Məhkəmə qərarları › İş №2(004)-884/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-884/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-884/2021 27.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 54 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də, gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən BPM**********41 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə cavabdehin əsas borc üzrə 9102.90 manat, faiz borcu üzrə 1395.79 manat, cəmi 10498.69 manat borcu mövcuddur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə əsas borc üzrə 9102.90 manat, faiz borcu üzrə 1395.79 manat, cəmi 10498.69 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə əsas borc üzrə 9102.90 manat, faiz borcu üzrə 733.98 manat, cəmi 9836.88 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildidi ki, iddiaçı «xxxx» ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 54 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi üçün müxtəlik vaxtlarda müraciət edilmiş, lakin sonuncu bankın müraciətlərinə məhəl qoymamışdır. Bu səbəbdən də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmişlər. İş məhkəmədə olan zaman cavabdeh tərəfindən ödənişlər edilmişdir və həmin ödənişlər əsasında onun borcundan silinmələr həyata keçirilmişdir. Hal-hazırda cavabdehin əsas borc üzrə 9102.90 manat, faiz borcu üzrə 733.98 manat, cəmi 9836.88 manat kredit borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür o bankdan illik 24 faizlə 54 ay müddətinə 10000 manat məbləğində kredit götürmüş, lakin pandemiya səbəbindən ödənişləri vaxtlı-vaxtında həyata keçirə bilməmişdir. Banka müraciət edərək keçən ilin noyabr ayından ödəniş eləyə biləcəyi bildirmiş və dediyi tarixdən də, ödənişlər etmişdir. Hal-hazırda bankın tələb etdiyi məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Müqavilə üzrə yaranmış borcunu hissə-hissə ödənilməsi üçün bankdan pulun müəyyən bir hissəsinin ödənilməsi tələb edilir. Lakin tələb edilən məbləği də, indi yoxd, mart ayı ərzində ödəyə bilər. Odur ki, məhkəmədən qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, «xxxx» ASC (Müştəri Xidməti Departamenti) ilə Cavabdeh arasında bağlanmış BPM**********41 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faizlə 54 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. Cavabdeh «xxxx» ASC bağlanmış BPM**********41 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 9102 (doqquz min yüz iki) manat 90 (doxsan) qəpik, faiz borcu üzrə 733 (yeddi yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 9836 (doqquz min səkkiz yüz otuz altı) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 9102 (doqquz min yüz iki) manat 90 (doxsan) qəpik, faiz borcu üzrə 733 (yeddi yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 9836 (doqquz min səkkiz yüz otuz altı) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar