Məhkəmə qərarları › İş №2(005)-102/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-102/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-102/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə hesablanmış borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçı şəxsə olan borcunun ödənilməsi və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair ilkin və iddiaçılar Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə hesablanmış borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçı şəxsə olan borcunun ödənilməsi və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borc vəsaitinin Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 Firması arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, sonuncu bu məbləğdə pulu qəbul etmişdir. xx xxxxxx 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderinin qəbzinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun manat ekvivalenti olaraq 85.035 (səksən beş min otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 Firmasının hesabına mədaxil edilmişdir. Borc müqaviləsinin 5-ci bəndinə əsasən borc məbləği faktiki alındığı təqvim günündən 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağda qaydada geri qaytarılmalıdır. Borc müqaviləsinin 17-ci bəndinə əsasən borc məbləğinin razılaşdırılmış müddət üzrə geri qaytarılması gecikdirildiyi halda, borc alan Cavabdeh1 Firması gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəyəcəkdir. Borc müqaviləsinin 10-cu bəndinə əsasən bu müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minir və borcun tam məbləği geri qaytarılana qədər qüvvədə qalır. Borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Bununla bağlı ipoteka saxlayan İddiaçı, ipoteka qoyan və borc alan Cavabdeh1 Firmasının iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda ipoteka müqaviləsi bağlanmışdır. İpoteka dövlət qeydiyyat orqanında qeydə alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar da verilmişdir. İpoteka müqaviləsinin 9-cu bəndində qeyd edilir ki, əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anına daxildir. Həmçinin, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh2 iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh3 iştirakları ilə xx xxxxxxxx 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər (Cavabdeh2 və Cavabdeh3) borclunun (Cavabdeh1 Firması) Kreditor (İddiaçı) qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması kreditor İddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi ilə kreditor (İddiaçı) və borclu (Cavabdeh1 Firması) aralarındakı qalıq borc məbləğini 27.000 (iyirmi yeddi min) ABŞ dolları müəyyənləşdirmişlər. Borc müqaviləsinin 17-ci maddəsinin tələblərinə əsasən, həmin tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət üzrə qalıq borc məbləğinə 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğindədəbbə pulu hesablanmışdır (27.000 (iyirmi yeddi min) x 0,1% x 90 (doxsan) gün = 2.430). Cavabdehlər Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, X3 Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə va 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin va 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması baradə tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 firması arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış borc müqaviləsinin, xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsinin və İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, X8 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilmesi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borcun, 2.430 (iki min dörd yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə va 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin va 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 29.430 (iyirmi doqquz min dörd yüz otuz) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, Cavabdeh1 firmasının direktoru X5 ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə borc müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh1 firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində borc verməyi, sonuncu isə həmin məbləği 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağd qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin təminatı olaraq Cavabdeh1 firmasına məxsus Xaşmaz rayonu, Sahillər qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,08034 ha torpaq sahəsi, Xaçmaz rayonu, Sahillər qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,403555 ha olan torpaq sahəsi və Xaçmaz rayonu, Sahillər qəsəbəsi ünvanında yerləşən sahəsi 1,09363 kv.metr olan torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və əlavə olaraq İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixdə, Cavabdeh3 ilə isə xx xxxxxxxx 2019-cu il tarixində zaminlik müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, İddiaçı ilə Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış borc, ipoteka və zaminlik müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 Firması ilə Babək Babayev və Fuad Rzayev arasında xx xxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən firma sonunculara məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1.055 kv.metr qeyri-yaşayış sahəsini paltar satışı mağazası məqsədilə icarəyə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixində Babək Babayevlə 441,9 kv.metr qeyri-yaşayış sahəsinin və Fuad Rzayevlə 843,1 kv.metr qeyri-yaşayış sahəsinin, cəmi 1.285 kv.metr qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanmış, həmin müqavilələrə xx xxxxxx 2019cu il tarixdə sonradan xitam verilmişdir. 2017-ci ilin may ayında sözügedən qeyri-yaşayış sahəsi tam təmirsiz olduğundan, razılaşmaya əsasən, o cümlədən müqaviləyə 4 nömrəli əlavədə sahənin təmir bəzək işlərinin görülməsi Cavabdeh1 firmasına tapşırılmışdır. Həmin sahədə faktiki olaraq istismara yararsız olduğundan həmin sahənin təmirinə xeyli miqdarda vəsait tələb olunurdu. Qeyd edilməlidir ki, həmin dövrdə obyektin təmirinə və avadanlıqların alınmasına yüksək məbləğdə pul xərcləmək lazım idi. Həmçinin, icarə müqaviləsinin şərtlərinə əsasən mağazaya soyutma sistemlərinin xəttləri çəkilməli, yeni fankloillər alınmalı və quraşdırılmalı, obyekt LOFT dizayn əsasında təmir edilib qurulmalı və s. əsaslı təmir işlərinin aparılması Cavabdeh1 firmasından tələb olunurdu. Bu zaman obyektin sahibləri Babək Babayev və Fuad Rzayev Cavabdeh1 firmasına təklif etmişdilər ki, onlara məxsus və obyektin daxilində mövcud olan havalandırma, soyutma və isitmə sistemlərinin (fankoilləri) münasib qiymətə və nisyə formada, sonradan pulu ödənilmək şərtilə satsınlar. Lakin alqı-satqı prosesini sadələşdirmək və əlavə xərcləri azaltmaq (vergilər və s.) məqsədilə, yaxın qohumları, o cümlədən Babək Babayevin sahibliyində olan “Yeni Həyat” şirkətlər qrupunun bütün inşaat işlərində tanınan iş icraçısı İddiaçı tərəfindən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin 1 ildən sonra qaytarmaq şərti ilə faizsiz, guya “borc” adı ilə Cavabdeh1 firmasına verilmişdir. Cavabdeh1 firması səlahiyyət sahiblərinə inanaraq xx xxxxxx 2017-ci il tarixində borc müqaviləsi, ipoteka və zaminlik müqavilələrinə imza atmışdır. Əslində, borc müqaviləsinin mahiyyəti pulu öz ehtiyyacları üçün əldə edib, sonradan onu qaytarmaq olmuşdur. Lakin həmin məbləğ onlara verilməmişdir. Qeyd edilməlidir ki, əslində borc onlara nisyə alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq verilib və qeyd edilən müqavilə obyektə soyutma-isitmə və havalandırma sistemlərinin alınmasına və quraşdırılmasına rəsmiləşdirmək üçün görüntü yaratmaq üçün bağlanmışdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi başqa bir əqdi, yəni nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Mülki qanunvericiliyə uyğun olaraq bu cür əqdlər əhəmiyyətsiz əqdlərdir. Bundan başqa İddiaçı qohumları Babək Babayev və Fuad Rzayev qeyriyaşayış sahəsini Cavabdeh1 firmasına əsaslı təmir etdirməklə əsassız varlanmışdır. Habelə həmin təmir işləri icarəyəverənlərin razılığı və göstərişi ilə həyata keçirilmişdir. Xüsusi bir məqam ondan ibarətdir ki, X7 ilə “Cavabdeh1 firması, Cavabdeh2 və Cavabdeh3 yaxın münasibəti olmamış, əvvəllər bir-birini tanımamışlar. Sual yaranır ki, şəxs tanımadığı birisinə faizsiz olaraq xeyli miqdarda pulu verməsinin səbəbi nə ola bilərdi?! Habelə göründüyü kimi, pulun iddiaçılara verildiyi zamanla qeyri-yaşayış sahəsinə məxsus obyektə təmir işləri başlanması vaxtı üst-üstə düşür. Belə bir halın olması onlara deməyə əsas verir ki, tərəflər arasında bağlanmış borc, zaminlik və ipotekla müqavilələri əslində “formal” və “görünüş” məqsədilə bağlanmışdır. Həmçinin, sonradan həmin pulun geri ödənilməsini zəmanət altına almaq üçün Cavabdeh1 firmasına məxsus torpaq sahələri ipoteka ilə yüklü edilmiş və əlavə olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən verilən borcun mahiyyət etibarı ilə formal olmasını şərtləndirilən əsas amillərdən biri də, Cavabdeh1 firmasının “Meqafun” ticarət mərkəzində olan mağazadan icarədən çıxması və xx xxxxxx 2019cu il tarixində Cavabdeh3 həmin mağazada icarə fəaliyyətinə başlamasından sonra, mağaza sahiblərinin göstərişi ilə İddiaçı ilə Cavabdeh3 arasında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə görə zaminlik müqaviləsi bağlanılması olmuşdur. Çünki, Cavabdeh3 Cavabdeh1 firmasının öhdəliklərinə görə əslində heç bir cavabdehlik daşımırdı. Sadəcə obyekt sahibləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə mağazada icarədə olan Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı həmin müqavilənin bağlanmasını həvalə etmişlər. Əslində, onlar işgüzar adətlərdən irəli gələrək aralarında olan razılaşmaya əməl etmiş və soyutma-istilətmə-havalandırma sistemlərinin pulunun 23.000 (iyirmi üç min) ABŞ dolları hissəsini geri qaytararaq, qalan pulun geri ödənilməsini təmin etmək niyyətində idilər. Lakin Cavabdeh1 firmasının sözügedən qeyri-yaşayış sahəsindən istifadəsinə xx xxxxxx 2019-cu il tarixdə xitam verilsə də, firmanın müəyyən qisimdə payı olan Cavabdeh3 obyektin 1.285 kv.metrinin 843,1 kv.metr hissəsində icarəçi kimi fəaliyyətini davam etdirirdi. Lakin tərəflər arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin xx xxxxxxxx 2027-ci il tarixədək istifadədə olması barədə qüvvədə olan icarə müqaviləsi olmasına baxmayaraq, obyekt sahibləri Babək Babayev və Fuad Rzayev özləri anlaşmanı pozmuş və xx xxxxxxx 2019-cu il tarixdə saat 15:20-də “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Quba 3 nəfər əməkdaşı ilə mağazanın içərisinə daxil olaraq işçilərə və müştərilərə mağazanı dərhal tərk etməyi tələb etmiş, mağaza işçiləri müdriyyətlə əlaqə saxlamağı xahiş edərək məsələyə aydınlıq gətirilməsini istəsələr də, Olena Quba və yanında olan mühafizə xidmətinin əməkdaşları güc tətbiq edərək əməkdaşları mağazadan bayıra çıxarmağa nail olmuşlar. Gün ərzində əməkdaşlar mağazanın açılmasını gözləyərək ticarət mərkəzində olsalar da, mağazanın dəmir örtüyü (jalüz) bağlanması səbəbindən mağazaya daxil ola bilməmişlər. Qeyd etmək lazımdır ki, mağaza işçilərinə gün ərzində edilmiş satış pulunun kassadan haqq-hesab edilərək mağazada yerləşən seyfə qoyulmasına, hətta iş formasını dəyişib gündəlik geyimlərini geyilməsinə belə imkan verilməmiş, mağazanın qapı örtüyünün (jalüzin) pultunu almağa nail olmadıqda isə mağazaya gələn elektrik xətti AVM-nin müdriyyəti tərəfindən söndürülmüş, onlar isə bütün bu göstərişləri icarəyəverənlərdən aldıqlarını bildirmişlər. “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Qubanın bu özbaşınalığı nəticəsində mağazaya xeyli miqdarda ziyan dəyişmişdir. Yalnız məhkəməyə müraciət etdikdən 1 ay 3 gün mağaza bağlı qaldıqdan sonra yenidən həmin obyektdə icarəçi fəaliyyətini bərpa edə bilmişdir. Lakin mağazada fəaliyyət bərpa edildikdən sonra obyektə məxsus reklamların yayımlanması dayandırılmış və faktiki olaraq icarəçilərin sahibkarlıq fəaliyyətlərinə mane yaradaraq mağazadan öz xoşları ilə çıxmaları üçün obyekt sahibləri tərəfindən qanunsuz olaraq məhdudiyyətlər yaradılmışdır. İcarəçilərə yaradılan məhdudiyyətlərin qanunsuz hesab edilməsi, onların mağazada fəaliyyətinin qeyd-şərtsiz bərpa edilməsi və icarə müqaviləsinin şərtlərinə əsasən mağazanın reklamlarının yayımlanması ilə bağlı məhkəməyə iddia təmin tədbiri barədə iki vəsatət verilməsinə baxmayaraq təəssüf ki, müraciətləri təmin edilməmiş və hakimin qərəzli olması səbəbindən mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verilmişdir. Hazırda həmin mübahisə ilə bağlı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə obyekt sahibləri onlara xx xxxxxx 2019-cu il tarixli məktubla müraciət edərək, aralarında olan icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiklərini bildirmişlər. Əslində əgər onlar arasında olan icarə müqaviləsinə icarəyəverənlər tərəfindən birtərəfli qaydada xitam verilməsəydi, bu razılaşmanı davam etdirmək niyyətində idilər. Mövcud vəziyyət Cavabdeh1 firmasını ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Belə ki, Cavabdeh1 firmasının təklifi əsasında “MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qiymətləndirici şirkəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1.285 kv.metr qeyri-yaşayış sahəsinin əsaslı təmir edilməsinə Cavabdeh1 firması tərəfindən çəkilmiş xərclər bazar qiymətinə əsasən hesablanmış və mütəxəssis rəyinə görə xx xxxxxx 2020-ci il üçün 453.278 (dörd yüz əlli üç min iki yüz yetmiş səkkiz) manat təşkil etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X6 xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 11.016 (on bir min on altı) ABŞ dolları məbləğində dəbbə pulu, 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği, 50.000 (əlli min) ABŞ dolları məbləğində əldən çıxmış fayda və 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 100.716 (bir yüz min yeddi yüz on altı) ABŞ dolları məbləğində borc vəsaitinin cavabdehlər Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinin, 1,093634 ha torpaq sahəsinin və 2,080338 ha torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı olan ümumilikdə 100.716 (bir yüz min yeddi yüz on altı) ABŞ dolları məbləğində borcun ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı şəxslər tərəfindən iddia müddəti buraxıldığı üçün onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs və digər cavabdeh təşkilatların nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 Firmasının və Cavabdeh3 nümayəndələrinin, habelə digər Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə Cavabdeh1 Firması arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış borc müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, sonuncu bu məbləğdə pulu qəbul etmişdir. Borc məbləği faktiki alındığı təqvim günündən 12 (on iki) ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağda qaydada geri qaytarılmalıdır (borc müqaviləsinin 5-ci bəndi). Bu müqavilə imzalandığı gündən hüquqi qüvvəyə minir və borcun tam məbləği geri qaytarılana qədər qüvvədə qalır (borc müqaviləsinin 10-cu bəndi). Borc məbləğinin razılaşdırılmış müddət üzrə geri qaytarılması gecikdirildiyi halda, borc alan Cavabdeh1 Firması gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəyəcəkdir (borc müqaviləsinin 17-ci bəndi); xx xxxxxx 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderinin surətindən görünür ki, müvafiq qəbzə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun manat ekvivalenti olaraq 85.035 (səksən beş min otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 Firmasının hesabına mədaxil edilmişdir; kreditor İddiaçı ilə borclu Cavabdeh1 Firması və zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zamin Cavabdeh2 müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür; İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan və borc alan Cavabdeh1 Firması arasında Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. İpoteka dövlət qeydiyyat orqanında qeydə alınmış və bu barədə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar da verilmişdir. Əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anına daxildir (İpoteka müqaviləsinin 9-cu bəndi); kreditor İddiaçı ilə borclu Cavabdeh1 Firması və zamin Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zamin Cavabdeh3 müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. Zaminlər (Cavabdeh2 və Cavabdeh3) borclunun (Cavabdeh1 Firması) kreditor (İddiaçı) qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər (zaminlik müqavilələrinin 1.1-ci bəndi). xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması kreditor İddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi ilə kreditor (İddiaçı) və borclu (Cavabdeh1 Firması) aralarındakı qalıq borc məbləğini 27.000 (iyirmi yeddi min) ABŞ dolları müəyyənləşdirmişlər; borc alan/ipoteka qoyan Cavabdeh1 Firmasına borc verən/ipoteka saxlayan İddiaçı tərəfindən ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişxəbərdarlığın məzmunundan görünür ki, müəyyən edilmiş borcun məhkəmədənkənar qaydada həll edilməsi üçün 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə həmin borcun Cavabdeh1 Firmasına məxsus Xaçmaz rayonu Sahillər qəsəbəsində olan üç torpaq sahəsi-0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borc verən/ipoteka saxlayan şəxsin borcunun ödənilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş addımların atılacağı barədə borc alan/ipoteka qoyan şəxs xəbərdar edilmişdir; borc verən/ipoteka saxlayan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanladığı xx xxxxxx 2019cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ərizəsinin məzmunundan görünür ki, borc alan/ipoteka qoyan Cavabdeh1 Firması tərəfindən müvafiq öhdəliklər vaxtında icra edilmədiyindən borc öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutmanın yözəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 borc verən/ipoteka saxlayan İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır; borc verən/ipoteka saxlayan İddiaçı borclular/zaminlər Cavabdeh2 və Cavabdeh3nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli borcun ödənilməsinə dair xəbərdarlıq-bildirişlərin məzmunlarından görünür ki, borc alan/ipoteka qoyan Cavabdeh1 Firmasının borclu olduğu məbləğin tərəflər arasında bağlanmış müvafiq zaminlik müqavilələrinə əsasən 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə və qanunvericiliklə irəli gələn hüquqların istifadə edəcəyi barədə zamin şəxslər xəbərdar edilmişlər; “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli QR 309M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan kənd təsərrüfatı təyinatlı 0,403555 ha, 1,093634 ha və 2,080338 ha torpaq sahələrinin bazar dəyəri müəyyənləşdirilmiş və xx xxxxxxx 2020-ci il tarixə birgə analoji bazar dəyəri 53.660 (əlli üç min altı yüz altmış) manat, likvid dəyəri isə 43.000 (qırx üç min) manat təşkil etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Firması arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50.000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, sonuncu bu məbləğdə pulu qəbul etmişdir. Borc məbləği faktiki alındığı təqvim günündən 12 (on iki) ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağda qaydada geri qaytarılmalıdır. Borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş, bununla bağlı ipoteka saxlayan İddiaçı, ipoteka qoyan və borc alan Cavabdeh1 Firmasının iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh2 iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə kreditor İddiaçı, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh3 iştirakları ilə xx xxxxxxxx 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması kreditor İddiaçı qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər (Cavabdeh2 və Cavabdeh3) borclunun (Cavabdeh1 Firması) Kreditor (İddiaçı) qarşısında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ilə Cavabdeh1 Firması arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu müvafiq borc müqaviləsi ilə müəyyən edilmiş müddətdə qaytarmalıdır. Tərəflər arasında bağlanılmış borc müqaviləsinin şərtlərindən göründüyü kimi onlar müvafiq borcun ən geci xx xxxxxx 2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin şəxslər Cavabdeh2 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, İddiaçı zamin şəxslərə qarşı xx xxxxxx 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçı şəxsin zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin borc müqaviləsi üzrə yaranmış müvafiq borcun zamin şəxslər Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zamin şəxslərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3nə aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Firması kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, İddiaçı olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Cavabdeh1 Firması tərəfindən İddiaçı ödənilməli olan əsas borcu nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcun Cavabdeh1 Firmasından tutulması hissəsində tam təmin olunmalı, xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borc vəsaiti Cavabdeh1 Firmasından İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin borc müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 11.016 (on bir min on altı) ABŞ dolları məbləğində cərimə (dəbbə) borcu 2.000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 Firmasından iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik 5% məbləğinin cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması hissəsində aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia ərizəsinin 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik 5% məbləğinin cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməli, 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik 5% məbləği Cavabdeh1 Firmasından iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin 50.000 (əlli min) ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, tərəflər arasında imzalanmış müvafiq borc müqaviləsində verilmiş borc məbləğinin qaytarılmasının gecikdirilməsi zamanı gecikən məbləğə hansı miqdarda əldən çıxmış faydanın hesablanması ilə bağlı müddəa öz əksini tapmadığından, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə Cavabdeh1 Firnasının hər hansı hərəkəti nəticəsində İddiaçı hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də ilkin iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Firması arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş, bununla bağlı ipoteka saxlayan İddiaçı, ipoteka qoyan və borc alan Cavabdeh1 Firmasının iştirakları ilə xx xxxxxx 2017-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 Firması borc müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh1 Firmasına xəbərdarlıq ünvanlanaraq borc müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (İddiaçı) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə borcun ödənilməsi müddətini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 Firması tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahələrinə yönəldilməli, həmin torpaq sahələri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 Firmasına qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli QR 309M nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsi, 1,093634 ha torpaq sahəsi və 2,080338 ha torpaq sahələrinin birgə analoji bazar dəyəri 53.660 (əlli üç min altı yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçılar Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia əsaslı olduğu təqdirdə belə iddia müddəti tətbiq edilməklə iddia ərizəsi rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı şəxslər Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə kredit (borc) müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Bununla belə, məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı şəxslər tərəfindən kredit müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və ilkin iddia ərizəsi üzrə iddiaçı şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 Firması arasında Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-cu il tarixli borc müqaviləsi ləğv edilməli, Cavabdeh1 Firmasından xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas, 2.000 (iki min) ABŞ dolları məbləğində dəbbə borcu və 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği olmaqla, cəmi 31.700 (otuz bir min yeddi yüz) ABŞ dolları məbləğində borc İddiaçı xeyrinə tutulmalı, Cavabdeh1 Firmasından tutulmalı olan məbləğ - 31.700 (otuz bir min) ABŞ dolları məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahələrinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilməli, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 Firmasına verilməli, ipoteka predmetləri olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahələrinin ilkin satış qiyməti 53.660 (əlli üç min altı yüz altmış) manat məbləğində müəyyən edilməli, ilkin iddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə münasibətdə təmin edilməməli, iddiaçılar Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən, ilkin iddia tələbinin qaldılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Firmasından tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia ərizəsi rədd edildiyindən qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Firmasına aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 Firması arasında Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış xx xxxxxx 2017-cu il tarixli borc müqaviləsi ləğv edilsin. Cavabdeh1 Firmasından xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas, 2.000 (iki min) ABŞ dolları məbləğində dəbbə borcu və 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği olmaqla, cəmi 31.700 (otuz bir min yeddi yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 Firmasından tutulmalı olan məbləğ - 31.700 (otuz bir min) ABŞ dolları məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsi, 1,093634 ha torpaq sahəsi və 2,080338 ha torpaq sahələrinə yönəldilsin. Həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 Firmasına verilsin. İpoteka predmetləri olan Xaçmaz rayonu Sahillər qəsəbəsində olan 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahələrinin ilkin satış qiyməti 53.660 (əlli üç min altı yüz altmış) manat məbləğində müəyyən edilsin. İlkin iddia ərizəsi qalan hissədə, habelə cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə münasibətdə təmin edilməsin. İddiaçılar Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “borc, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar