Məhkəmə qərarları › İş №2(005)-1014/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1014/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1014/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 9653 (doqquz min altı yüz əlli üç) manat məbləğində vəsait X4 Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X4 Komitəsi ilə HacıyevTeymur Cəlal oğlu arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi, 216-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 1087.4 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 275/1583 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2020ci il tarixinə 9653 (doqquz min altı yüz əlli üç) manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2020-ci il tarixli, **********20 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının X4 Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılması barədə məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 9653 (doqquz min altı yüz əlli üç) manat məbləğində vəsaitin X4 Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi göndərildikdən sonra ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və cavabdeh icarə haqqı üzrə ödənişləri həyata keçirdiyinə görə borcun məbləği azalaraq 4661 manat olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehdən icarə haqqı borcu üzrə 4661 (dörd min altı yüz altmış bir) manat məbləğində vəsait X4 Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Cavabdeh məxsus şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddiaçıya 9652.98 (doqquz min altı yüz əlli iki manat doxsan səkkiz qəpik) manat borcu yaranmış və daha sonra ödənişlər apardığı üçün digər şəxsi hesab vərəqəsi üzrə 4660.98 (dörd min altı yüz altmış manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxx 2017-ci il tarixli 275/1583 nömrəli müqavilənin surətinin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi, 2016-cı məhəllə ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1087.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 4515,0 manat; aylıq icarə haqqı 376.25 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli **********20 nömrəli məktubun surətindən görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” yə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Z.Məmmədov küçəsi, 2016-cı məhəllə ünvanda yerləşən 1087,4 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 275 nömrəli xx.xx.2017-ci il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2020-ci il tarixinə 8900,48 manat məbləğində borc yaranmışdır. 7 (yeddi) gün müddətində yaranmış borcun ödənilməsi təmin edilmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən bağlanılmış müqavilənin ləğv edilməsi, həmçinin dövlət büdcəsinə mövcud olan borcun ödənilməsi tələbinə dair qanunverciliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. ASAN 1 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1961-ci ildə Qazaxıstan respublikası, Çimkənd şəhərində anadan olmuş və ünvan 4 m.38 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Həmin Məcəllənin 715.1-ci maddəsinə əsasən, icarəyə verilmiş torpağın dəyişməsi və ya pisləşməsi nəticəsində kompensasiya barəsində icarəyə verənin iddiaları, habelə bu Məcəllənin 714-cü maddəsinə uyğun xərclərin əvəzinin ödənilməsi və ya qurğunun götürülməsi barədə icarəçinin iddiaları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir. Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtdir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında xx.xx.2017-ci il tarixli, 275/1583 nömrəli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi icarə müqaviləsi üzrə 9653 (doqquz min altı yüz əlli üç) manat məbləğində borcun olması barədə məhkəməyə əsaslandırılmış mötəbər sübutlar təqdim etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı tərəfindən 9653 (doqquz min altı yüz əlli üç) manat məbləğində pul Cavabdeh tələb edilmiş, lakin iddiaçı tərəfindən sonradan məhkəməyə təqdim edilmiş iddianın dəyişdirilməsi barədə ərizədən göründüyü kimi cavabdeh ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və cavabdeh icarə haqqı üzrə ödənişləri həyata keçirdiyinə görə borcun məbləği azalaraq 4661 (dörd min altı yüz altmış bir) manat olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş cavabdehə aid şəxsi hesab vərəqəsində öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddia təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, 275/1583 nömrəli icarə müqaviləsi üzrə 4661 (dörd min altı yüz altmış bir) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki (kod 501004,AZ53 NABZ**********0**********, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, 275/1583 nömrəli icarə müqaviləsi üzrə 4661 (dörd min altı yüz altmış bir) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin xeyrinə tutulsun. Tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki kod 501004,AZ53 NABZ**********0**********, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar