəllüdlü X9, 07.03.2008-ci il təvəllüdlü X4 və 25.09.2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Yasamal rayon məhkəməsində 23.09.2019-cu il tarixində 2(004)-4897/2019 nömrəli qətnaməsi ilə nikah pozulmuş, övladları onun yanında saxlanılmış və saxlanılması üçün cavabdehdən qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulmuşdur. Yasamal rayon məhkəməsinin 08.10.2020-ci il tarixli 2(004)-4410/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək cavabdehdən qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarda və hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli 2(103)-2114/2021 nömrəli qətnaməsi ilə şikayət qismən təmin olunmuş, abit pul məbləğində aliment hissəsində dəyişdirilib hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat təyin olunmuşdur. 22.07.2000-ci il təvəllüdlü X7 Azərbaycan Turizm və Menecment Universitetində əyani oxumuş, hazırda Avrasiya Universitetində mühasib uçotu fakutəsinə ödənişi illik 2000 manat olmaqla magistraturaya daxil olub. Bu qədər ödənişi, uşaqların saxlanılmasını tək başına edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, hər uşağa hər ay yetkinlik yaşa çatana kimi 170 manat məbləğində sabit pul məbləğində aliment ödəməyə razı olduğunu və tələb olunan alimentin ödənilməsində çətinlik çəkəcəyini göstərmiş və məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2019-ci il tarixli 2(004)-4897/2019 saylı qətnaməsi ilə tərəflər arasında 22.10.1999-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü i! təvəllüdlü X2 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarda alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(004)- 4410/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, birgə nikahından olan 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarda və hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli 2(103)- 2114/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsi sabit pul məbləğində aliment hissəsində dəyişdirilmiş. 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Apellyasiya baxışında müəyyən olunmuşdur ki, apellyasiya şikayətinə əlavə olunmuş “Nigar" istehsalat kommersiya firmasının 10.12.2020-ci il tarixli arayışına əsasən, Cavabdeh 07.01.2013-cü il tarixdən həmin firmada usta vəzifəsində işləyir və 455 manat əmək haqqı alır. “İlkin mediasıya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 14.12.2021-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddiaçı tərəfindən cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi qismən təmin edilməli, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilməli, hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh 26.01.2005-ci il təvəllüdlü X5, 07.03.2008-ci il təvəllüdlü X1 və 25.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-843/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-843/2022
17.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver