Məhkəmə qərarları › İş №2(004)-938/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-938/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-938/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Behbudova Aysel Yasən qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki uşağın – xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh rəsmi əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi və sabit olaraq aylıq 500 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki uşağın – xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010cu il tarixində Bakı Nikah Evində 519 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Onların bu nikahından 2 azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hər iki uşaq anaları İddiaçı himayəsindədirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1101/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsi barədə qərar qəbul olumuşdur. Hər iki uşaq üçün aliment artırılaraq, rəsmi əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi həcmində müəyyən edilməsi və İddiaçı ödənilməsi mütləq və zəruridir. Məlumat üçün bildirirəm ki, cavabdeh tərəf (uşaqların atası) Cavabdeh AR DİN yüksək vəzifə icra edir. Bu şəbədən iddianın əsaslı olaraq təmin edilməsi və alimentin artırılması mütləqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1101/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1101/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində qalması və 13 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Yasamal Rayon Məhkəməsi tərəfindən Ucar rayon polis şöbəsinə göndərilmiş sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli 3-13-115/2-2755/2023 saylı məktubdan görünür ki, Ucar RPŞ-nin sabiq ximdət üzrə rəis müavini hazırda DİN-in sərəncamında olan polis mayoru Cavabdeh əmək haqqısı ümumilikdə 726,24 manat hesablanmışdır. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay hər uşaq üçün 170 manat aliment hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Lakin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları hər iki valideynin vəzifəsidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh maddi vəziyyətində hər hansı müsbət dəyişiklik yoxdur, hazırda maddi vəziyyəti pisləşmiş və sərəncamdadır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmadığından, onun hazırda vəzifəsi ilə əlaqədar sərəncamda olduğundan və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları hər iki valideynin vəzifəsi olduğundan iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar