Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-924/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yelobankın ona qarşı əsassız olan 2740 azn borc öhdəliyinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı (X1 VƏSİQƏ M/V 058423) oğlu 2008 ci ildə adında YELOBANK-da (əvvəlki adı NİKOİL BANK ) avtomobil krediti olmuşdu. Kredit ödənişləri gecikdirildiyi üçün avtomobil bank tərəfindən geri alınmış və borc öhdəliyi onun üzərindən götürülmüşdü. Kredit tam bağlanmışdır. 10 ildən çox müddət ərzində heç bir vaxt ona bank tərəfindən zəng olmamış borc qalığının olduğu bildirilməmiş, bu müddət ərzində dəfələrlə başqa banklardan kreditləri olmuş və heç bir vaxt Mərkəzi Kredit Bürosunda bağlanmamış borc kimi kredit adımda olmayıb. Lakin təxmini 3 il öncə Yelobankdan ona zəng gəlmiş və üzərində hələ də 2740 azn avtomobil kreditindən borcun qaldığını bildirilmişlər. O borcun tam bağlandığını bildirsə də ona qarşı bank bu borcu ödəməyini tələb etmiş və iddia qaldıraraq məhkəməyə vermişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 nömrəli, xx.xx.2022 -ci il tarixli qətnaməsi ilə və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 952/2023 nömrəli, xx.xx.2023 tarixli qətnaməsi ilə Yelobankın ona qarşı iddiası təmin edilməmişdir. Onun əlində olan xx.xx.2020 ci il SF-7961 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda və xx.xx.2021 ci il SF-21839 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda Yelobanka borc tam bağlanmış kimi göstərilib. Lakin xx.xx.2024-cü il SF-20424 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda 2740 azn Yelobanka ödənməmiş borc qalığı kimi sonradan salınıb. Yelobanka məktubla müraciət etməyinə baxmayaraq bu məbləği hələ də onun üzərində öhdəlik kimi saxlayıblar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi; ödənilmiş 49,06 (qırx doqquz manat 06 qəpik) dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Mülki Kollegiyasının 2(103)-952/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli, SF-20424 nömrəli çıxarışdan İddiaçı adına kredit qalıq məbləği 2740 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 16.1-ci maddəsinə əsasən məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər: borcun ilkin məbləği; cari borc məbləği;borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borcun ödənilməsi müddətinin uzadılması; borc öhdəliyinin təminatı; borcun təminat hesabına ödənilməsi; balansdan silinmiş ümidsiz borc; ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti; kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Əsas qismində iddia müddətinin tətbiqi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna baxmayaraq, İddiaçı hal-hazıradək adı kredit reyestrindən çıxarılmamışdır. Halbuki, Mülki-proesessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verilir. Qanunvericiliklə məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olduqları məlumatlar sırasında balansdan silinmiş ümidsiz borc da göstərilir. Ümidsiz borc dedikdə, iddia müddəti keçmiş və icrası mümkün olmadığına görə mülki qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür. Odur ki, hazırki iddia tələbi tam əsaslı olub təmin ediməli, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə İddiaçı tələb olunan 2740 (iki min yeddi yüz qırx) manat məbləğində borc silinməli; İddiaçı xx.xx.2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə İddiaçı tələb olunan 2740 (iki min yeddi yüz qırx) manat məbləğində borc silinsin. İddiaçı xx.xx.2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nın üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-924/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-924/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver