Məhkəmə qərarları › İş №2(004)-97/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-97/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-97/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərə görə 3500 manat məbləğində pulun, qüsur aktının tərtib olunması üçün ödənilmiş 340 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəllər tanışlıqları olub. xx.xx.2022-ci ildə tanışı Səidə Rəhimova xəstə olduğu üçün dostları ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə fərdi evə getmişlər. O, həmin gecəni orda qalmalı olmuşdur. xx.xx.2022-ci ildə səhər saatlarında evdən çıxarkən avtomobilin üzərinin cızıldığını görmüşdür. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərini qəsdən cızmış və avtomobilinə 3500 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq o, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə araşdırma aparılmış və 01 mart 2022-ci il tarixli qərara əsasən cinayət işinin başlaması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı avtomobilə 3500 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Cavabdeh yazılı izahatında da avtomobilə zərər vurduğunu etiraf etmişdir. Cavabdeh barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keşirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçının avtomobilinə dəymiş zərəri 1000 manat həcmində ödəməyə razı olduğunu bildirmişdir. Beləliklə məhkəmə cavabdehin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin 01 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətndən görünür ki, İddiaçı Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı Cavabdeh ona məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qəsdən cızaraq avtomobilinə 3000 manat dəyərində maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Aparılan araşdırma zamanı Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, əvvəllər tanıdığı və evlərində bir müdət yaşadığı X1 ayrıldıqdan sonra xx.xx.2022-ci il tarixdə ona zəng edərək evində qalan paltarlarını götürmək üçün onun və anasının mobil telefonlarına zəng etmiş, telefona cavab vermədikləri üçün onların evinə gələrərk darvazanı döymüşdür. Lakin, darvazanı açmadıqlarına və buna etiraz etdiklərinə görə əsəbləşərək onun küçədə saxlanılmış və əvəllər tanıdığı İddiaçına məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərini yerdən tapdığı dəmir parçası ilə qəsdən cızaraq üzərinə “peysər“ sözlərini yazmış, sonra isə oradan uzaqlaşmışdır. Təhqiqat araşdırması zamanı İddiaçıoğolu "Cevrolet Servis”dən aldığı qüsur aktını materiala əlavə oluması üçün təqdim etmiş və həmin aktda müəyyən olunmuşdur ki, hadisə nəticəsində avtomobilə ümumilikdə 3500 manat dəyərində maddi ziyan dəymişdir. Toplanmış material üzrə cinayət tərkibi aşkar edilmədiyinə görə X3 və İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçıbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/9013 nömrəli ekspert rəyindın görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Chevrolet Servis tərəfindən tərtib edilmiş fevral 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2650 manat müəyyən edilir. İddiaçıbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçına məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili dəmir parçası ilə qəsdən cızmaqla maddi ziyan vurmuşdur. Cavabdeh polis bölməsində verdiyi izahatında əvəllər tanıdığı İddiaçına məxsus “Chevrolet Malibu” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərini yerdən tapdığı dəmir parçası ilə qəsdən cızdığını etiraf etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞnin 01 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə, İddiaçı müraciəti üzrə toplanmış material üzrə cinayət tərkibi aşkar edilmədiyinə görə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulduğu qanuni qüvvəyə minmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla sübuta yetirilmiş, həmçinin cavabdeh məhkəmə iclasında izahatında bu faktı inkar etməmişdir. Odur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulduğu işin mübahisəsiz halıdır. Mübahisə isə avtomobilə dəymiş zərərin məbləği ilə bağlıdır. İddiaçıbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş 2650 manat zərər onun tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı qüsur aktının tərtib olunması üçün 340 manat məbləğində pulun ödənilməsinə dair hər hansı sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2650 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçıbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, İddiaçıbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu da cavabdehə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq İddiaçıbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. İddiaçıbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və İddiaçıbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2650 (iki min altı yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq İddiaçıbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar