Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-849/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat məbləğində və ödənilmiş 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il tarixində X5 adlı qızları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğuna görə və birgə yaşamaq mümkün olmadığına görə o Yasamal Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasını, uşağın iddiaçının yanında saxlanılmasını və alimentin tutulması barədə iddia ərizəsi vermişdir. Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun icraatında olan işə baxılmışdır və xx.xx.2021-ci il tarixli, 2(004)-4650/2021 saylı qətnamə ilə nikahları pozulmuşdur, uşaq onun himayyəsinə verilmişdir və uşağın saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat aliment tutulmuşdur. Qeyd edir ki, 2023-cü ilin əvvəlində alimentin artırılması tələbi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1283/2023 saylı qətnaməsi əsasında aliment 220 manata qaldırılmışdır. Bildirir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən 2023-cü il üçün dövlət tərəfindən müəyyən edilən minimum alimenti təyin etmişdir. Hər gün gündəlik tələbatlar üçün əldə olunan məhsullar mağazalarda bahalaşdığına görə dövlət tərəfindən minimum alimentidə qaldıraraq 2024-cü il üçün 235 manat müəyyən etmişdir. Hal-hazırda uşaq orta məktəbdə təhsil alır. Uşağın xərci yetərincə artmışdır. Hazırki aliment məbləği uşaqların tələbətlarının ödənilməsinə kifayət etmir. Həmçinin Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Qeyd edir ki, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək onun üçün çox çətindir. Dəfələrlə cavabdehə alimentin artıq ödənilməsi ilə bağlı müraciət etsə belə, cavabdeh onun müraciətlərinə məhəl qoymamışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət edir. Bildirir ki, xx.xx.2023-cü il tarixində Bakı 13 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiaysı keçirilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir və bildirmişdir ki, artıq heç bir ödəniş etməyəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1283/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılması, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 246407 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh 09 yanvar 2014-cü ildə vətəndaş X4 doğulmuş X3 atası hesab edilmişdir Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 09 nömrə ilə qeyd aparılmışdır. Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 416890 saylı nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 82 nömrə ilə qeyd aparılmışdır. AZ-İİİ seriyalı, 234833 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası qrafasında “Cavabdeh”, anası qrafasında isə “İddiaçı” qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** saylı və ********** saylı ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mediasiyaya müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay 235 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1283/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmalə, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, ödənilmiş 60 (altmış) manat məbləğində mediyasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1283/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Ödənilmiş 60 (altmış) manat məbləğində mediyasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-849/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-849/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver