Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-971/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən müəyyən olunur ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 20000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən olunur ki, Borc alan Cavabdeh krediti xx.xx.2024-cü il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına İddiaçı tərəfindən hüquqi yardıma görə 320 manat pulun ödənilməsini təsdiq edən qəbz və hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 və 740.2-ci maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Beləliklə müəyyən olunur ki, iddiaçı (borc verən) İddiaçı ilə cavabdeh (borc alan) Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2024-cü ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı əsasları hazırda müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 320 manat pula dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Odur ki, iddia tələbində hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 300 manat, dövlət rüsumu olaraq 150 manat ödənilmiş məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 20.000 (iyirmi min) manat pul, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 150 (yüz əlli) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-971/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-971/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver