Məhkəmə qərarları › İş №2(004)-93/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-93/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-93/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 7104 manat birbaşa maddi ziyan (real zərər) 4600 manat əldən çıxmış fayda, ümumilikdə 11704 manat məbləğində pulun, habelə ödənilmiş 1215 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, həmçinin cavabdeh "xxxx" ASC-dən 104 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünə məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sanni” minik markalı, 2012-ci il buraxılışı, ağ rəngli avtomaşınla taksilik faliyyəti ilə məşğul olaraq ailəsini dolandırırdı. Həmin avtomaşını hərdən etibarnamə əsasında oğlu X23 da idarə etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qonşu Əlinin toy məclisinə getmək üçün oğlu Ceyhun yuxarıda qeyd olunan avtomaşınla toya getmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi ilə idarə edərkən onun hərəkət hissəsinin sağ tərəfindən hərəkətdə olan Cavabdeh2 tərəfindən idarə olunan “Mersedes” markalı, 99-TU- 365 dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq oğlu Ceyhun tərəfindən idarə olunan ona məxsus avtomaşını vurmuş, nəticədə avtomaşında olan oğlu Ceyhun və 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, ona məxsus avtomaşın isə yararsız vəziyyətə düşmüşdür. Oğlu Ceyhun sağlamlığı pozmayan xəsarət alsa da dəhşətli stress keçirmişdir. Hadisə nəticəsində az-ağır kateqoriyalı xəsarət alan 2 nəfər şəxs hadisəni törədən hazırki Cavabdeh2 ilə barışıq əldə etdiklərindən sonuncu cinayət məsuliyyətindən yayınmışdır. Yol nəqilyyat hadisəsində günahkər olan Cavabdeh2 barəsində Xətai RPİ-nin Təhqiqat şöbəsində toplanmış marepial üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilsə də, barəsində İnzibati Xəttalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Əvvəlcə hadisədən peşman olan Cavabdeh2 mənə məxsus avtomaşının tam təmirini həyata keçirəcəyini bildirərək hər gün and içirdi. Daha sonra başa düşəndə ki, hadisə nəticəsində az- ağır kateqoriyalı xəsarət alan 2 nəfər şəxslə barışdığından daha o, cinayət məsuliyyətinə cəlb olunmayacaq, bu zaman iddiaçıya bildirdi ki, onun avtomaşınını təmir etməyəcək, belə ki, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə kifayət qədər pul xərcləyib, ona görə də ona sonuncu dəfə bildirdi ki, heç bir qəpik də pul verməyəcək, get nə istəyirsən et. Hadisə nəticəsində iddiaçıya məxsus “Nissan Sanni” minik markalı avtomaşının bərpası üçün 12.000 manat civarında pul vəsaiti tələb olunur. İcbari sığorta şirkəti tərəfindən ona 4.896 manat pul ödənilmişdir. Buradan belə qənaətə gəlmək olar ki, avtomaşının bərpası üçün əlavə 7.104 manat pul vəsaiti tələb olunur. Bu məbləğ birbaşa maddi ziyandır (real zərər). Bundan başqa yuxarıda qeyd etdiyi kimi, o, heç yerdə işləmir və ailəsini taksiçilik faliyyəti ilə dolandırır. Bu faliyyətdən o, hər gün orta hesabla, məsrəflər çıxıldıqdan sonra 25 manat pul qazanırdı. xx.xx.2023-cü il tarixdən bu günə kimi, yəni 184 gün müddətində o, 25 manat puldan məhrumam. Bu da 4.600 manat əldən çıxmış fayda deməkdir. Həmçinin, cavabdeh "xxxx"ASC icbari sığorta üzrə ona tam 5.000 manat ödəməli olduğu halda, 4.896 manat ödəməklə 104 manat borclu qalmışdır və bu məbləği ödəməkdən yayınır. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə etiraz ünvalayaraq bildirmişdir ki, Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. 1. İşin mübahisələndirilməyən halları: Avtonəqliyyat vasitəsi sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Mercedes-Benz C200” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus “Nissan Sunny” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı abtomobil yararsız vəziyyətə düşmüş, yolnəqliyyat hadisəsi nəticəsində üç nəfər sərnişin az ağır xəsarət almış və Xətai Rayon Prokurorluğuna məxsus 2 ədəd hasar dəmir barmaqlıq əyilmiş və 1 ədəd dəmir barmaqlığın üstündə olan dəmir gerb silinmişdir. Qeyd edilən hadisə üzrə Xətai rayon RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X24 tərəfindən 07 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanılmasmın rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” Qərar qəbul edilərək cinayət işinin başamlması rədd edilmiş, eyni zamanda Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar alınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Mercedes-Benz C200” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir sığorta hadisəsi nəticəsində iki əmlaka zərər vurduğuna və məsuliyyətinin məbləği qanunla müəyyən olunmuş sığorta məbləğinin son həddini aşdığına görə, müvafiq olaraq, İddiaçı bank hesabına 4896.82 AZN və Xətai Rayon Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi X18 bank hesabına 103.18 AZN sığorta ödənişi mütənasib həcmdə ödənilmişdir. Göründüyü kimi, sığorta məbləğinin son həddi olan 5000 manat vəsait vurulmuş zərərə mütənasib olaraq, qanunvericiliyin tələblərinə müvafiq şəkildə zərərçəkənlər arasında bölüşdürülmüşdür. İİ. Mübahisə predmeti ( "xxxx" ASC-yə dair hissədə) : İddiaçı iddia edir ki, zərər məbləğini təşkil edən 104 manat "xxxx" ASC tərəfindən ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC iddiaçının bu tələbini əsassız hesab edir. İİİ. Tərəflərin dəlilləri, istinad etdikləri maddi hüquq normaları Cavabdeh "xxxx" ASC-nin mövqeyi: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. xx.xx.2023-cü il tarixli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarına əsasən İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.” Göründüyü kimi, sığortalının iddiaçıya zərər vurmaqla onun qarşısında mülki vəzifəsinin (zərərin əvəzinin ödənilməsi vəzifəsinin) yaranması fakt kimi bu zərərin hansı həcmdə ödənilməsi məsələsi “İcbari Sığortalar haqqında” Qanunun “zərərin əvəzinin ödənilməsi” adlanan 20.4-cü maddənin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinə etiraz ünvalayaraq bildirmişdir ki, İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh idarə etdiyi **- TU-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobil ilə xx.xx.2023-cü il tarixində, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində iddiaçıya məxsus, lakin oğlu X23 tərəfindən idarə olunan **-CG-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobili vurmuş, nəticədə maşın yararsız hala düşmüş və sürücüdən əlavə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Özü də qeyd etdiyi kimi, faktla bağlı Xətai rayon Pİ-də araşdırma aparılmış, işdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbehetmə tətbiq edilmişdir. "xxxx"ASC tərəfindən iddiaçıya ziyan əvəzi olaraq 4896 manat məbləğində ödəniş edilmişdir. Lakin iddiaçı 2023-cü ilin oktyabr ayından bəri ziyana məruz qaldığını, taksi fəaliyyətindən məhrum qaldığını iddia edərək günə təxmini orta hesabla 25 manat, ümumilikdə isə 4600 manatı əldən çıxmış fayda kimi, 7104 manatı isə birbaşa maddi ziyan kimi ümumilikdə 11.704 manatı cavabdehdən, sığorta şirkətindən isə bütövlükdə 5000 azn ödəmədiyi üçün qalan 104 manatı tələb edir. Nəzərə alsaq ki, qarşı tərəfin də maşını zərər görmüşdür (şəkil əlavə edilir). Hesab edirlər ki, iddia tələbi əsassızdır, təmin edilə bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə maximal olaraq 5 000 (beş min) AZN təşkil edir. Həmin Qanunun 50-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Sığorta ödənişi həmin Qanuna və Mülki Məcəllənin tələbinə əsasən müvafiq araşdırma edildikdək sonra razılıq əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona vurulan zərəri real zərər və əldən çıxmış fayda kimi dəyərləndirsə də, bu hesablamaların maşınının hansı hissələrinə münasibətdə və qiymətinin hansı təsdiqlənmiş meyar əsasında aparıldığını əsaslandırmamış, habelə əsaslı dəlil əlavə etməmişdir. Hər hansı bir qiymət tələbi irəli sürülərkən, maşının istehsal ili, hansı məsafədə sürülməsi, hissələrinin vahidinin dəyərinin real bazar qiymətinə mütənasibliyi, maşının təmir imkanı, həqiqətən sıradan çıxıb çıxmaması, habelə sığorta ödənişi ilə maşının niyə təmir edilmədiyi kimi məsələlər də araşdırılmalıdır. Buradan belə nəticə çıxır ki, buraxılış ili köhnə olan, hətta müəyyən qədər kilometr istifadə edilmiş maşının bərpasının təmir-bərpa xərclərinin eyni avtomobilin yeni versiyasının bazar qiymətinə hesablanması hansı əsasla aparılması tam əsaslandırılmamışdır. İddiaçı tələbi ilə həm Xətai rayon Pİ-nin araşdırmasını, həm də “Xalq Sığora’ASC tərəfinfən sığorta hadisəsinə olan münasibəti şübhə altına alsa da, real dəlilləri əlavə etməmişdir və əsaslandırmamışdır. Mülki Məcəllənin 21 və 1096 -1097-ci maddələrinə münasibətdə qeyd edilir ki, şəxsin sığorta ödənişi ilə maşını təmir etdirmək imkanı, habelə bir abzas yuxarıda yazılan xüsusatlar nəzərə alınmalıdır. Digər tərəfdən iddiaçı əldən çıxmış faydaya münasibətdə tələb irəli sürür,lakin taksi fəaliyyəti ilə bağlı hər hansı hüquqi əsaslar qeyd edilməmişdir. Məlumdur ki, taksi fəaliyyəti ilə bağlı qanunvericiliyin pozulması müvafiq inzibati xəta tərkibi ilə məsuliyyətə səbəb olur. Taksi minik avtomobilləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair” Tələblərə cavab verməlidir. Bundan əlavə məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024- cü il 27 mart tarixli 183 tarixli qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”nin 5.7 və 5.8-ci bəndlərinə əsasən taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.(müvafiq bəndlər 2024-cü ilin 1 iyul tarixindən qüvvəyə minir). “İcbari sığortalar” haqqında Qanunun 24.1.6-cı maddəsinə əsasən zərəçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək kimi hüququ əks olunmuşdur. Ümumiyyətlə, bu tip işlər üzrə formalaşmış təcrübə adətən eynidir, iddiaçı-zərərçəkənlər adətən sığorta ödənişini əldə etdikdən bir müddət sonra, zərərgörən maşına münasibətdə yeni maşına qiymət tələbi ilə qarşı tərəfə iddia irəli sürürlər. Məlumdur ki, sığorta şirkətləri tərəfindən baş verən hadisə barədə müvafiq məlumatlar araşdırılandan və zərər hesablandıqdan sonra müvafiq ödəniş edilir və həmin dövrdə şəxsin əlavə pretenziyası olmamışdır. Odur ki, İddiaçı tərəfindən verilmiş əsassız iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qüsur aktı mövcud ola da, ekspert rəyində məbləğ az göstərilib. Qüsur aktında çəkilməli olan xərclər dolğun şəkildə göstərilib. Həmçinin, avtomobil indiyədək təmir olunmayıb. İddiaçı taksi fəaliyyəti ilə məşğul olur və VÖEN-i var. Vergidən yayınma məsələsi hazırkı məhkəmə iclasında həll olunmur. İddiaçı həmin avtomobillə qazanc əldə edir və açıq ürək əməliyyatı olub. Verilən suallara cavab olaraq bildirmişdir ki, əldən çıxmış fayda avtomobilin nasaz vəziyyətdə olması ilə bağlıdır. Avtomobil hal-hazırda da istismara yarasızdır. Sığorta şirkəti tərəfindən iddiaçıya 4896 manat ödənilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbini qismən edərək, əlavə olaraq bildirmişdir ki, Ekspert rəyi sığorta məbləği ilə əlaqəlidir. Həmin məbləği qəbul edirlər. Əldən çıxmış fayda ilə bağlı mövqeləri ondan ibarətdir ki, o, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu verdi və taksi qeydiyyatı ilə bağlı məlumatlar çıxmadı. İddiaçı da əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddianı qəbul etmirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xətai RPİ-nin TŞ-nin Cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə xx.xx.2024-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində X8 və X12 xəsarət alması ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş, Qərarın surəti yolnəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki: “Araşdırma zamanı X8 izahatı alınmış və o izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində qonşusu Əlinin toy məclisinə getmək üçün həyat yoldaşı Dildar Seyidova ilə birlikdə qonşuluqda yaşayan Ceyhunun avtomaşınının qabaq oturacağında oturmuş, həyat yoldaşı Dildar isə arxa oturacaqda oturmuşdur. Xətai rayonu, S.Orucov küçəsi ilə hərəkətdə olan zaman yolun sağ tərəfindən F.Bayramov küçəsindən Mersedes markalı avtomaşının sürücüsü “STOP” nişanının tələbinə əməl etməyib Ceyhunun idarə etdiyi etdiyi avtomaşının hərəkət zolağına çıxdığından yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə özü və həyat yoldaşı xəsarət almışdır. Araşdırma zamanı X12 izahatı alınmış və o da həyat yoldaşı Həmid Seyidovun izahatına uyğun izahat verərək onun dediklərini təsdiqləmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatı alınmış və o izahatında bildirmişdir ki, Mersedes Benz C200 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində həmin avtomaşınla Xətai rayonu, F.Bayramov küçəsi ilə üzü S.Orucov küçəsinə doğru saatda 50 km. sürətlə hərəkət edərkən qabaq oturacaqda oturan Tahirlə söhbətə başı qarışdığından “STOP” nişanını görməmiş və S.Orucov küçəsinə daxil olduqda S.Orucov küçəsi ilə düzünə hərəkətdə olan Nissan Sunny markalı avtomaşınla toqquşmuşdur. Araşdırma zamanı X9 izahatı alınmış və o da Cavabdeh2 izahatına uyğun izahat verərək onun dediklərini təsdiqləmişdir. Araşdırma zamanı X15 izahatı alınmış və o izahatında bildirmişdir ki, Nissan Sunny markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində həmin avtomaşınla qonşuları Həmid, həyat yoldaşı Dildar və qonşusu Fərasəti Babək prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisinə aparmaq üçün Xətai rayonu, S.Orucov küçəsi ilə düzünə 45-50 km. sürətlə hərəkətdə olan zaman onun hərəkət istiqamətinin sağ tərəfindən yəni F.Bayramov küçəsindən gələn Mersededs markalı avtomaşın “STOP” nişanının tələbinə əməl etməyib onun hərəkət zolağına çıxdığı üçün toqquşmuşdur, hadisə nəticəsində avtomaşınına maddi ziyan dəymiş özü isə xəsarət almışdır. Təhqiqat zərurəti ilə əlaqədar X15 xəsarət alıb-almadığını müəyyən etmək məqsədi ilə Məhkəmə-Tibbi Ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X20 Publik Hüquqi şəxsin 172MJ nömrəli rəyindən görünür ki, X16 aşkar olunmuş xəsarətlər-sol körpücük, sağ sağrı, sol diz oynağı nahiyələrinin qançırları və sağ baldırın sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təhqiqat zərurəti ilə əlaqədar X8 xəsarət alıb-almadığını müəyyən etmək məqsədi ilə Məhkəmə-Tibbi Ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X20 Publik Hüquqi şəxsin 94/2023 nömrəli rəyindən görünür ki, X10 aşkar oiunmuş xəsarətlər-sağ 5-ci qabırğada minimal yerdəyişdirən travmatik sınıq, sağ minimal pnemotoraks müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müdddətə pozulmasına səbəb olan sağlamlğa az ağır zərərvurmaya aiddir. Təhqiqat zərurəti ilə əlaqədar X12 xəsarət alıb-almadığını müəyyən etmək məqsədi ilə Məhkəmə-Tibbi Ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmişdir.Məhkəmə-Tibbi Ekspertiza və X20 Publik Hüquqi şəxsin 93/2023 nömrəli rəyindən görünür ki, X13 aşkar olunmuş xəsarətlər-baş beynin silkələnməsi, bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar, sol kürək sümüyünün sınığı, sol tərəfli 4-cü, 5-ci, 6-cı qabırğaların sınıqları-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğa az ağır zərərvurmaya aiddir. Məhkəmə-X2 8/3463 nömrəli rəyindən görünür ki, Mersedes Eenz C200 markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-X2 8/3463 nömrəli rəyindən görünür ki, Nissan Sunny markalı, **-CG-*** ndövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 hadisənin qarşısınn alınması ilə əlaqədar olan hərəkətlərinin əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Araşdırma zamanı vətəndaş X19 və X6 RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023cü il tarixdə Cavabdeh2 idarə etdiyi Versedes Benz C200 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı sürücü Cavabdeh2 qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Beləliklə, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixdə Xətai rayonu, S.Orucov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq idarə etdiyi Mersedes Benz C200 markalı, **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində X5 5-ci qabırğasında minimal yerdəyişdirən travmatik sınıq, sağ minimal pnemotoraks və X17 baş beynin silkələnməsi, bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar, sol kürək sümüyünün sınığı, sol tərəfli 4-cü, 5-ci, 6-cı qabırğaların sınıqları kimi xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, zərərçəkmiş şəxs, X8 və X3 Cavabdeh2 barəsində şikayətinin və tələbinin olmadığını nəzərə alıb toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, yolnəqliyyat hadisəsini törətmiş X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci -addəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir.” Xətai rayon DYPŞ-in TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 17:30-da F.Bayramov- S.Orucov küçələrində “Mercedes Benz C200 CDİ Minik markalı ** TU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. PXA159081 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Mercedes-Benz C200” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, S.Rəhimov küçəsində “Nissan Sunny” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı abtomobil ilə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8780 manatdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. İddiaçı hesabına köçürüləcək məbləğ 4896,82 manat təşkil edir. Yekun müddəalarda qeyd olunmuşdur ki, Üçüncü şəxs İddiaçı təsdiq edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta haqqında nəzərdə tutulmş sığorta ödənişi həyata keçiriləndən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur. PXA159708 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Mercedes-Benz C200” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, S.Rəhimov küçəsində “Nissan Sunny” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı abtomobil ilə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8780 manatdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. X18 hesabına köçürüləcək məbləğ 103,18 manat təşkil edir. Yekun müddəalarda qeyd olunmuşdur ki, Üçüncü şəxs X25 təsdiq edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta haqqında nəzərdə tutulmş sığorta ödənişi həyata keçiriləndən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur. AR DİN Xətai rayon DYPŞ tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 2023-cü ilin 17 oktyabr tarixdə saat 17:30-da Xətai rayonunda toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “Merdedes Benz C200 CDİ Minik” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2dur. Yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücünün sürücülük hüququ olmuş, sürücü ayıq vəziyyətdə olmuşdur. Hadisə nəticəsində X14 və X1 az ağır xəsarət yetirilmişdir. Zərər vurulmuş avtomobil İddiaçı mülkiyyətində olan X34 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin sağ və ön hissəsi zədələnmişdir. Xətai rayon Prokurorluğuna məxsus əmlaka zərər vurulmuş, 7 ədəd düzlük daşı, 2 ədəd hasar dəmir barmaqlıq əyilmiş, 1 ədəd dəmir barmaqlığın üstündə olan dəmir gerb silinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 21 nömrəli qüsur aktından görünür ki, İddiaçı məxsus buraxılış ili 2012, ban:MDHBBAN17Z0001205, X34 markalı, ağ rəngli, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və görüləcək təmir işlərinin məbləği 10.480 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8084 saylı, 06 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500,00 manat olmuş 2012-ci il buraxılışlı “X34” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 9375,00 (12500-25%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd edilmişdir ki, avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş rıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1222 saylı, 22 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 21/2024 nömrəli qüsur aktına əsasən 2012-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7290,00 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 3780,00 manat; - Təmir-bərpa işlərinin qiyməti - 3510,00 manatdır. Qüsur aktında qeyd edilən və cədvəlin 14-cü bəndində göstərilən arxa sağ qapının satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından tədqiqat aparmaq mümkün olmadı. X32 tərəfindən verilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” T012004 nömrəli, xx.xx.2024-cü il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı (sürücülük vəsiqəsinin seriya və nömrəsi BB137501, kateqoriya CBC1B1) Taksi minik avtomobilinin sürücüsü etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ********** (VÖEN) nömrəsi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, ********** (VÖEN) nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun fəaliyyət istiqaməti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşınması, fəaliyyət obyekti isə taksi obyektidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli 3-27-103/2-7973/2024 nömrəli məktubundan görünür ki, ** CG *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı nəqliyyat vasitəsinin taksi minik avotobilləri ilə sərnişindaşıma sahəsində fəaliyyət göstərməsi ilə bağlı müvafiq icazəsinin alınmasına dair (buraxılış kartı) AYNA-ya müraciət daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları Xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız raqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin ve yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, AYNA-dan icazə (buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartı) almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 922.1-ci maddəsinə əsasən, Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.4-cü maddəsinə əsasən, Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən, İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4-cü maddəsinə əsasən, Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 16.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən, Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 20.1-ci maddəsinə əsasən, Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.2-ci maddəsinə əsasən, Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.4-cü maddəsinə əsasən, Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 54-cü maddəsinə əsasən, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 56.1.2-ci maddəsinə əsasən, Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023cü il tarixli Qərarında qeyd olunur ki, “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir; “İcbari sığortalar haqqında” Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir; sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.” Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarda vurğulamışdır ki, zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Mersedes Benz C200 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu, S.Orucov küçəsi istiqamətində İddiaçı məxsus “Nissan Sanni” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində X14 və X1 az ağır xəsarət yetirilmişdir. Xətai rayon Prokurorluğuna məxsus əmlaka zərər vurulmuş, 7 ədəd düzlük daşı, 2 ədəd hasar dəmir barmaqlıq əyilmiş, 1 ədəd dəmir barmaqlığın üstündə olan dəmir gerb silinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 53.4-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin mülkiyyətçisi olan və onu qanuni əsasla idarə edən Cavabdeh2 mülki məsuliyyətə cəlb edilməlidir. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, Məhkəmə qeyd edir ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir. İşin hallarından görünür ki, Mersedes Benz C200 markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığorta şirkəti "xxxx" ASC “Nissan Sanni” minik markalı **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı 8780 manat məbləğində qiymətləndirmiş, müvafiq ziyan məbləğinin qanunla nəzərdə tutulmuş 5000 manat sığorta məbləğinə nisbətlərini nəzərə alıb sığorta ödənişlərini həyata keçirmişdir. Halbuki iddiaçı, əgər avtomobilinə dəymiş ziyan məbləği 8780 manatdan artıq idi isə, müvafiq sığorta aktı ilə razılaşmamalı, sığorta şirkətindən, avtomobilinə dəydiyini irəli sürdüyü ziyan məbləğinin (iddiasına görə 12.000 manatın) 5000 manata olan nisbətini (digər avtomobilə dəymiş ziyanla mütənasib qaydada) tələb etməli idi. İddiaçı isə sığorta şirkətinin müəyyənləşdirdiyi zərər məbləği ilə razılaşmış, avtomobilinə dəymiş ziyanın 8780 manat olması ilə bağlı tərtib olunmuş aktı imzalayaraq məhz həmin məbləğin 5000 manata olan nisbətini, yəni 4896 manat pulu qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə tutulan ziyan məbləği 3884 manat (8780 – 4896 = 3884) müəyyənləşdirilməlidir. Məhkəmə, iddia tələbinin əldən çıxmış fayda – 4600 manat pulun tutulması hissəsinə münasibətdə qedy edir ki, həmin hissədə tələb kifayət qədər əsaslandırılmamış və sübutlar təqdim edilməmişdir. İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmaqla, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşınması istiqamətində fəaliyyət göstərsə də, məhz “Nissan Sunny” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi obyekti kimi istifadə etməsi iş materiallarında olan sübutlarla təkzib edilir. Belə ki, Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli 3-27-103/2-7973/2024 nömrəli məktubundan görünür ki, **-CG-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı nəqliyyat vasitəsinin taksi minik avotobilləri ilə sərnişindaşıma sahəsində fəaliyyət göstərməsi ilə bağlı müvafiq icazəsinin alınmasına dair (buraxılış kartı) AYNA-ya müraciət daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları Xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız raqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin ve yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, AYNA-dan icazə (buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartı) almalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh2 ödənilmiş ödənilmiş dövlət rüsumunun 58,84 (əlli səkkiz manat səksən dörd qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 3884 (üç min səkkiz yüz səksən dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 58,84 (əlli səkkiz manat səksən dörd qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi zərərin əvəzi olaraq 3884 (üç min səkkiz yüz səksən dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 58,84 (əlli səkkiz manat səksən dörd qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X7 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar