Məhkəmə qərarları › İş №2(004)-87/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-87/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-87/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 21.480 manat, dəymiş zərər nəticəsində avtomobilin əmtəə dəyərindən düşməsinə görə 10.000 manat pulun və ödənilmiş 185 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3798/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7020 nömrəli ekspert rəyi mülki işlə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3798/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 12:20-ə təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3798/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyi mülki işlə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-87/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi və vəkili və Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində İddiaçı idarə etdiyi özünə məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu Atatürk prsopektində üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 60 km sürətlə sağdan iki və üçüncü zolaqlar arasında hərəkətdə olarkən Nərimanov rayon Kral Hüseyn küçəsinin kəsişməsində sonradan adını bildiyi Cavabdeh idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh məcburi sola dönməli olduğu halda yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozmaqla düzünə hərəkət etmişdir. Hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə böyük miqdarda ziyan dəymişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 26.480 manat hesablanmışdır. Hesablanmış zərərin 5.000 manatı Cavabdeh icbari sığortası tərəfindən İddiaçı ödənilmişdir. Qalan 21.480 manat isə cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə dəyəri 10.000 manat aşağı düşmüşdür. Ekspertiza rəylərində dəymiş ziyanın məbləği təxminən 20.839 manat müəyyən olunmuşdur. Ekspert "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli rəydə olan qiymətləri kəskin şəkildə azaldaraq hər hansı mənbəyə istinad etmədən qiymət müəyyən etmişdir. “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinin 44.000 manat müəyyən etmişdir, halbuki həmin buraxılış ili olan “X5” markalı dəyəri “turbo.az” avtomobil saytında 55.000 mаnаtdаn aşağı deyildir. Bundan başqa “X5” markalı ** CR *** qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın müəyyən etmək üçün yerində baxış keçirilmiş və müvafiq qiymətləndirmə rəyi verilmişdir. Həmin rəy Cavabdeh icbari sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC-nin sifarişi əsasında verilmişdir. Bundan başqa, “X2” MMC-yə müraciət edilmiş və kəskin şəkildə azaldılmış avtomobil detallarının qiymətləri əldə edilmişdir. Əldə edilmiş qiymətlərlə "xxxx" ММС tərəfindən verilmiş rəydə göstərilən qiymətlər uyğunluq təşkil edir. Lakin ekspert tərəfindən verilmiş rəylərdə kəskin fərq yaranmışdır. Odur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğini "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli rəyə uyğun olaraq 26.480 manat müəyyən edilməsini, ödənilmiş 5.000 manatı sığorta ödənişi çıxıldıqdan sonra qalan 21.480 manat maddi zərərin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 10.000 manat vəsaitin və ödənilmiş 185 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, hadisə nəticəsində onun avtomobilinə 26.480 manat maddi zərər dəymişdir. İcbari sığorta tərəfindən ona 5000 manat sığorta ödənişi verilmişdir. Qalan 21.480 manat maddi zərərin ödənilməsini tələb etsə də, cavabdeh ödənişi verməkdən imtina etmişdir. Avtomobilin əmtəə dəyəri 10.000 manat aşağı düuşmüşdür. Hazırda cavabdeh ona 19.000 manat ödəyərsə mübahisəni barışıq yolu ilə həll etməyə razı olar. O, avtomobili təmir etdirməmiş, qazalı vəziyyətdə 25.000 manata satmışdır. O, vurulmuş maddi zərəri müəyyən etmək üçün avtomobilini cavabdehin təklif etdiyi avto servisə aparmışdır. "xxxx" ММС-də avtomobilə dəymiş maddi zərərin məbləği 26.480 manat müəyyən edilmişdir. Avtomobilin əzilmiş hissələrini özündə əks etdirən foto və video çəkilişlər mövcuddur. Odur ki, ekspertizanın gəldiyi nəticələrlə razı deyildir. Hazırda onun avtomobilinə dəymiş 26.480 manat zərərin ödənilməmiş qalan 21.480 manat hissəsinin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 10.000 manat vəsaitin və ödənilmiş 185 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, cavabdeh ekspert rəyləri ilə razı deyildir. Belə ki, ekspert rəylərində sadəcə tərəflərin təqdim etdikləri qüsur aktlarına əsaslanaraq hesablama aparılmışdır. Çünki, iddiaçı avtomobili qəzalı vəziyyətdə satdığına görə avtomobilin hansı hissələrinin tam yararsız olduğu və hansı hissələrin təmirlə bərpa olunacağını müəyyən etmək ekspert tərəfindən mümkün olmamışdır. İddia tələbinin reallıqdan kənar olmasının ən bariz nümunəsindən biri ondan ibarətdir ki, avtomobilin real bazar dəyəri 44.000 manatdır və həmin avtomobilin ən azı (36480 x 100 / 44000 = 91,2%) 91%-i yararsız vəziyətdə olmalı, yəni avtomobil tamamilə yararsız vəziyyətdə olmalıdır ki, həmin iddia tələbində göstərilən məbləğdə zərərdən söhbət gedə bilsin. İşin hallarından və qəzalı halda olan avtomobilin fotoşəklindən aydın görünür ki, iddia tələbi tamamilə əsassızdır. Eyni ilə onu da qeyd etmək istəyir ki, iddiaçı ona məxsus avtomobilə dəymiş zərərin məbləği ilə bağlı cavabdehlə aralarında mübahisə olduğunu bilə-bilə zərərin dəqiq məbləği müəyyən edilmədən, avtomobili qəzalı vəziyyətdə 25.000 manata satmışdır. Bu hal onu sübut edir ki, avtomobilə çox ciddi zərər dəyməmişdir. Fotoşəkillərdən görünür ki, avtomobilin ancaq qabğaq hissəsinə zərər dəymişdir. Həmin zərərin məbləği isə 26.480 manat təşkil edə bilməz. Sığorta şirkəti dəymiş zərərin 5.000 manatını ödədiyinə görə, zərərin məbləğinin daha artıq göstərilməsi sığorta şirkəti üçün əhəmiyyət kəsb etmir. Hazırda avtomobillərin satış elanları yerləşdirilən turbo.az saytında X5” markalı, 2020-ci il buraxılışlı avtomobillərin satış qiymətləri 40.000-45.000 manat arasında dəyişir. İddiaçıya məxsus olan avtomobilin qəzadan sonra dəyişiləcək ehtiyyat hissələrindən başqa, bərpa oluna biləcək ehtiyyat hissələri də mövcuddur. Lakin iddiaçı avtomobili satdığına görə dəymiş zərərin dəqiq məbləğini müəyyən etmək mümkün deyildir. Həmçinin bildirmək istərir ki, iddiaçı iddia tələbində yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinin əmtəə dəyərinin qəzadan sonra 10% nisbətində aşağı düşdüyünü və ona 10.000 manat ziyan dəydiyini bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, həmin avtomobilin ümumiyyətlə əmtəə dəyərinin düşməsindən söhbət belə gedə bilməz. Belə ki, iddiaçıya məxsus “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X1 hərrac vasitəsi ilə alınmış və həmin avtomobili iddiaçı alan zaman ön və arxa hissədən qəzalı vəziyyətdə olmuşdur. Yəni, avtomobilin qəzalı olması və əmtəə dəyərinin düşməsi zatən avtomobil iddiaçı tərəfindən alınan zaman baş vermişdir. Həmçinin yol nəqliyyat hadisəsindən sonra həmin avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün avtomobil cavabdeh tərəfindən "xxxx" MMC-də yoxlatdırılmış və həmin avtomobilə dəymiş ziyan ümumilikdə 12.050 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya avtomobili həmin avto servisdə təmir etdirməyi təklif etmiş və ya 12.050 manat puldan icbari sığorta tərəfindən ödənilən 5000 manatı çıxmaqla, qalan 7050 manatı ödəməyi təklif etmişdir. Hazırda da cavabdeh dəymiş zərərə görə iddiaçıya 7050 manat pulu ödəməyə etiraz etmir. Lakin iddiaçı cavabdehlə razılaşmamış və tənasübsüz surətdə şişirdilmiş bir qüsur aktı tərtib etdirmişdir. İşin hallarından və təqdim olunmuş sübutlardan aydın görünür ki, iddia tələbinin əsaslandığı "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktı ilə "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktı arasında ziddiyət vardır. İddiaçı avtomobilini qəzalı vəziyyətdə 25.000 manata satmış və 5.000 manat sığota ödənişi almışdır. Həmçinin iddia tələbi əvvəldən qəzalı olub təmir olunmuş avtomobilin yenidən qəza nəticəsində (guya ilk dəfə qəzaya uğrayıb) əmtəə dəyərinin düşməsi ilə bağlı hissədə tamamilə rədd olunmalıdır. Cavabdeh iddiaçıya hazırda 7.050 manat ödəməyə etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Bakı şəhəri Nərimanov RPİ İŞ-nin müstəntiqi polis mayoru Cavanşir Mayılovun xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı YNH-si zamanı xəsarət alması və idarə etdiyi avtomobilə maddi zərər dəyməsi faktı əsasında Bakı şəhəri Nərimanov RPİ HK-1-də xx.xx.2023-cü il tarixdə 179 nömrə ilə qeydə alınaraq toplanmış material üzrə qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı idarə etdiyi “X5” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “MY Auto Service”nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X5” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 22.838,50 manat ziyan dəymişdir. “MY Auto Service”nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X5” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 22.838,50 manat ziyan dəymişdir. Müstəqil sığorta eksperti - "xxxx" MMC-nin "xxxx" ASC-nin sifarişi əsasında verdiyi xx.xx.2023-cü il tarixli 01/02-407AZS nömrəli müstəqil ekspert rəyindən müəyyən edilir ki, İddiaçı məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına 21.800 manat, işçilik haqqı 4.680 manat olmaqla, cəmi 26.480 manat vəsait tələb olunur. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-03 nömrəli qərarı ilə təsdiq edilmiş “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və xx.xx.2023-cü il tarixli 257171 nömrəli məlumatdan müəyyən edilir ki, Hərimanov RPŞ DYPŞ bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində “Toyota Camry” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirlidir. Toqquşma hadisəsi nəticəsində zərərçəkmiş şəxs İddiaçı məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi “X4” MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli PSO09633 nömrəli hesabda göstərilmişdir ki, ehtiyat hissələrinin dəyəri 15.543,76 manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi “Best auto servise” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında “Toyota Camry” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddə zərərin məbləği ehtiyat hissələrinin alınması üçün 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3960 manat olmaqla, cəmi 12.050 manat göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7020 nömrəli ekspert rəyində göstərilir ki, 1, 2, 3 və 4-cü suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639,0 manat müəyyən edilir. “X5” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir. Beləliklə, 2020-ci il buraxılışlı “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş ziyanın məbləği təxminən 20.839,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyində göstərilir ki, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğundan onun əzilən və ya sıradan çıxmış hissələrini müəyyən etmək mümkün deyil. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sualları üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639,0 manat müəyyən edilir. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.510,0 manat müəyyən edilir. “My auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir - bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.110,0 manat müəyyən edilir.”X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X5” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.673,0 manat müəyyən edilir. “X5” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir. “X5” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş internetdən əldə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, İddiaçı məxsus olan “X5” markalı, ban 4T1C31AK6LU544148 olan, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq və arxa hissələrindən qəzalı vəziyyətdə olmuş və ABŞ bazarından xx.xx.2021-ci il tarixdə hərrac vasitəsilə 12.050 ABŞ dollarına alınmışdır. Məhkəmə qeyd edir ki, normal vəziyyətdə olan 2020-ci il buraxılışlı, “X5” markalı avtomobilin turbo.az saytından elanda olan satış qiymətləri 40.000-45.000 manat arasında dəyişir. İddiaçı bildirir ki, “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilini qəzalı vəziyyətdə 25.000 manata satmışdır və cavabdehin icbari sığotası tərəfindən ona 5.000 manat sığorta ödənişi verilmişdir. Yəni, ümumilikdə iddiaçıya məxsus olan avtomobilin dəyərinin 30.000 manatı qarşılanmışdır. Hadisə zamanı iddiaçıya məxsus olan avtomobilin yalnız qabaq hissəsinə zədə dəydiyinə görə, məhkəmə “Best auto servise” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin alınması üçün tələb olunan 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3.960 manat olmaqla, cəmi 12.050 manat olmasını real və ağlabatan zərər hesab edir. Həmçinin hadisə nəticəsində avtomobilin əmtəə dəyərinin 2.200 manat aşağı düşməsini qəbul edir. Məhkəmə ekspert rəylərində göstərilən zərərin aradan qaldırılmasına görə tələb olunan məbləğləri də qəbul etmir. Çünki, ekspertiza rəyləri təqdim edilmiş qüsur aktlarında olan qiymətlərə aşınma faizləri tətbiq edilməklə hazırlanmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən sonra təmir olunduğundan onun əzilən və ya sıradan çıxmış hissələrini müəyyən etmək mümkün deyildir. Həmçinin nəqdiyyat vasitəsinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 7.050 manat (dəymiş 12.050 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 7.050 manat), avtomobilin əmtəə dəyərindən düşməsinə görə 2.200 manat və ödənilmiş 185 manat dövlət rüsumu olmaqla, cəmi 9.435 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissələrində əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan “X5” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 7.050 manat (dəymiş 12.050 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 7.050 manat), avtomobilin əmtəə dəyərindən düşməsinə görə 2.200 manat və ödənilmiş 185 manat dövlət rüsumu olmaqla, cəmi 9.435 (doqquz min dörd yüz otuz beş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar