Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-88/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mühəndis Layihə MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Mühəndis Layihə MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə dəymiş 5000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Mühəndis Tikinti Layihə MMC-dən dəymiş zərərə görə 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə müəyyən olunmuş məbləğ azdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ilkin ekspert rəyi ilə müəyyən olunmuş məbləğ az olsa da, onun əmlakına dəymiş ziyanın bir hissəsinin bərpası üçün yetərli olduğuna görə 2595 manat məbləğində maddi ziyanın tutulmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 04.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mühəndis Tikinti Layihə MMC tərəfindən turbalar qoyulmuşdur. Lakin o turbaların mühafizə zonası vardır. İddiaçının mənzili 100 ilin mənzilidir, fundamenti olmadığına görə çöküntülər baş verir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(103)-2240/2021 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, 02.10.2020-ci il tarixli 565 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evin qarşısında “Azərsu" ASC tərəfindən tərəfindən tikinti işlərinin aparıldığını, həmin tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılmasını, torpağın kipləşdirilməsini nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evində əmələ gələn çatların “Azərsu" ASC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki bazar qiyməti 2595 manat təşkil edir. 05.05.2017-ci il tarixdə sifarişçi Azərsu ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi olan ASC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.04.2017-ci il tarixli 264S №-li sərəncamına əsasən “Bakı şəhərində yağış sularının yiğılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi” layihə-çərçivəsində Sabunçu rayonu ərazisində kollektorun tikintisi və “Ramana qəsəbəsinin subasma ərazilərində tədbirlər görülməsi” işlərinin satınalınması üçün icraçı MMC-nin 2.394.963,09 manat məbləğində təklifini qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon məhkəməsinə verilmiş 565 saylı, 02.10.2020-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evin qarşısında cavabdeh ASC tərəfindən tikinti işlərinin aparıldığını, həmin tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılmasını, torpağın kipləşdirilməsini nəzərə alaraq, iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların ASC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən yerləşən həmin fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmaslı təmir-tikinti işlərinin hazırki bazar qiymətinin 2595 manat məbləğində olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində əmələ gələn çatlar həmin yaşayış evinin qarşısında aparılan qazıntı işləri nəticəsində yaranmışdır. İş materillarında olan ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında rəydən görünür ki, vizual texniki baxış zamanı sonradan inşa olunmuş qalınlığı 20 sm olan divarların əsas divardan aralandığı müşahidə olundu. Yaşayış evində yaranmış deformasiyalara səbəb onun tikinti norma və qaydalarına əməl olunmadan tikildiyi, bünovrə eninin və dərinliyinin az olması, örtük səviyyəsində monolit dəmir beton kəmərinin olmaması müəyyən edildi. Deformasiya və çatların yaranmasının "xxxx" ASC-nin sifarişi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi vağzal ətrafı yağış sularının kənarlaşdırılması layihəsi çərçivəsində "xxxx" MMC tərəfindən Əfəndiyev küçəsində yığma dəmir-beton borularla yağış kollektorunun çəkilməsi ilə əlaqədar qazıntı işlərinin yerinə yetirilməsi ilə əlaqəsi yoxdur. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən, 1 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında 18.07.2018-ci il tarixli aktdan görünür ki, binanın sonradan inşa edilən, eni 200 mm olan divarları ilə eni 600 mm olan divarlarınını birləşmə yerlərində 2-4 mm enində şaquli keçici çatlar müşahidə olundu. Bu çatların yaranmasına, binanın sonradan artırılmış sahəsinin inşaat normalarına əməl edilmədən tiklməsinin səbəb olduğu hesab edilmişdir. İş materiallarında olan 18.03.2022-ci il tarixli 10/7207 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evin 3,6x4,8m ölçüdə 2,8 hündürlükdə olan otağın divarlarında, künç hissəsində çatların olduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış sahəsində olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsi) nəzərə alaraq, tədqiq olunan ünvanda yerləşən yaşayış evinin qarşısında aparılmış tikinti işləri nəticəsində tikilidə çatlar yarana bilər. Lakin aparılmış tikinti işlərinin "xxxx" MMC tərəfindən aparılmasının müəyyən edilməsi tkinti ekspertinin səlahiyətinə aid deyildir. Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3460,0 manat məbləğində müəyyən olunur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya qanunazidd hərəkətlər nəticəsində 2595 manat maddi ziyan dəymişdir, lakin iş üzrə cavabdehliyi “Azərsu ASC” deyil, podratçı şirkət daşıyır. İş materiallarına əsasən podratçı şirkət "xxxx" MMC olduğundan, qanuni qüvvəyə minmiş qətnamə ilə ziyanın məbləği müəyyən edildiyindən, iddiaçı, izahatında 2595 manat pulun tutulmasına razılıq verdiyindən məhkəmə hesab edir ki, sonuncu ekspert rəyində 3460 manat ziyan göstərilməsinə baxmayaraq, 2595 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməli, iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı ele icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialardan azad olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mühəndis Layihə MMC-dən 2595 manat məbləğində zərər və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Mühəndis Layihə MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-88/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-88/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver