Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-937/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 Cavabdeh qarşı (X5 3-cü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı (X5 3-cü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1900 manat məbləğində ziyanıın Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 4900 manat məbləğində ziyanın Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 MMC-yə və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasinda İddiaçı2 MMC-yə müştərilərə verib qazanc əldə olunması uçün vermişdir. xx.xx.2021-ci il tarixdə özünü X2 təqdim edən şəxs sürücülük vəsiqəsini təqdim edib qeyd olunan avtomobili 3 (üç) gün müddətinə icarəyə verilməsini istəmişdir. Razılaşdıqdan sonra avtomobil 3 sutkalıq idarə edilməsindən ötrü MMC tərəfindən xx.xx.2021-ci il tarixli 12 saylı yol qeydiyyat nömrə ilə yol vərəqəsi tərtib edilməklə, tam saz vəziyyətdə ona verilmişdir. xx.xx.2021-ci ildə zəng edib məlumat verdi ki, avtomobili Şəki şəhərində idarə edərkən “RAVON NEXİA R-3“ markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, istismara yararsız hala düşmüş və Şəki rayon Polis İdarəsində araşdırma aparılır. Avtomobili idarə edən ona narahat olmamağını və avtomobilini təmir edib saz vəziyyətdə qaytaracağını demişdir. Lakin sonra telefon nömrəsini bağladığından o, Şəki şəhərinə getmiş və avtomobi Yol Polisin cərimə meydamçasında qabaq hissəsinin tam əzilmiş və istismara yararsız vəziyyətdə görmüşdür. Polis tərəfindən aparılan araşdırma zamanı məlim olmuşdur ki, avtomobili icarəyə götürən şəxs Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Cavabdehdur. O, başqasına məxsus sürücülük vəsiqəsini öz vəsiqəsi kimi təqdim edib avtomobili icarəyə götürmüş və avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyindən və zərər şəkmiş şəxsə maddi zərər vurmasına görə Cavabdeh barədə DYP əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cil maddəsinə əsasən İXP3925135 saylı protokol tərtib olunmaqla 400 manat cərimə edilmişdir. Lakin cəriməni indiyə kimi ödəməmişdir. O, Cavabdeh çətinliklə tapmışlar. O, başqasının sənədini təqdim etməklə avtomobili icarəyə götürdüyünü, avtomobilə dəymiş zərəri tam və cəriməni ödəyəcəyini, avtomobili öz xərci ilə Evuakatorla Bakıya gətirəcəyinə söz vermişdir. O, bir gecə Şəki şəhərində mehmanxanada qalmışdır. Təhqiqatçı onlardan izahat almış, o gündən Alim qaçaraq yoxa çıxmış və avtomobili gətizdirməmişdir. O, Şəkiyə gedərək, 200 manat pul ödəməklə avtomobili evukuator vasitəsi ilə Bakıya gətizdirmişdir. İki dələ Şəki şəhərinə fərdi avtomobillə gedib qayıtmağına, avtomobilə benzin almağa, mehmanxanada qalmağına və yeyib içməyinə 200 manat pul xərcləmişdirş. Sonra Cavabdeh vurduğu ziyanı ödəyəcəyinə zöz vermiş, o da inanaraq şikayətini dayandırdırmışdır. Lakin sonra zənglərinə cavab verməyib avtomobili təmir etməkdən yayınmışdır. Avtomobilə dəymiş ziyan və usta xərcləri aşağıdakı məbləğdən ibarətdir: qabaq sağ qanad (təzə) 1 ədəd dəyəri 80 manat; qabaq bufer (təzə) dəyəri 150 manat, qabaq oblisovka (təzə) dəyəri 60 manat, qabaq sol bütöv fara (təzə) dəyəri 220 manat, qaqaq sol duman farası (təzə) 40 manat, qabaq aşağı çaşkalar 2 ədəd dəyəri 150 manat, qabaq sol, sağ tyaqa dəyəri 50 manat. qabaq sol bütöv privod (qranatlar) dəyəri 240 manat, stablizatorun rezinləri 1 komplekt dəyəri 50 manat; qabaq sol amartizatorlar-oporasipa 1 komplekt dəyəri 80 manat; generatorun rezini 1 ədəd dəyəri 20 manat; qabaq sol poduşkalar 1 komplekt dəyəri 50 manat olmaqla, cəmi vurulmuş ziyan 1190 manatdır. Avtomobilin sökülüb yığılmasına, rənglənməsinə sərf olunan, görülən işlərin dəyəri: elektrik işləri 50 manat, armatur işləri 50 manat, çilingər işləri 100 manat, dəmirçi işləri 180 manat, rəngləmə işləri (materialla bir yerdə) 300 manat, razval 20 manat, balans 2 qabaq təkər 10 manat, cəm dəyəri 710 manatdır. Avtomobilə vurulmuş ümumi ziyan 1900 manatdır. Avtomobil 40 gün istismara yararsız halda olub işləmədiyinə görə gündəlik 65 manat olmaqla 2600 manat məbləğində qazanc itirilmişdir. Cavabdeh ona vurduğu zərəri tam ödəməsinə söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh avtomobilin təmirinə xərclədiyi 1900 manat ziyanı, avtomobilin işləmədiyi günlərə görə əldə edəcəyi 2600 manat qazancını, 2 dəfə Şəki şəhərinə gedib-qəlməyimə görə xərclədiyi 200 manat pulunu, avtomobili Şəki şəhərindən evuakator vasitəsi ilə Bakiya gətirməyinə görə ödədiyi 200 manat daxil olmaqla, ümumilikdə baş vermiş hadisə nəticəsində MMC-yə 4900 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən tərtib olunmuş inzibati protokol üzrə 400 manat cəriməni ödəməmiş, həmin cərimə də tərəflərindən ödənilmişdir. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 MMC –yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Həmçinin, Cavabdeh və üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi onlara məxsus şəxsi elektron kabinetlərində yerləşdirilməklə rəsmi qaydada verilmişdir. Həmçinin, Cavabdeh və üçüncü şəxs X3 AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materaillarında olan ƏN-Vİİ seriyalı 493527 nömrəli etibarnamənin surətindən görünür ki, X4 “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdək ümumi etibarnamə vermişdir. İş materaillarında olan ƏN-V seriyalı 423756 nömrəli etibarnamənin surətindən görünür ki, X4 “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı2 MMC –yə 11 ay 29 gün müddətinə, xx.xx.2021-ci il tarixədək, nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə vermişdir. İş materiallarından görünür ki, İddiaçı2 MMC tərəfindən “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yol vərəqəsi verilmişdir. İş materiallarından görünür ki, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə İXP3925135 nömrəli protokol əsasında AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X1 X6 tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli E/398 nömrəli ziyan aktından görünür ki,yol nəqliyyat “KİA-OPTİMA” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin qiyməti 1900 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmış, onun tərəfindən avtomobilə dəymiş zərər ödənilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yalnız İddiaçı1 vurulmuş zərəri zərərvurandan tələb etməkdə haqlıdır. Çünki, avtomobil İddiaçı1 məxsus olmuş, İddiaçı2 MMC-yə isə yalnız digər şəxslərə idarə edilməsi üçün verilərək gəlir əldə edilməsi məqsədilə və yalnız avtomobili idarə etmək hüququ verən etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi İddiaçı2 MMC-yə məxsus deyildir. Bu səbəbdən, İddiaçı2 MMC nəqliyyat vasitəsinə vurulmuş zərərin ödənilməsini tələb etmək üçün suyektiv hüququna malik deyildir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub- olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi dəymiş zərərin məbləğinə münasibətdə qismən təmin edilməli və cavabdehdən tutulmalı zərərin məbləği 1900 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarına əsasən yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 1900 manat zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı avtomobildən gündəlik 65 manat olmaqla, 40 gün ərzində 2600 manat qazanc əldə etməsinə, Şəki şəhərinə gedib-gəlməsinə görə 200 manat və avtomobili Şəki şəhərindən evuakator vasitəsi ilə Bakiya gətirməsinə görə 200 manat xərcləməsini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia tələbinin həmin hissəsinə münasibətdə öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1900 (bir min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən İddiaçı1 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1900 (bir min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-937/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-937/2023
09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver