Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-889/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş 2(004)-394/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 üç yaşına çatana kimi hər ay 50 manat məbləğində alimentin tutularaq X3 27 sentyabr 2018-ci ildən tutulmasını qət etmişdir. Həmin qətnamədən Cavabdeh işsiz olduğu barədə apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə dəyişiklik edilərək hər ay 50 manat tutulması hissəsinin çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətini təmin etmişdir. xx.xx.2019-cu il tarixli, iş 2(103)- 4515/2019 saylı qətnamə ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi hər ay 50 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi hissəsini ləğv etdirmişdir. Belə ki, Cavabdeh apellyasiya şikayətində həmin dövrdə rəsmi iş yerinin olmamasını, heç bir yerdə işləməməsini və heç bir qazancının olmamasını bildirmişdir. Lakin “X11 FZE” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh “X11 FZE” şirkətinin Azərbaycan filialında Texniki Təhlükəsizlik və Ekoloji Məsələlər üzrə mütəxəssis vəzifəsində çalışır və orta aylıq əmək haqqısı 814,55 manat təşkil etmişdir. Buna görə də iddiaçı kimi uşağın saxlanılması üçün tutulan alimentin məbləğinin cavabdehin əmək haqqısına müvafiq olaraq artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iş 2(004)-700/2020 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-394/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmişdir. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi Yasamal Rayon Məhkəməsi tərəfindən qət edilmişdir. Hal-hazırda X4 4 yaşı var. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın dolanışığı, həmçinin sağlamlığı naminə müayinə və müalicəsinə görə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. 2022-ci il üçün ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilərək 193 manat müəyyən edilməsinə baxmayaraq, bu barədə iddiaçı məhkəməyə müraciət etməmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə gecikmələrlə, icra məmurunun xəbərdarlıqlarından sonra ödəmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Cavabdeh məhkəməyə İddiaçı İlifat qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, keçmiş həyat yoldaşı X5 ilə 27 avqust 2017-ci il tarixdə, 3 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin qeydiyyat şöbəsində 2857 nömrəli akt qeydi ilə bağladıqları nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-394/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından olan övladları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Yasamal Rayon Məhkəməsi 2(004)-394/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər ay cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulmasını və X6 3 yaşına çatana qədər 27 sentyabr 2018-ci il tarixdən hər ay 50 manat olmaqla, aliment tutulmasını qət etmişdir. Lakin cavabdeh maddi durumu pis olduğuna gprə Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin “Cavabdeh 15 avqust 2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi hər ay 50 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi” hissəsində ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmiş və xx.xx.2019-cu il tarixli, 2(103)-4515/2019 saylı qətnamə ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-394/2019 saylı qətnaməsi “Cavabdeh 15 avqust 2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi hər ay 50 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi” hissəsində ləğv edilmişdir. Daha sonra qarşı tərəf aliment məbləğinin artırılması iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-700/2020 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tairxli, 2(004)- 394/2019 saylı qətnaməsində nəzərdə tutulmuş 160 manat sabit pul məbləğində aliment miqdarı 180 manata qaldırılmışdır. Bir ata kimi cavabdeh övladını çox istəyir və onun maddi tələbatlarını ən yüksəkdən də artıq səviyyətə qarşılamaq onun da arzusudur. Maddi vəziyyətinin pis olmasına baxmayaraq, o, alimenti ödəməkdən imtina etmir. Bu günə kimi məhkəmə tərəfindən kəsilmiş aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. Hal-hazırda işsizdir. Qarşı tərəfin iddia ərizəsində qeyd etdiyi ilkin iddia verən zaman iş yerinin olmasına gəldikdə isə onun orada işləmək müddəti 1 ay olmamış adı çəkilən həmin şirkət bağlanmışdır. Ailəsində atasından başqa işləyən ikinci bir şəxs yoxdur və onların gəlir mənbəyi təkcə odur. Anası ürək xəstəsidir. Anasının müalicəsi üçün xx.xx.2023-cü il tarixdə “Bank of Baku”dan 4300 manat məbləğində kredit götürmüşlər və ora da aylıq 155,46 manat pul ödəyirlər. Atasının əmək haqqı 706 manatdır. Bu əmək haqqı ilə 180 manat məbləğində aliment və 155 manat məbləğində kredit ödənilir. Qeyd etdiyi məbləğləri ödədikdən sonra yerdə qalan 371 manat məbləğlə ailələri çətinliklə dolanır. İndiki dövrdə bu pul məbləği bir ailənin aylıq dolanışığı üçün olduqca azdır. Atasının özü də uzun müddətdir gözündən müalicə alır və kəskin şəkər xəstəsidir. Keçmiş həyat yoldaşı İddiaçı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”ndə uzun müddətdir işləyir və maaşı da normaldır. Bu vəziyyətdə cavabdeh hazırki alimenti çətinliklə ödəyir. Ona görə də aliment miqdarının artırılması heç də onların maddi vəziyyətinə uyğun deyil. Cavabdehin qarşı tərəflə heç bir ədavəti yoxdur. Lakin rəsmi qaydada boşandıqları gündən bu günə kimi o, qızı ilə normal görüşə bilməmişdir. İddiaçı qızının onunla görüşməyinə həmişə mane olub. Bununla da övladının psixologiyasına mənfi təsir göstərməklə onu ata qayğısından məhrum etmiş olub. Hətta bir dəfə qızına hədiyyə alaraq təbrik etmək üçün onların yaşadığı ünvana getmişdir. Qapının arxasından keçmiş həyat yoldaşının anası səslənərək qızının və keçmiş həyat yoldaşının evdə olmadığını deyib. Lakin cavabdeh içəri otaqdan uşağın səsinin gəldiyini öz qulaqları ilə eşitmişdir. Hətta cavabdeh qarşı tərəfə övladlarının gələcəyi və öz gələcəkləri üçün bir neçə dəfə barışıq da təklif etmişdir, lakin qəbul etməmişdir. Cavabdeh İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş aliment miqdarının 180 manat sabit pul məbləğindən 220 manata qaldırılması iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olarq bildirdi ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi nümayəndəsi bildirdi ki, ailədə təkcə o işləyir, yoldaşı və oğlu xəstədir. Cavabdehin ürəyində revmatizma var. Alimenti cavabdehin nümayəndəsi özü ödəyir. Onun qazancı sadəcə ailəsini dolandırmağa çatır. 4 ildir ki, cavabdeh işləmir, iş tapa bilmir. Cavabdeh dəfələrlə uşağını görmək üçün getsə də, qarşı tərəf buna mane olmuşdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-700/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-394/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 326889 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və xx.xx.2019-cu il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 421 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 379344 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17- 7/2-Q-7839/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində “Hyundai Santafe” minik markalı avtomobil var və o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətində mütəxəssis vəzifəsində çalışır. Əmək haqqısı isə 632 manatdır. İş materiallarında olan 2690004AA86H nömrəli ambulator kitabçadan çıxarışa əsasən müəyyən olunur ki, Nümayəndə2 şəkərli diabet tip 2 xəstəliyindən müalicə alır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-700/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-394/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnamələrindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən iddiaçı işləyir, cavabdeh isə hal-hazırda işsizdir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının işləməsini, cavabdehin isə hazırda işsiz olmasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-889/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-889/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver