Məhkəmə qərarları › İş №2(004)-853/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-853/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-853/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənisi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi kobud şəkildə pozaraq inzibati xəta törətməsi nəticəsində iddiaçıya məxsus **- HU-***dövlət qeydiyyat nömrə nişanlı “Kia Sportage” minik markalı avtomaşına dəymiş maddi ziyanın yəni 1) 1 ədəd arxa bufer alt hissə -460 manat, 2)1 ədəd arxa bufer uselitel- 245 manat, 3) 1 ədəd arxa bufer radar-140 manat, 4) 1 ədəd baqaj emblem (sportage) – 16 manat, 5) 1ədəd arxa sol qanadaltı – 45 manat, 6)20*1 knopka 20 manat, 7) armatur dəmirçi-200 manat, 8) plasmas təmiri -20 manat və rəngsaz 170 manat olmaqla, cəmi 1316 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, KİA Sportage servisin qüsur aktı ilə razıdır. Qüsur aktı, məhkəmənin təklifinə əsasən, həmin şirkətdən cavabdehlə birlikdə alınmışdır. Ekspert rəyinə nisbətən daha mötəbərdir. Qüsur aktı ilə tutulmasına razıdır, ona dəymiş ziyanın ödənilməsi məqsədilə iddia tələbinin təmin olunması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ekspert rəyində qiymətlər şişirdilib. Servisin qiymətləri ilə razı deyil. Qüsur aktı iddiaçı ilə bir yerdə “KİA” servizdən alınsa da, məbləğ onu qane etmir və qüsur aktı ilə tutlmaya razı deyil. O, mağazadan maraqlanmış, qiymətlər təxmini 200-300 manatdır. Servis hamısını təzə detallarla hesablayıb. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 31.10.2020-ci il tarixli İXP3609199 saylı inzibati xəta aqında protokola əsasən müəyyən olunur ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materirallarında olan 31.10.2020-ci il tarixli inzibati xəta vermə haqqında qərara əsasən müəyyən olunur ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. İş materiallarında olan 31.10.2020-ci il tarixli, 038377 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışa əsasən müəyyən olunur ki, nəqliyyat hadisəsinin iştirakçısı Cavabdeh idarə etdiyi Mercedes Benz markalı, 10PB120 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, hadisənin digər iştirakçısı X1 idarə etdiyi Kia Sportage markalı 99HU575 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə arxa hissəsi əzilmişdir. İş materiallarında olan 02.11.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş ilkin akta əsasən müəyyən olunur ki, avtomobilin təmiri üçün çəkilməli olan xərc 1316 manatdır. İş materiallarında olan KİA Motorsun təqdim etdiyi qüsur aktına əsasən müəyyən olunur ki, nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan məbləğ 1195,24 manatdır. 23.04.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, iş materiallarında olan “xxxx” MMC-nin 12.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sportage” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1256 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində İddiaçı məxsus Kia Sportage minik markalı ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində ididaçıya maddi zərər vurulması iş materialları ilə öz təsdiqini tapır və iddiaçıya dəymiş maddi ziyan Kia Motors-un təqdim etdiyi qüsur aktına müvafiq olaraq 1195,24 manat müəyyən edilməldir. Belə ki, avtomobilin markası “KİA” olduğundan, tərəflərin hər ikisinin iştirkaı ilə qüsur aktı alındığından, “Kia Motors” birbaşa avtomobilin təmiri ilə məşğul olduğundan, ekspert rəyi ilə əsaslı dərəcədə fərq olmadığından, məhkəmə bu sübut növünü daha mötəbər hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq cavabdehə ödənilməli, 100 manat məbləğində mülki iş üzrə ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsini pozaraq inzibati xəta törətməsi nəticəsində iddiaçıya məxsus **-HU-*** dövlət qeydiyyat nömrə nişanlı “Kia Sportage” minik markalı avtomobilə dəymiş maddi ziyan 1195,24 (min yüz doxsan beş manat iyirmi dörd qəpik) manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. İş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar