Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-848/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00422- 16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 4258.21 manat məbləğində kredit illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə verilmiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-00020-06/14A saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixədək faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank «xxxx» ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barəsində xx.xx.2019-cu il tarixli RPF-00422- 16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavadeh Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00422-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Həm borclu, həm də zaminə dəflərlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 4172.97 manat əsas borc, 29.98 manat faiz borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2020-ci il tarixinə ümumi borcu 4202.95 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı Bank «xxxx» ASCnin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF- 00422-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4172.97 manat əsas borc, 29.98 manat faiz borcu, ümumilikdə 4202.95 manat məbləğində borcun, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) məlumatlandırılmış iddiaçı Bank «xxxx» ASC məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək bildirdi ki, iddiaçı Bank «xxxx» ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00422- 16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 4258.21 manat məbləğində kredit illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə verilmişdir. Pandemiya başlayandan sonra onu işdən uzaqlaşdırmışlar. Bu səbəbdən də, banka müraciət edərək bununla bağlı onları məlumatlandırmışdır. Sonuncu dəfə 2020-ci ilin iyun ayında ödəniş etmişdir. O, iddiaçının tələb etdiyi pul məbləğini birdəfəyə ödəmək iqtidarında deyildir. Həmçinin borcun yalnız ondan tutulmasını xahiş edir. Borc onun borcudur və həmin məbləği özü ödəyəcəkdir. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə bağlı bildirdi ki, iddiaçı Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 4258.21 manat məbləğində kredit illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə verilmişdir. Onunla bank arasında bağlanmış xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00422-16/19A saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Bankdan pulu əsas borclu götürmüşdür. O, həmin məbləği ödəmək iqtidarında deyildir. Belə ki, özü xəstədir və özünün başqa banklara da, borcu vardır. Qeyd edilənləri nəzərə alaraq tutulacaq pulun ancaq əsas borclu Cavabdeh1dan tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış RPF- 00422-16/19A nömrəli, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə 4258.21 manat məbləğində kredit vermişdir. Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış RPF-00422-16/19A nömrəli, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən, Cavabdeh2 isə Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə aralarında bağlanmış RFZ-00422-16/19A nömrəli, xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq, xx.xx.2020-ci il tarixinə müştərək qaydada borcları yaranmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 4172.97 manat, faiz borcu üzrə 29.98 manat, ümumilikdə isə 4202.95 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin iddiaçı Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00422-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00422-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 ilə Bank «xxxx» ASC arasında bağlanmış RPF- 00422-16/19A nömrəli, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4172 (dörd min yüz yetmiş iki) manat 97 (doxsan yeddi) qəpik əsas, 29 (iyirmi doqquz) manat 98 (doxsan səkkiz) qəpik faiz, cəmi 4202 (dörd min iki yüz iki) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00422-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 ilə Bank «xxxx» ASC arasında bağlanmış RPF-00422-16/19A nömrəli, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4172 (dörd min yüz yetmiş iki) manat 97 (doxsan yeddi) qəpik əsas, 29 (iyirmi doqquz) manat 98 (doxsan səkkiz) qəpik faiz, cəmi 4202 (dörd min iki yüz iki) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-848/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-848/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver