Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-900/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə faiz borcunun silinməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə şifahi vəsatət verərək tələb üzrə yekun məhkəmə aktı qəbul edildiyindən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı izahat verərək vəsatətin əsassız olduğunu, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Araşdırma zamanı iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “borc tələbi, ipoteka predmetinə yönəldilmə, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə hazırki mübahisəyə dair hissədə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1646/2023 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh ASCnin cavabdeh İddiaçı qarşı “borc tələbi, ipoteka predmetinə yönəldilmə, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1536/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qətnaməsi “ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin (likvid qiymətin) müəyyən olunması dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi ilə bağlı icraat dayandırılmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1646/2023 nömrəli qərarı əsasında hazırda mübahisələndirilən ödənilməmiş borcun silinməsi (əsas borc, faiz borcu) hissəsinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi rəhbər tutulmaqla hazırki tələb üzrə icraata xitam verilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki işə üzrə icraata xitam verilməlidir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə faiz borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə təqdim edildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-900/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-900/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver