Məhkəmə qərarları › İş №2(004)-930/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-930/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-930/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı1 ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC-nin «1 saylı Xətai» filialı ilə Cavabdeh Xəsıb qızı arasında bağlanmış 06 may 2014-cü il tarixli 107GTUM141260004 saylı kredit müqaviləsinə əsasən 2786 manat 10 qəpik əsas, 363 manat 56 qəpik faiz borcu və 20 manat dövlət rüsumunun Cavabdeh Kapital Bank» ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı1 ASC-nin 1 saylı Xətai filialı arasında bağlanmış 06 may 2014-cü il tarixli 107GTUM141260004 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 28% olmaqla 3200 manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən borclu alınmış kredit və ona hesablanmış faiz borclarının müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun filiala ödənilməsi öhdəliyini və digər öhdəlikləri öz üzərinə götürmüşdür. Bu öhdəliklərin yerinə yetirilmədiyi və ya gecikdirildiyi halda, ona qarşı tətbiq edilə biləcək bir sıra cəza tədbirləri ilə xəbərdar edilmişdir. Belə ki, borclunun bankla bağladığı qeyd olunan kredit müqaviləsinin 2.2-ci bəndində ödəniş qrafiki üzrə ödənişləri gecikdirdiyi halda gecikdirilən əsas borca gündəlik 0,3% miqdarında cərimə pulu tətbiq olunacağı nəzərdə tutulmuşdur. Borclu qeyd olunan kredit müqaviləsi üzrə hər ay ödəniş etməli olduğu halda, o. son ödənişi 2014-cü ilin oktyabr avında etmişdir. Buna görə də bank olaraq oz hüququmuzu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 26 yanvar 2015-ci il tarixinə borclunun banka 2786 manat 10 qəpik əsas, 363 manat 56 qəpik faiz borcu qalmışdır. Kredit müqaviləsi üzrə son ödəmə tarixinin 06 may 2016-cı il olmasına baxmayaraq borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bankın kreditin vaxtından əvvəl qaytarılmasını tələb etməsi hüququ yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əməl etməsi üçün borcluya 13 dekabr 2014-cü il tarixli 18/1302 P saylı bildiriş məktubu göndərilsə də, o. müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2484/2015 nömrəli, 12.02.2015ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh İddiaçı1 ASC-nin xeyrinə 2786 manat 10 qəpik əsas, 363 manat 56 qəpik faiz, cəmi 3149 manat 66 qəpik və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə əmr verilmişdir. Borclu Cavabdeh əmrdən etiraz verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2484/2015 nömrəli, 12.02.2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-930/2022 nömrəli, 05.01.2022-ci il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-2484/2015 nömrəli, 12.02.2015-ci il tarixli əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı1 ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu və faktiki ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit borcunun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı kredit borcunun qaytarılması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, kredit borcunun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3200 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 2786 manat 10 qəpik əsas, 363 manat 56 qəpik faiz borcu yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 2786 manat 10 qəpik əsas, 363 manat 56 qəpik faiz borcu, cəmi 3149 (üç min yüz qırx doqquz) manat 66 (altmış altı) qəpik məbləğində kredit borcunun qaytarılması vəsaiti tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 ASC-nin xeyrinə əsas borc üzrə 2786 (iki min yeddi yüz səksən altı) manat 10 (on) qəpik, faiz borcu 363 (üç yüz altmış üç) manat 56 (əlli altı) qəpik, cəmi 3149 (üç min yüz qırx doqquz) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar