Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-100/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Muğanbank ASC-yə qarşı “müqavilənin etibarsızlığı və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Muğanbank ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532.96 manat faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iddianın dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, mülki iş üzrə cavabdeh Muğanbank ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532.96 manat faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ASC ilə QT-1518/14 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh bank tərəfindən ona 48 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi ilə əlaqədar olaraq Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı məhkəmə əmri çıxarılmış, 14267 (on dörd min iki yüz altmış yeddi) manat əsas borc, 5532,96 (beş min beş yüz otuz iki manat doxsan altı qəpik) manat faiz borcu olmaqla ümumilikdə 19800.13 (on doqquz min səkkiz yüz manat, on üç qəpik) manat məbləğində pulun ondan tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı bir çox məsələlərinin həlli o cümlədən fiziki şəxslərin gecikdirilmiş kreditləri üzrə hesablanmış faiz borclarının banklar tərəfindən silinməli olması qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı məhkəmə əmrinə əsasən Cavabdeh ASC-nin xeyrinə ondan tutulmalı olan cəmi 19800.13 manat məbləğində pulun 14267 manatı əsas borc, 5532.96 manatı isə faiz borcu olmuşdur. Həmin müvafiq fərmanda əks olunan fiziki şəxslərin gecikdirilimş kredit borclarındakı faiz borclarının silinməsiylə əlaqədar Məhkəmə əmri üzrə ondan tutulmalı olan 14267 manat əsas borca hesablanmış 5532.96 manat faiz borcu silinməli, müvafiq məhkəmə əmrinin icrası ilə bağlı xx.xx.2019-cu il tarixə qədər DSMFnin Yasamal rayon şöbəsi tərəfindən təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən 7712.93 manat məbləğində pul, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə bağlı onun xarici valyutada olan mövcud qeyri banklardakı kreditləri üzrə güzəşt olaraq ona hesablandığı üçün müvafiq məhkəmə əmri üzrə borcunun ödənməsi "xxxx" ASC-nin hesabına ödənilmiş 1337.39 manat məbləğində vəsait Cavabdeh ASC tərəfindən 14267 manat məbləğində olan əsas borcundan çıxılaraq qalıq borcu olaraq qalan 5216.68 manat məbləğ üzrə onunla restrukturizasiya müqaviləsi bağlanmalıydı. Lakin cavabdeh bank tərəfindən əsas kredit borcuna hesablanan 5532.96 manat faiz borcu silinməmişdir. Bundan başqa məhkəmə əmrinin icrası üzrə təqaüdündən tutularaq Cavabdeh ASC-nin 7712.93 manat puldan cəmi 5532.15 manat pul (faiz qarışıq) bank tərəfindən borcundan çıxıldığı üçün, ona Cavabdeh ASC tərəfindən qalıq borcunun 12929.78 manat olduğu bildirilərək, yalnız həmin məbləğlə restrukturizasiya müqaviləsi bağlayacaqları bildirilmişdir. Bununla bağlı etibarnamə üzrə nümayəndəsi tərəfindən banka etiraz edilməsinə baxmayaraq buna məhəl qoyulmamış, bank tərəfindən inandırılmışdır ki, guya Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən “restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pullarının tam şəkildə silinməsi ilə bağlı” müddəa ona şamil olunmur. Sonradan etibarnamə üzrə nümayəndəsi tərəfindən bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir. Müraciətdən sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə müdaxiləsindən sonra Cavabdeh ASC müraciəti qismən təmin etməyə məcbur qalaraq təqaüddən tutulan məbləğin bir hissəsi borcundan çıxılaraq qismən azaldılsa da, ölkə prezidentinin müvafiq fərmanına əsasən məhkəmə əmri üzrə ondan tutulmalı olan əsas borca hesablanmış faiz borcunun silinməsi mümkün olmamışdır. Müraciətin tam təmin olunmaması ilə bağlı banka etiraz edilsə də, bank əməkdaşı tərəfindən onlardan xahiş edilmişdir ki, artıq ilin axırına az qalması səbəbilə mütləq restrukturizasiya müqaviləsi bağlamaq lazımdır, MBNP və Mərkəzi Bank tərəfindən müqavilələrin bağlanmasının yekunlaşdırılması tələb olunmuşdur. Onlara hal-hazırda icra olunmayan vədlər verilərək, hələlik problemin tam təmin olunmaması ilə bağlı MBNP-na yenidən şikayət etməmələri və müqavilə bağlayandan sonra (2020-ci ilin) şikayətin tam təmin olunmasına köməklik göstəriləcəyinə dair söz verilmişdir. Nəticədə onunla Cavabdeh ASC arasında 11214.93 (on bir min iki yüz on dörd manat doxsan üç qəpik) manat həcmində 60 ay müddətinə illik 1 faiz olmaqla xx.xx.2019-cu il tarixli , 30-xx-xx-100915 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin bankla restrukturizasiya müqaviləsi bağlandıqdan sonra bank onlarla əlaqəni tamamilə kəsmiş və heç bir rəsmi cavab verilməmişdir. Həmin tarixdən bugünə qədər Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı Məhkəmə əmri üzrə ondan tutulmalı olan (14.267 manat əsas borc, 5532.96 manat faiz borcu olmaqla) cəmi 19800.13 manat məbləğində pulun faiz borcu olaraq 5532.96 manatı silinməmiş və həmçinin məhkəmə əmri üzrə təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən 7712.93 manat məbləğ pulun yekun olaraq yalnız 7247.93 manatı üzrə (əsas və faiz borcu olmaqla) borcundan silinmə aparılmış, qalan 465 manat üzrə heç bir silinmə aparılmamışdır. Bugünə qədər həmin problemlər öz həllini tapmamışdır. Təqaüddən tutulmalarla bağlı Cavabdeh ASC-nin hesabına ödənən məbləğin dəqiqləşdirilməsi üçün DSMF-nin Yasamal Rayon şöbəsinə sorğu ilə müraciət edilmişdir. Sorğuya cavab olaraq DSMF-nin Yasamal Rayon şöbəsi tərəfindən MBNP-na ünvanlanan xx.xx.2019-cu il tarixli cavab məktubunda həqiqətən də məhkəmənin icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh ASC-nin xeyrinə təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən məbləğin 7712.93 manat olması öz təsdiqini tapmışdır. Həmin məktubun surəti banka təqdim edilsə də, bank tərəfindən bu nəzərə alınmamış, “biz hesablama aparırıq” cavabı verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Həmin maddəyə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-11064/2015 saylı məhkəmə əmrinin surətinə əsasən xx.xx.1953-cü il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı 14267 (on dörd min iki yüz altmış yeddi) manat 17 (on yeddi) qəpik əsas borc, faiz borcu 5532 (beş min beş yüz otuz iki) manat 96 (doxsan altı) qəpik olmaqla, cəmi 19800 (on doqquz min səkkiz yüz) manat 13 (on üç) qəpik məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir; xx.xx.2014-cü il tarixli Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış, QT-1518/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC şəxsi məqsədlər üçün İddiaçı illik 28 %, 48 ay müddətinə olmaqla xx.xx.2018-ci il tarixinədək 15000 manat (on beş min) məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 30-xx-xx-100915 saylı kredit müqaviləsinə əsasən İddiaçı illik 1 %, 60 ay müddətinə olmaqla 11214.93 manat (on bir min iki yüz on dörd manat doxsan üç qəpik) məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532.96 manat faiz məbləğinin silinməsinə və həmçinin həmin fərmanın icrası ilə bağlı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılanması tələbinə əsasən xarici valyutada olan kreditləri üzrə ona güzəşt olunaraq hesablandığı üçün Cavabdeh ASC-nin hesabına ödənən 1337,39 manat pul məbləğinin, həmçinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı icra vərəqəsi üzrə təqaüdündən tutulan 7712.93 manat pul məbləğinin kredit üzrə əsas borcundan çıxılmasına köməlik göstərilməsi xahiş olunmuşdur. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına DSMF-nin cavab məktubunun məzmunundan görünür ki, İddiaçı adına Cavabdeh ASC-nin xeyrinə daxil olmuş məhkəmə icra vərəqinə əsasən 19820.13 manat pul vəsaitindən 7712.93 manat pensiyaçının pensiyasından tutularaq Cavabdeh ASC-nin hesabına köçürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8741 saylı rəyinin məzmunundan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, QT-1518/14 saylı kredit müqaviləsi və həmin müqavilənin restruktruzasiyasına dair bağlanmış 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin şərtləri, eyni zamanda iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2014-cü il tarixli, QT-1518/14 saylı kredit müqaviləsi üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı məhkəmə əmrinin icrası ilə bağlı Cavabdeh ASC-nin xeyrinə DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən aparılan təqaüdündən ümumilikdə 7267,81 manat məbləğində banka olan borcdan silinmişdir. Həmin müqavilə üzrə ödənişlər və tutulmalar nəzərə alınmaqla hazırki qərardadın tarixinə, yəni xx.xx.2022-ci il tarixinə yaranmış əsas və faiz borcu məbləği müvafiq olaraq əsas borc üzrə 11212,62 manat, faiz borcu üzrə 259,16 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 76 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh ASC ilə QT-1518/14 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh bank tərəfindən ona 48 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı məhkəmə əmri çıxarılmış, 14267 (on dörd min iki yüz altmış yeddi) manat əsas borc, 5532,96 (beş min beş yüz otuz iki manat doxsan altı qəpik) manat faiz borcu olmaqla ümumilikdə 19800.13 (on doqquz min səkkiz yüz manat, on üç qəpik) manat məbləğində pulun ondan tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında 11214.93 (on bir min iki yüz on dörd manat doxsan üç qəpik) manat həcmində 60 ay müddətinə illik 1 faiz olmaqla xx.xx.2019cu il tarixli , 30-xx-xx-100915 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Muğanbank ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532.96 manat faiz məbləğinin silinməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə idiaçının «Muğanbank ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi» barədə tələbini əsaslı hesab etmir, belə ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia bu hissədə rədd edilməlidir. Digər tərəfdən iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-11064/2015 saylı məhkəmə əmrinin icrası ilə bağlı Cavabdeh ASC-nin xeyrinə DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən aparılan təqaüdündən silinmələr Muğanbank ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 30-xx-xx-100915 saylı kredit müqaviləsindən əvvəl baş vermişdir. İddiaçı iddia tələbində 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532.96 manat faiz məbləğinin silinməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı tərəf Cavabdeh ASC ilə yeni kredit müqaviləsi bağlamış və həmin müqavilə üzrə borc 11214,93 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə irəli sürdüyü şərtlər daxilində faiz borcunun silinməsi əsassızdır və qanuni əsası yoxdur. Hazırda iddiaçı bank tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 2019-cu il 28 fevral tarixli fərmana uyğun olaraq restrukturuzasiya tətbiq edilmədiyini və kredit müqaviləsi üzrə artıq faiz borcunun tutulduğunu iddia edir və həmin artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Mülki işin materiallarından müəyyən edilir ki, X3 "Muğanbank” ASC-yə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı banka 2021-ci ildə müraciət etmişdir. Qeyd edilən müraciətə bank tərəfindən fərmanın icra müddətinin bitməsi səbəbindən baxılmasının qeyri-müəyyən olması bildirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞdollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcunamünasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələriüzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsaskredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi...
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində banklarınvalyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kreditborcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: ...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqlarıistisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);... 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fizikişəxslərə güzəştli kreditlərin verilməsi;... 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmışfaizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları iləbağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına nəzarət Palatasının 27 mart 2019cu il tarixli Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na dair qərarının 6.16-cı bəndindən görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. Bundan əlavə mülki işin araşdırılması zamanı məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı artıq hesablanmış əsas və faiz borcunun olub-olmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, ekspert rəyi ilə (iş vər.68-71) İddiaçı borcu 11212,62 manat əsas və 212,83 manat faiz borcu olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçının sənədlərin ona təhvil verilməsi ilə bağlı hesab edir ki, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “faizlərin silinməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Muğanbank ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsi rədd olunduğundan məhkəmə ekspertiza xərci olaraq 200 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı cavabdeh Muğanbank ASC-yə qarşı “müqavilənin etibarsızlığı və borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Aytən Novruzova