Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-868/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İdiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "KƏPƏZ” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı əsassız hesablanmış kredit borcunun, faiz borcunun silinməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı əsassız hesablanmış kredit borcunun, faiz borcunun silinməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC BOKT ilə aralarında bağlanmış olan 14 dekabr, 2021-ci il tarixli, № 2021/00969 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 3431,59 manat əsas kredit borcunun və həmin əsas məbləğə hesablanmış faiz borclarının silinməsi və həmin kredit müqaviləsi ilə öhdəliklərin icrasının təminatı olaraq ipoteka predmeti olan İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən, 13-cü mərtəbədə, 102,6 kv.m ümumi, 54.7 kv.m yaşayış, 47.9 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 57 saylı mənzilin girovluqdan (ipotekaya xitam verməklə) azad olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə ərizə təqdim edilərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş edilmişdir. Məhkəmə iddiaçıların birgə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hAzırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "KƏPƏZ” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı əsassız hesablanmış kredit borcunun, faiz borcunun silinməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən 22 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-868/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-868/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver