Məhkəmə qərarları › İş №2(004)-998/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-998/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-998/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 07.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh 23.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10457,96 manat əsas, 932,94 manat faiz, 80 manat cərimə borcu olmaqla, cəmi 11470,9 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında Cavabdeh illik 20 faizlə 24 ay müddətinə 15000 manat kredit verilməsi ilə bağlı 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma imzalanmış və kreditin aylıq 764 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmir. 06.01.2022-ci il tarixədək Cavabdeh banka kredit müqaviləsi üzrə 10457,96 manat əsas borc, 932,94 manat faiz borcu və 80 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11470,9 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsinə əsasən, bank borcalana illik 50% ödəmək şərtilə 240 ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit razılaşmasına əsasən bank tərəfindən borcalana 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi üzrə illik 20% dərəcəsi ilə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.09.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən tərtib olunmuş 06.01.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi üzrə 06.01.2022-ci il tarixinədək 10457,96 manat əsas, 932,94 manat faiz, 80 manat cərimə borcu olmaqla, cəmi 11470,9 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 manat cavabdehlərədən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma ləğv edilməli, Cavabdeh 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı kredit müqaviləsi üzrə 10457,96 manat əsas borc, 932,94 manat faiz borcu, 80 manat cərimə borcu olmaqla, cəmi 11470,9 manat məbləğində pul vəsaiti və ödənilmiş 125 manat dövlət rüsumu iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2020-ci il tarixli, BAKU1- 42191-18778 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 23.10.2020-ci il tarixli, BAKU1-42191-18778 saylı razılaşma ləğv edilsin. Cavabdeh 10457,96 manat əsas, 932,94 manat faiz, 80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11470,9 (on bir min dörd yüz yetmiş manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 (yüz iyimi beş) manat məbləğində pul iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar