Məhkəmə qərarları › İş №2(004)-979/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-979/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-979/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Tağızadə Şükriyyə Vüqar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” ilkin, Cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və üçüncü şəxs Azərbaycan Kredit Bürosuna qarşı “borc öhdəliyinin silinməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixli, 148 F9 saylı kredit müqaviləsinə əsasən 2555,90 manat əsas borc, kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 1565,20 manat faiz borcuolmaqla, cəmi 4121,10 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 148 F9 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 24%-lə, 12 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh Baiağa oğluna borcun qaytarılması ilə bağlı xəbərdarlıq olunsa da, borcun caytarılmasından yayınmışdır. xx.xx.2007-ci il tarixli, 148 F9 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cavabdehin bank qarşısında əsas borc üzrə 2555.90 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1565.20 manat faiz borcu, cəmi 4121.10 manat məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-lqtisad Məhkəməsinin xx.xx.2016-cı i tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən “İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu "İddiaçı" ASC-nin ləğvedicisi təyin edilmişdir. Proses gedişatında Cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və üçüncü şəxs Azərbaycan Kredit Bürosuna qarşı “borc öhdəliyinin silinməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2007-ci ıl tarixli 148 F9 nömrəli kredit müqaviləsi üzrə adına olan kredit borcunun silinməsi, Azərbaycan Kredit Bürosunda adına olan borc öhdəliyinin silinməsinin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 148 F9 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24%lə, 12 ay müddətinə 10,000.00 manat nəbləğində kredit verilmişdir. Hesab edir ki, bankın iddia tələbi əsassızdır və rədd edilərək qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, kredit nüqaviləsi xx.xx.2007-cı il tarixində 12 ay müddətinə bağlanmışdır və ləmin kredit müqaviləsi üzrə iddia qaldırılması müddəti xx.xx.2008-ci il tarixində bitmiş və bank tərəfindən ona qarşı iddia müddəti keçməklə iddia qaldırılmışdır. Eyni zamanda, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və üçüncü şəxs Azərbaycan Kredit Bürosunun nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və üçüncü şəxs Azərbaycan Kredit Bürosunun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin, iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" ASC-nin 12 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 148 F9 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 24%-lə, 12 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-nin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərildiyi kimi, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 12 ay təşkil edir və xx.xx.2008-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, idiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, hazırki iddia müddəti ötürülmüş sayılıb ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı ASC arasınında bağlanmış xx.xx.2007-ci ıl tarixli 148 F9 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Kredit Bürosunda Cavabdeh adına olan borc öhdəliyinin silinməsi vəzifəsi LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” ilkin iddia tələbi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə İddiaçı ASC arasınında bağlanmış xx.xx.2007-ci ıl tarixli 148 F9 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Kredit Bürosunda Cavabdeh adına olan borc öhdəliyinin silinməsi vəzifəsi LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər İddiaçı ASC-dən və bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar