Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-92/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 16346,92 ABŞ dolları əsas borc, 8776,49 ABŞ dolları faiz borcu, 385,69 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 246,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25755,3 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İftxar oğlu izahatında iddia tələbini qəbul etmədiyini və imzaların ona məxsus olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbini qəbul etmədiyini və imzanın ona məxsus olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 21.11.2014-cü il tarixli müqavilədəki imzanın ona aid deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X3, zamin Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki,, bank X2 24 ay müddətinə, illik 28% olmaqla, 19000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti hesablanmış faizləri, komisiya haqqı ilə birlikdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Zamin isə kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, (cərimə və peniya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla Zamin Borcalan ilə eyni həcmdə və Bank qarşısında birgə cavabdehdir. İş materiallarında olan 27-M-1-0-405-14 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən X3 21.12.2014-cü il tarixdən 21.11.2016-cı il tarixədək sonuncu ay 1042,93 ABŞ dollar, hər ay 1042,88 ABŞ dolları olmaqla ümumilikdə 25029,17 ABŞ dolları məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.11.2014-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, X3 19000 ABŞ dolar məbləğində pulu bankdan almışdır. İş materiallarında olan 21.04.2015-ci il tarixli tarixli 27-M-1-0-405-14 saylı 21.11.2014-cü il tarixli bank hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, kredit müqaviləsinin müddəti 34 ay 24 gün müəyyən edilmiş və zamin Cavabdeh1 kredit müddətinin uzadılmasına etiraz etməmişdir. İş materiallarında olan 21.04.2015-ci il tarixli ödəniş cədvəilnə əsasən müəyyən olunur ki, X3 15.05.2015-ci il tarixdən 15.10.2017-ci il tarixədək sonuncu ay 754,25 ABŞ dolları, hər ay 754,07 ABŞ dolları olmaqla cəmi 22961,63 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.08.2015-ci il tarixli 27-M-1-0-405-14 saylı 21.11.2014-cü il tarixli bank hesab, kredit müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, kreditin müddəti 34 ay 24 gün müəyyən edilmişdir. İş materiallarında olan 07.08.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, X3 15.08.2015-ci il tarixdən 15.10.2017-ci il tarixədək sonuncu ay 831,63 ABŞ dolları, hər ay 831,46 ABŞ dolları olmaqla cəmi 21476,53 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.10.2015-ci il tarixli 27-M-1-0-405-14 saylı 21.11.2014-cü il tarixli Bank hesab kredit və zaminlik müqaviləsinə əlavələrə əsasən müəyyən olunur ki, kredit müqaviləsinin müddəti 70 ay 29 gün müəyyən edilmiş, zamin Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsinin müddətinin uzadılmasına etiraz etməmişlər. İş materiallarında olan 20.10.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, X3 20.11.2015-ci il tarixdən 20.10.2020-ci il tarixədək ilk 6 güzəşt olmaqla, sonuncu ay 516,98 ABŞ dolalrı, hər ay 516,50 ABŞ dolları olmaqla cəmi 30016,56 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 banka 24.11.2014-cü il tarixli, kredit müqaviləsi üzrə 16346,92 ABŞ dolları əsas, 8776,49 ABŞ dolları faiz və 385,69 ABŞ dolları cərimə borcu, illik 5 faizlə hesablanmış 246,2 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 09.02.2021-ci il tarixli xəbərdarlığa əsasən borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22.07.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh2 X1 qanun üzrə vərəsəsidir. İş materiallarında olan 15.07.2021-ci il tarixli 4/788 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(004)-2941/2021 nömrəli mülki işin 22-ci vərəqəsində olan İddiaçı ASC ilə X3, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 20.10.2015-ci il tarixli əlavədə “Zamin Cavabdeh3” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. İş materiallarında olan 27.09.2021-ci il tarixli 9/4004 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 noyabr 2014-cü ildə bağlanmış 27-M-1-0-405-14 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş 20.10.2015-ci il tarixli Əlavədə qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdehin İddiaçı ASC-yə olan borcu 02.02.2018-ci il tarixə borcu 26051,54 ABŞ dolları- əsas borc üzrə 16346,92 ABŞ dolları, faiz borcu üzrə 9704,62 ABŞ dolları; 20.10.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) borcu 37597,92 ABŞ dolları- əsas borc üzrə 16346,92 ABŞ dolları, faiz borcu üzrə 21251 ABŞ dolları; 09.02.2021-ci il tarixə (müqavilə müddəti bitən tarixə) borcu 37845,39 ABŞ dollarıəsas borc üzrə 16346,92 ABŞ dolları, faiz borcu üzrə 21498,47 ABŞ dolları müəyyən edilir. İş materiallarında olan 10.12.2021-ci il tarixli 4/1651 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqində olan 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin 1 -ci və 2-ci vərəqlərinin aşağı hissələrində soldan sağa “Zamin” qrafalarında olan 3-cü imzalar və 3-cü vərəqində “18.4. Zamin Cavabdeh1” qrafasında olan imza və aşağı hissəsində soldan sağa “Zamin” qrafasında olan 3-cü imza; mülki işin 21-ci vərəqində olan 20.10.2015-ci il tarixli 27-M-1-0-405-14 saylı 21.11.2014 tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavənin aşağı sağ hissəsində “Zamin” qrafasında olan imza - eyni şəxs Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqlərində olan 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin 1 -ci və 2-ci vərəqlərinin aşağı hissələrində soldan sağa “Zamin” qrafalarındakı olan 4-cü imzaların və 3- cü vərəqində sol hissəsində “18.3. Zamin Cavabdeh3” qrafasında olan imzanın və aşağı hissəsində soldan sağa “Zamin” qrafasında olan 4-cü imzanın - Cavabdeh3 tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, 12-14-cü vərəqlərində olan 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin 1 -ci və 2-ci vərəqlərinin aşağı hissələrində soldan sağa “Zamin" qrafalarında olan 4-cü imzalarla və 3-cü vərəqində sol hissəsində “18.3. Zamin Cavabdeh3” qrafasında olan imza və aşağı hissəsində soldan sağa “Zamin” qrafasında olan 4-cü imza ilə mülki işin 22-ci vərəqində olan 20.10.2015-ci il tarixli 27-M-1-0-405-14 saylı 21.11.2014 tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavənin aşağı sağ hissəsində “Zamin” qrafasında olan imzanın - öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. İş materiallarında olan 04.03.2022-ci il tarixli 4/205 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 22 vərəqəsində olan 21.11.014-cü il tarixli 27-M-1-0-405-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 20.10.2015-ci il tarixli əlavədə Zamin qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-14-cü vərəqəsində olan "xxxx" ASC ilə X3 arasında bağlanmış 21.11.2014-cü il tarixli 27-M-1-0-405-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsində “Zamin:” qrafasındakı imzalar Cavabdeh3 tərəfindən yox, başqa şəxs təərfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın və zaminlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Kredit alan X1 hüquqi varisi Cavabdeh2 olduğundan iddia tələbi əsaslı hesab edilməli və borc məbləği cavabdehlər Cavabdeh2, zamin Cavabdeh1 və zamin Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan 16346,92 ABŞ dolları əsas borc, 8776,49 ABŞ dolları faiz borcu, 385,69 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 246,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25755,3 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Yelobank ASC-yə ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə zamin Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsinə zamin durmadıqlarını və müqavilələri imzalamadıqlarını bildirsələr də, keçirilmiş məhkəmə xətşünaslıq ekspertizaları ilə müəyyən edilmişdir ki, 20.10.2015-ci il tarixli, 27-M-1-0-405-14 saylı 21.11.2014-cü il tarixli Bank hesab kredit və zaminlik müqaviləsinə əlavələrə əsasən, kredit müqaviləsinin müddəti 70 ay 29 gündək uzadılmış, zamin Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsinin müddətinin uzadılmasına etiraz etməmişlər. İş üzrə məhkəmə tərəfindən 3 dəfə xətşünaslıq ekspertizaları keçirilmiş, ekspert rəyləri ilə imzaların Cavabdeh1 məxsus olduğu qeyd edilmiş, lakin Cavabdeh3 münasibətdə ziddiyətli rəylər verilməsinə baxmayaraq sonuncu kredit müqaviləsinin müddətinin uzadılmasına dair imzanın ona məxsus olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, zaminlərin kredit müqaviləsinin müddətinin uzadılmasına iradə ifadələrinin olması kredit müqaviləsi üzrə öhdəliyin icrasına zamin durmaları kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış 100 manat məbləğindndə məhkəmə mühasibatlıq ekspertizasının 34 manatı Cavabdeh2, 33 manatı Cavabdeh3 və 33 manatı isə Cavabdeh1, iş üzrə aparılmış 15.07.2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizası Cavabdeh3 münasibətdə həyata keçirildiyindən 110 manat məbləğində ekspertiza xərci Cavabdeh3, 10.12.2021-ci il tarixli məhkəməxətşünaslıq ekspertizası Cavabdeh3 və Cavabdeh1 münasibətdə aparıldığı üçün 124 manat məbləğində ekspertiza xərcinin 62 manatı Cavabdeh3, 62 manatı isə Cavabdeh1, 04.03.2022-ci il məhkəmə-xətşünaslıq ekspertizası Cavabdeh3 münasibətdə həyata keçirildiyindən 124 manat ekspertiza xərci Cavabdeh3, ümumilikdə iş üzrə aparılmış 458 (dörd yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərcinin 34 manatı Cavabdeh2, 95 manatı Cavabdeh1, 329 manatı isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin maddənin 3-cü bəndinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan 16346,92 ABŞ dolları əsas borc, 8776,49 ABŞ dolları faiz borcu, 385,69 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 246,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25755,3 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə aparılmış 458 (dörd yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərcinin 34 manatı Cavabdeh2, 95 manatı Cavabdeh1, 329 manatı isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-92/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-92/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver