Məhkəmə qərarları › İş №2(005)-1/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31.03.2014-cü il tarixli, 201VPLF140900002 saylı, 30.12.2014-cü il tarixli, 201VPLF143640001 saylı və 07.07.2015-ci il tarixli, 201VPLF15188000 saylı müqavilələr üzrə cəmi ******* ABŞ dolları miqdarında depozit məbləğinin və həmin depozit məbləğlərinə hesablanmış cəmi ******* ABŞ dolları miqdarında faiz borcunun cavabdeh tərəfindən qaytarılması hərəkətləri qanunsuz hesab edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31.03.2014-cü il tarixli, 201VPLF140900002№-li, 30.12.2014-cü il tarixli, 201VPLF143640001 №-li və 07.07.2015-ci il tarixli, 201VPLF151880001№-li Müqavilələr üzrə cəmi 4 642 090 ABŞ dolları miqdarında depozit məbləğinin və həmin depozit məbləğlərinə hesablanmış cəmi 459 945 ABŞ dolları miqdarında faiz borcunun, ümumilikdə 5 102 035 ABŞ dolları cavabdehin əmlakı hesabına qeyd-şərtsiz qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edir ki, iddiaçı ilə «xxxx» ASC arasında «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» 31,03.2014-cü il tarixli, 201VPLF140900002№-li Müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmetinə görə Bank, Əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 1.3-ci bəndinə əsasən-Müqavilənin predmetinə uyğun olaraq, Əmanətçi 1000 000 abş dollar məbləğində pulunu Banka müddətli depozitə qoyur, bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir; 1.5-ci bəndinə əsasən-Müqavilənin müddəti 24 ay olmaqla, müqavilə 01.04.2014-cü ilə tarixdən qüvvəyə minir və 01.04.2016-cı il tarixədək qüvvədədir; 3.1-ci bəndinə əsasən-Bu Müqavilə ilə Əmanətçiyə ödənilən faizlər, Müqavilənin 4.3-cü bəndində göstərilən şərtlər nəzərə alınmaqla, «hər ay» və ya «müddətin sonunda» şərtləri ilə 10% miqdarında ödənilir; 4.1 -ci bəndinə əsasən-Bank, Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində ona geri qaytarmalıdır. Bundan başqa, iddiaçı ilə «xxxx» ASC arasında «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» 30.12.2014-cü il tarixli, 201VPLF143640001 №-li Müqavilə imzalanmışdır. Həmin müqavilənin 11 -ci bəndinə əsasən-Bu Müqavilənin predmetinə görə Bank, Əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi; 1.3-ci bəndinə əsasən-Müqavilənin predmetinə uyğun olaraq, Əmanətçi 1 328 590 Abş dollar məbləğində pulunu Banka müddətli depozitə qoyur, bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir; 1.5-ci bəndinə əsasən-Müqavilənin müddəti 24 ay olmaqla, müqavilə 31.12.2014- cü ilə tarixdən qüvvəyə minir və 31.12.2016-cı il tarixədək qüvvədədir; 3.1 -ci bəndinə əsasən-Bu Müqavilə ilə Əmanətçiyə ödənilən faizlər, Müqavilənin 4.3-cü bəndində göstərilən şərtlər nəzərə alınmaqla, «hər ay» və ya «müddətin sonunda» şərtləri ilə 10% miqdarında ödənilir; 4.1 -ci bəndinə əsasən-Bank, Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində ona geri qaytarmalıdır. Bundan başqa, iddiaçı ilə «xxxx» ASC arasında «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» 07.07.2015-ci il tarixli, 201VPLF151880001N°-İİ Müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmetinə görə Bank, Əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 1.3-ci bəndinə əsasən-Müqavilənin predmetinə uyğun olaraq, Əmanətçi 2 313 500 abş dollar məbləğində pulunu Banka müddətli depozitə qoyur, bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir; 1.5-ci bəndinə əsasən-Müqavilənin müddəti 24 ay olmaqla, müqavilə 08.07.2015-cü ilə tarixdən qüvvəyə minir və 08.07.2017ci il tarixədək qüvvədədir; 3.1 -ci bəndinə əsasən-Bu Müqavilə ilə Əmanətçiyə ödənilən faizlər, Müqavilənin -.3-cü bəndində göstərilən şərtlər nəzərə alınmaqla, «hər ay» və ya «müddətin sonunda» şərtləri ilə 12% miqdarında ödənilir; 4.1-ci bəndinə əsasən-Bank, Əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində ona geri qaytarmalıdır. Hər üç müqavilə üzrə qüvvədə olan normativ hüquqi aktların tələblərinə müvafiq olaraq, sənədləşdirmə işləri aparılmış və iddiaçı tərəfindən ümumilikdə - 4 642 090 abş dolları miqdarında pul vəsaiti Banka müddətli depozitə soyulmuşdur. Hesab edir ki, 01,02.2016-cı il tarixə ödənilməli olan faiz məbləğləri aşağıdakı qaydada hesablanmalıdır: 31,03.2014-cü il tarixli, 201VPLF140900002№-li Müqavilə üzrə Bir il doqquz ay (21 ay) üçün illik 10% miqdarında depozitin məbləği-174 990 abş dolları; 30.12.2014-cü il tarixli, 201VPLF143640001№-li Müqavilə üzrə; Bir il bir ay (13 ay) üçün illik 10% miqdarında depozitin məbləği- 146 145 abş dolları; 07.07.2015-ci il tarixli, 201 VPLF151880001№-İİ Müqavilə Altı ay üçün illik 12% miqdarında depozitin məbləği- 138 810 abş dolları təşkil edir. Hər üç müqavilə üzrə ümumilikdə 4 642 090 abş dolları miqdarında depozitin və ona hesablanmış faizin qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, cavabdehin bir sıra vəzifəli şəxsləri müxtəlif bəhanələr gətirməklə, iddiaçıya qaytarılacaq məbləğlərin ödənilməsindən yayınmışlar. Bir neçə gün öncə məlum olmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi X3 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “xxxx” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib. Göstərilənlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilmiş və heç bir əsas olmadan depozitə qoyulmuş pul vəsaitləri və həmin depozitə görə hesablanmış faizlər ona qaytarılmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 vəsatət təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, “xxxx” ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, 2-1(81)-1541/2016-cı il tarixli qərarı ilə müflis elan edilmiş, iflas prosesinə başlanmış və “xxxx” MMC banka ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1 (81)-1541/2016 saylı qərardadı ilə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmiş, ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Mübahisə predmeti olan mülki iş üzrə məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, müflis elan edilmiş banka qarşı iddialar üzrə məhkəmə icraatına başlanılmır, icraata qəbul edilərək başlanılmış iddia tələbləri üzrə isə icraata xitam verilir. İddiaçı və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş LPO “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəmə sorğusuna 18.01.2021-ci il tarixli cavab məktubunda görünür ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 10.02.2016-cı il tarixli qərarı ilə “xxxx” ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” ASC müflis elan edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində sadalanan hallar sırasında bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılması, bank barəsində digər məhkəmə icraatına başlanılmaması və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən, eləcə də müvafiq iddia tələbi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar