Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borc; borcun etirafı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 000 (iyirmi min) manat borcun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir)
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh X2 vasitəsilə tanıyıb. İradə ev-alqı satqısı ilə məşğul olur və onun evini satan zamandan-2010-cu ildən münasibətləri yaranmış və dostluğa çevrilmişdir. Ailəliklə bir-birilərinə gedib gəliblər. 2014cü ilin noyabr ayında o, Ülvi adlı şəxslə onu tanış etmiş və bildirmiş ki, Ülvi tikinti işləri ilə məşğul olur. Ülvi ona bildirmiş ki, dənizkənarında restoran tikmək barədə razılaşmışdır. Ona “Sloy” vuran aparat almaq üçün 20000 (iyirmi min) manat 1 aylıq borc pul lazımdır. Üstündə də 5000 manat artıq pul qaytaracaq. İradə də bilirmiş ki, o, bağ evini satmış, buna görə də pulu var. O, da xahiş etdi ki, o da zamindir, Ülvi etibarlı dostdur, ona kömək etsinlər. Pulunu da qaytaracaq. O, yaşadığı evdə İradə Vəliyevanın və qızlarının iştirakı ilə 20000 (iyirmi min) manatı sayıb Cavabdeh vermiş və o da 2014-cü ilin 29 yanvarında qəbz də yazaraq ona vermişdir. Həmin 20000 (iyirmi min) manat Cavabdeh verdiyi borcun qəbzini imza etməklə İradə Vəliyeva və qızları da təsdiqlədilər. Ondan sonra aylar keçdi pulunu qaytarmadılar. Ancaq 2014-cü ilin avqust ayında ona 5000 (beş min) manat pul verərək bildirmiş ki, bu borcun üstündə qaytaracağı puldur. 20000 (iyirmi min) manat borcunu da 2-3 aya qaytaracaq. Ondan sonra telefonlara da cavab vermədi. Arada bir cavab verərək guya yaxın vaxtlarda qaytaracağını bildirirdi. 2015-ci ilin Avropa Oyunları ərəfəsində guya ticarət budkaları quraşdırdığını bildirərək oyunlardan sonra qaytarcağına söz verirdi. Lakin yenə də qaytarmadı. Qəbzi də Cavabdeh öz xətti ilə yazaraq onu inandırdı. Ondan sonra bu günə kimi borcunu qaytarmaqdan yayındığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Kifayət qədər də imkanları olsa da, borcunu qaytarmaqdan yayınır. Bir daha bildirir ki, təsdiq olunmuş yazılı sənədlərlə cavabdehin bu günkü günə ona əsas borcu 20000 (iyirmi min) manatdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8559/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 20.000 (iyirmi min) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8559/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8559/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
Məhkəmə iclasında verilən izahatlar:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında cavabdeh tərəfindən 20000 manat borcun 5000 manatının ödənildiyini, iddia tələbini qalan hissədə müdafiə etdiyini bildirmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, lakin teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş,məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları
7. Cavabdeh tərəfindən yazılmış, onun və Vəliyeva İradə, X3 və X4 tərəfindən imza edilmiş qəbzdən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə İddiaçı 20 000 (iyirmi min) manat pul aldığını etiraf etmişdir.
8. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 4/2093 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan 29 yanvar 2014-cü il tarixli iltizamda “xx.xx.2014” sözlərindən aşağıda, “İmza:” qrafasındakı imza –Cavabdeh tərəfindən icra edilmişdir
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülk Məcəlləsi:
9. Maddə 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
10. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
11. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
12. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
15. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşə baxan məhkəmənin mövqeyi
16. Beləliklə, aşağıdakı hazırkı işin mübahisəsiz halıdır:
a. Tərəflər arasında borc münasibətlərinin olması; b. Cavabdehin həmin borc məbləğinin 5000 manatlıq hissəsini qaytarması.
17. Belə ki, iddiaçı cavabdehin ona 20000 manat borcu olduğunu, bunun təsdiqinə dair xx.xx.2014-cü il tarixli qəbzi məhkəməyə təqdim edir. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən 5000 manat pulun ödənildiyini də bildirmişdir. Cavabdeh hazırlıq iclasında qəbzin onun tərəfindən imzalanmadığını bildirsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 4/2093 nömrəli rəyi ilə qəbzin onun tərəfindən icra edildiyi müəyyən edilmişdir.
18. Borcun etirafı barədə ərizənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır.
20. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir.
22. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
23. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia ərizəsinə etiraz olaraq bildirdiyi hallarla bağlı qeyd edir ki, cavabdeh dediyi halları təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh iddia ərizəsinə etirazıın dəlilləri borcun məbləğinin 20000 manat olmaması, iddiaçıya borcu olan şəxsin cavabdeh deyil, digər şəxsin olması kimi hallarla bağlı olmuşdur.
24. Cavabdeh qeyd edilən halları təsdiq edə biləcək sübutları məhkəməyə(şahid ifadəsi; yazılı sübutlar və s.) təqdim etməmişdir.
25. Halbuki AR Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
26. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Ödənilmiş 30 manat dövlət rüsumunun 18 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissə iddiaçıya aid edilməlidir.
29. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 126 manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 15000 manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 18 manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin, qalan hissə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 126 manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə