Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-897/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 10038.99 manat məbləğində kredit borcu, 2293.21 manat məbləğində faiz borcu və 3614.75 manat məbləğində cərimə borcu olmaqla, ümimilikdə cəmi 15946.95 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq ödənilmiş 179 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.10.2014-cü il tarixli 001L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.06.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.09.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6961.01 manat ödəmiş, onun 10038.99 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.12.2021-ci il tarixə 358 gün üçün hesablanmış faiz borcu 2293.21 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 07.12.2021-ci il tarixə 358 gün üçün hesablanmış cərimə 3614.75 manat təşkil edir. Uzun müddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, iddiaçı bankdan kredit müqaviləsi üzrə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. Bir müddət ödənişlər etmiş, lakin sonradan ödənişlərində axsamalar yaranmışdır. Hazırda bankın tələb etdiyi məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. 3-4 ay müddətində 8500 manat məbləğində ödəniş edəcəkdir. Eyni zamanda tutulacaq məbləğin digər cavabdehlərdən tutulmasını istəmir. Odur ki, ona ödənişlər üçün vaxt verilməsini və məbləğin ancaq ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh5 iddia tələbinə etiraz edərək bildirdi ki, o, yalnız uzun müddətli kredit müqaləsi üzrə zamin durmuşdur. Belə ki, o kredit razılaşması üzrə zaminliyi qəbul etməsi ona bildirilməmişdir. Hazırda himayəsində 4 azyaşlı uşağı vardır və özü isə işləyərək aylıq 450 manat məbləğində maaş alır. Bundan başqa onun öz kredit borcu vardır və həmin hər ay da həmin kredit üzrə ödəniş edir. Odur ki, iddia tələbini ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə tərəfindən elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin bildirişin cavabdehlərə çatdırılması mümkün olmamışdır. Eyni zamanda cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.10.2014-cü il tarixli 001L**********93 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 14.06.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında, cvabadhe bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 14.06.2019-cu və 25.06.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Tərəflərin imzaladıqları 10.09.2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdehin banka əsas borc üzrə 10038 (on min otuz səkkiz) manat 99 (doxsan doqquz) manat əsas, faiz borcu üzrə 2293 (iki min iki yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə belə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 10038 (on min otuz səkkiz) manat 99 (doxsan doqquz) manat əsas, faiz borcu üzrə 2293 (iki min iki yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 3614.75 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış 1000 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 180 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin onun tərəfindən imzalamamasına dair iddiaya etirazına münasibət bildirərək qeyd edir ki, iş üzrə keçirilmiş və rəyi alınmış Ədliyyə Nazirliyi ekspertiza mərkəzinin 4/310 saylı, 17.03.2022-ci ilk tarixli rəyindən görünür ki, 14.06.2019-cu il tarixli, 001S**********03 nörməli zaminlik müqaviləsinin arxa tərəfində “5.2.Zamin.” hissəsindəki imza və “Исмаjылов C” əlyazmalar – Cavabdeh3 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 10038 (on min otuz səkkiz) manat 99 (doxsan doqquz) manat əsas, 2293 (iki min iki yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik, 1000 (bir min) manat cərimə borcu olmaqla, ümumilikdə 13332 (on üç min üç yüz otuz iki) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun 16.40%-i, yəni 29 (iyirmi doqquz) manat 35 (otuz beş) qəpik iddiaçıya aid edilsin, qalan 83.60%-i, yəni 149 (bir yüz qırx doqquz) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Cavabdeh3 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 10038 (on min otuz səkkiz) manat 99 (doxsan doqquz) manat əsas, 2293 (iki min iki yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik, 1000 (bir min) manat cərimə borcu olmaqla, ümumilikdə 13332 (on üç min üç yüz otuz iki) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun 16.40%-i, yəni 29 (iyirmi doqquz) manat 35 (otuz beş) qəpik iddiaçıya aid edilsin, qalan 83.60%-i, yəni 149 (bir yüz qırx doqquz) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Cavabdeh3 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-897/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-897/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver