Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-920/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi. İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 8190 (səkkiz min yüz doxsan) manat məbləğin Cavabdeh tutularaq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X5 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixdə xidməti ərazilərdə yerin təkindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır. Araşdırma zamanı Abşeron rayonu, Güzdək qəsəbəsi, Qobu Güzdək yolunun sağ tərəfində daş karxanasının Cavabdeh tərəfindən qanuni sənədləri olmadan (lisenziya, dağ mədən ayırması aktı və s.) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Faktla bağlı xx.xx.2023-cü il tarixli, 82640 saylı akt, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında İdarənin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə Cavabdeh vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmçinin qeyd olunan ərazidən 234 m3 həcmində faydalı qazıntı növü olan əhəngdaşının daşınmasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana” görə ödəmə normativlərinə əsasən təbiətə 8190 (səkkiz min yüz doxsan) manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Cərimə məbləği Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş vaxtda könüllü olaraq ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla bağlı iddia tələbi pretenziya qaydasına riayət olunmaqla cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, tələb edilən məbləğlə bağlı həmin yerə onun heç bir aidiyyatı yoxdur və həmin yer üzrə tərtib edilmiş aktı da o, imzalamayıb. Onun fəaliyyət göstərdiyi yerlə hazırki iddia üzrə göstərilmiş yer arasında 4 km məsafə var və fəaliyyət göstərdiyi yer üzrə yazılmış cəriməni də hissə-hissə ödəyir. Həmin qərardan Abşeron Rayon Məhkəməsinə şikayət etsə də, qərarı dəyişdirmədən qüvvədə saxladılar. Lakin həmin qərar ona göndərilməyib və qərardan məlumatı yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Güzdək qəsəbəsində icazə olmadan yerin təkindən istifadə olunması, tullantıların qalaqlanması faktı aşkar olunduğundan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228 və 271-ci maddələri ilə təqsirli bilinmiş və 2500 manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar MN №1764457 saylı, 20 oktyabr 2023-cü il tarixli protokol əsasında tərtib olunmuşdur. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh ünvanladığı 12 dekabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, o, cavabdehə 10 gün müddətində dəymiş ziyanın ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. - AR Nazirlər Kabinetinin 119 saylı qərarına əsasən Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə 1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə (manatla) 35 manat, 234 m3*35(azn) = 8190 manat hesablanmışdır. Bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı tətbiq edilir. Məlumat üçün bildirmişdir ki, 2021-ci il, 04 may tarixində X7 X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək əhəngdaşı yatağında yerləşən, Cavabdeh məxsus karxana sahəsinə baxış keçirilmiş, barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. - DMXEİA-nın əməkdaşları Samir Alıyev və Samir Mustafayev tərəfindən tərtib olunmuş Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağında yerləşən Cavabdeh oğlu və X4 məxsus karxana sahəsinə keçirilmiş baxışa dair 02 noyabr 2023-cü il tarixli arayışa əsasən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 325/4RETSİ-43 qeydiyyat nömrəli 2023-cü il 26 oktyabr tarixli məktubun icrası ilə əlaqədar 2023-cü il 02 noyabr tarixində Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağında Cavabdeh və X4 məxsus karxana sahəsinə baxış keçirilmiş və aşağıdakılar müəyyən edildi. Cavabdeh: Ərazidə ölçmə işləri aparıldı və müəyyən olundu ki, X-385974 Y- 4470859, X- 385997Y-4470867, X-386013 Y-4470820, X-385991 Y-4470813 koordinatları daxilində 1171 m2 sahədə orta istismar dərinliyi 0,4 metr olmaqla 468 m3 həcmində mişardaşı hasilatı aparılmışdır. İstismar zamanı yaranan itkiləri (50%) nəzərə alaraq ümumilikdə 234 m3 həcmində mişardaşı hasilatı qanunsuz olaraq Cavabdeh tərəfindən aparılmışdır. Cavabdeh qeyd olunan ərazi ilə bağlı “Dağ-mədən Ayırması” Aktı mövcud deyildir. Onuda qeyd etmişdir ki, 2022-ci il 15 sentyabr tarixində X7 X1 əməkdaşları tərəfindən Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağında yerləşən Cavabdeh məxsus karxana sahəsinə baxış keçirilmiş, akt və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Abbas Hünbətov: Ərazidə ölçmə işlərı aparıldı və müəyyən olundu ki, X-390816, Y-4470086, X-390836, Y- 4470105, X-390855 Y-4470088, X-390836 Y-4470068 koordinatları daxilində 710 m2 sahədə orta istismar dərinliyi 0.4 metr olmaqla 284 m3 həcmində mişardaşı hasilatı aparılmışdır. İstismar zamanı yaranan itkiləri (50%) nəzərə alaraq 142 m3 həcmində mişardaşı hasilatı aparılmışdır. Onuda qeyd etmişdir ki, 2021-ci il 04 may tarixində X7 X1 əməkdaşları tərəfindən Abşeron rayonu "Güzdək” əhəngdaşı yatağında yerləşən X4 məxsus karxana sahəsinə baxış keçirilmiş, akt və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh ünvanladığı 03 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, barəsində qəbul edilmiş qərar icra olunmaq üçün ona göndərilmişdir. Cərimə məbləği “X5 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22, xüsusi ödənilməlidir. Bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Həmçinin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. - Abşeron Rayon Məhkəməsinin 3(012)-1716/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 sentyabr 2022-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Abşeron Rayon Məhkəməsinin 7(012)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 İstifadə Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 İstifadə Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzasının icrası 6 ay müddətinədək təxirə salınmışdır. - Abşeron Rayon Məhkəməsinin 3(012)-1717/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh şikayəti təmin edilməmiş, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddia tələbi faydalı qazıntı növü olan əhəndaşının qanunsuz işlədilməsi nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, Qobu Güzdək yolunun sağ tərəfində daş karxanasının qanuni sənədləri olmadan (lisenziya, dağ mədən ayırması aktı və s.) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Faktla bağlı xx.xx.2023-cü il tarixli, 82640 saylı akt, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında İdarənin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə Cavabdeh vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cərimə məbləği cavabdeh tərəfindən qanunla müəyyən edilmiş vaxtda könüllü olaraq ödənilmədiyindən məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Halhazırda iddiaçı təbiətə dəymiş ziyanla bağlı 8190 (səkkiz min yüz doxsan) manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə qeyd olunan faydalı qazıntı növü olan əhəndaşının qanunsuz işlədilməsinin ona aiddiyyatı olmadığını bildirərək, iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. “Yerin təki haqqında” Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, “Yerin təki haqqında” Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı Qərarı ilə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilmişdir. Həmin Qərara əsasən faydalı qazıntı növü olan əhəndaşının qanunsuz işlədilməsinə görə 1 m3-ə 35.0 manat dəymiş ziyan müəyyən edilmişdir. Həmçinin bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 3(012)-1716/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası ETNS Dövlət mineral X2 Agentliyinin xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı qərarı ilə İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat cərimə edilmişdir.Həmin qərardan da şikayət vermiş lakin şikayəti Abşeron Rayon Məhkəməsinin 3(012)-1716/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı təmin edilməmişdir. Cavabdeh 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən vəzifəli şəxs qismində 2500 manat cərimə edilmişdir. Həmin qərardan Cavabdeh şikayət vermiş Abşeron Rayon Məhkəməsinin 3(012)-1717/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməyərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Abşeron rayonu, Güzdək qəsəbəsi, Qobu Güzdək yolunun sağ tərəfində daş karxanasının Cavabdeh tərəfindən qanuni sənədləri olmadan 234 m3 həcmində faydalı qazıntı növü olan əhəngdaşının daşınmasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana” görə ödəmə normativlərinə əsasən ikinci dəfə cərimələnən subyekt olduğu üçün 1 əmsalı hesablanmaqla 35 x 234= 8190 manat məbləğində təbiətə ziyan vurmuşdur. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 8190 (səkkiz min yüz doxsan) manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8190 (səkkiz min yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (“X5 üzrə Dövlət Fondu”na VOEN **********, H/H: AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-920/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-920/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver