Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-916/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndələri X1, X12 oğlunun, X5 və Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı kredit müqaviləsi üzrə 234025,88 ABŞ dolları əsas borc, 232866,63 ABŞ dolları faiz borcu, 964,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 467856,71 ABŞ dolları məbləğində borcun, 1085,36 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 129.04 kv.m ümumi sahədən ibarət 30 saylı evin 19 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, 24.01.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 24.01.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən (indiki İddiaçı ASC) illik 16%-lə 240 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 3 otaqlı, 129.04 kv.m ümumi sahədən ibarət 30 saylı evin 19 saylı mənzili 24.01.2008-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 14.12.2021-ci il tarixədək Cavabdeh kredit müqaviləsi üzrə banka 234025,88 ABŞ dolları əsas borc, 232866,63 ABŞ dolları faiz borcu, 964,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 467856,71 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verərək, bankla cavabdeh arasında mübahisənin məhkəmədənkənar qaydada həll olunması barədə danışıqlıqlar aparıldığını göstərmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərini geri qaytarılmaqla iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsinı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X4, X8 və Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsinı xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti ürə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə cavabdehin nümayəndəsinin işin mahiyyəti üzrə həll olunmasını tələb etməsini nəzərə alaraq hesab edir ki, işə mahiyyəti ürə baxılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, məhkəməyə təqdim etdiyim kassa mədaxil qəbzlərində ödəyən kimi qeyd olunan Orucov Orxanla bank arasında 2007-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə Cavabdeh 2008-ci il tarixli müqaviləyə əsasən kredit verilmişdir. Necə ola bilər ki, bank 2007-ci ildə ödənişin olunmasına dair sənədləri təqdim edə bilir, lakin 2008-ci il tarixdə verilən kreditlə bağlı sənədləri təqdim edə bilmir. Çünki bank öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək cavabdehə hər hansı bir kredit verməmişdir.Cavabdehlə müqavilə bağlanmasına baxmayaraq bank tərəfində kredit ayrılmamış və cavabdehə kredit verməmişdir. İddiaçı bank tərəfindən cavabdehə kreditin verilməsi barədə məhkəməyə hər hansı bir sənət təqdim etməmişdir. Bank kredit vermiş olsaydı 2008-ci ildən indiyənə kimi məhkəməyə müraciət edərdilər. Cavabdehin adından ödəmə aparan şəxslərin heç birini tanımır və banka heç bir ödəniş cavabdeh tərəfindən ödəniş edilməmişdir. Bank yaxşı bilir ki, heç bir kredit verməmişdir.Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Kreditor-ipoteka saxlayan "xxxx" X2 ilə borcalan alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X6 arasında bağlanmış 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı, 3 otaq ümumi sahəsi 129.04 m , o cümlədən yaşayış sahəsi 62.9,0 m2 olan, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin şrtlərinə əsasən mənzilin satış qiyməti 420.000 ABŞ dollardır(355.068 manat), mənzilin dəyərinin 120.000 ABŞ dolları (101.448 manat) alıcı-ipoteka qoyanın özü tərəfindən satıcıya 24.01.2008-ci il tarıxliı beh müqaviləsinə əsasən 24.01.2008-il tarixdə verilib, 300.000 .ABŞ dolları (253.620 manat) isə kreditor-ipoteka saxlayan tərəfindən 24.01.2008-ci // tarixli 02/08 (İ) saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 24.01.2008-ci il tarixli 02/08 (İ) №li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipotekaya verir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 23.11.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı kredit müqaviləsindən görünür ki, borc alana 240 ay müddətinə illik 16% olmaqla 300000 ABŞ dolları məbləğində kredit verir. İddiaçı ASC-nın 14.12.2021-ci il tarix maliyyə arayışından göründüyü kimi, Cavabdeh 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı kredit müqaviləsi üzrə borcu 234025,88 ABŞ dolları əsas borc, 232866,63 ABŞ dolları faiz borcu, 964,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 467856,71 ABŞ dolları təşkil edir. İddiaçı ASC iddia ərizəsində cavabdeh X7 arasında bağlanmış Cavabdeh nömrəli kredit müqaviləsinə istinad edərək borc alana 240 ay müddətinə illik 16% olmaqla 300000 ABŞ dolları məbləğində kredit verildiyini, nəticə də cavabdehin banka 234025,88 ABŞ dolları əsas borc, 232866,63 ABŞ dolları faiz borcu, 964,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 467856,71 ABŞ dolları borcunun qaldığını göstərsə də, qeyd olunan tələbini əsaslandımaq üçün tələb olunan müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə araşdırmaları zamanı Cavabdeh İddiaçı ASC-yə 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı kredit müqaviləsi üzrə 234025,88 ABŞ dolları əsas borc, 232866,63 ABŞ dolları faiz borcu, 964,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 467856,71 ABŞ dolları məbləğində borcunun qalması öz təsdiqini tapmamış və iddiaçı tərəfindən borcun qalmasını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş 24.01.2008-ci il tarixli, 02/08 (İ) saylı kredit müqaviləsi və ona əlavə olunmuş maliyyə arayışı qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəməyə təqdim etdiyim kassa mədaxil qəbzlərində ödəyən kimi qeyd olunan Orucov Orxanla bank arasında 2007-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə Cavabdeh 2008-ci il tarixli müqaviləyə əsasən kredit verilmişdir. Necə ola bilər ki, bank 2007-ci ildə ödənişin kassa mədaxil qəbzin olunmasına dair sənədləri təqdim edə bilir, lakin 2008-ci il tarixdə verilən kreditlə bağlı kassa mədaxil qəbzini təqdim edə bilmir. Çünki bank öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək cavabdehə hər hansı bir kredit verməmişdir.Cavabdehlə müqavilə bağlanmasına baxmayaraq bank tərəfində kredit ayrılmamış və cavabdehə kredit verməmişdir. İddiaçı bank tərəfindən cavabdehə kreditin verilməsi barədə məhkəməyə hər hansı bir sənət təqdim etməmişdir. Bank cavabdehə kredit vermiş olsaydı 2008-ci ildən indiyənə kimi məhkəməyə müraciət edərdilər. Cavabdehin adından ödəmə aparan şəxslərin heç birini tcavabdeh tanımır və banka heç bir ödəniş cavabdeh tərəfindən edilməmişdir.Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsi üçün ödənilmiş 1085,36 (min səksən beş manat 36 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-916/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-916/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver