Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1038/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit üzrə borc” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməsini və cavabdehdən 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8831.75 (səkkiz min səkkiz yüz otuz bir manat, yetmiş beş qəpik) manat əsas borc, 587.32 (beş yüz səksən yeddi manat, otuz iki qəpik) manat faiz borcu və 68.975 (altmış səkkiz manat doqquz yüz yetmiş beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9488.45 (doqquz min dörd yüz səksən səkkiz manat, qırx beş qəpik) manat borcun və 114.88 (yüz on dörd manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 48 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 yanvar 2022-dək Cavabdeh banka 01 avqust 2019-cü il tarixli kredit müqaviləsi üzrə 8831.75 manat əsas bort. 587.32 manat faiz borcu və 137.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9557.02 manat borcu vardır. Cavabdeh 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 137.95 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 68.975 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış 01 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və cavabdehdən 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8831.75 (səkkiz min səkkiz yüz otuz bir manat, yetmiş beş qəpik) manat əsas borc, 587.32 (beş yüz səksən yeddi manat, otuz iki qəpik) manat faiz borcu və 68.97 (altmış səkkiz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9488.45 (doqquz min dörd yüz səksən səkkiz manat, qırx beş qəpik) manat borcun və 114.88 (yüz on dörd manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 27.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki e-2(005)-1038/2022 nömrəli iş üzrə iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddia etiraf etməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 48 ay müddətinə 15000 manat kredit götürməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 09.12.2021-ci il tarixli KBD20080 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan qalıq borcunun 5 gün müddətində ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 27.04.2022-ci il tarixli cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddia tələbi üzrə qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair müqavilə bağlnamışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən təmin edilmiş kreditə görə cavabdehin ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun təmin edilməsi üçün məhkəməyə müraicət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyini təsdiq etmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 114.88 manat dövlət rüsumu cavavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə bağlanmış 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8831.75 (səkkiz min səkkiz yüz otuz bir manat, yetmiş beş qəpik) manat əsas borc, 587.32 (beş yüz səksən yeddi manat, otuz iki qəpik) manat faiz borcu və 68.97 (altmış səkkiz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9488.45 (doqquz min dörd yüz səksən səkkiz manat, qırx beş qəpik) manat borcun və 114.88 (yüz on dörd manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə bağlanmış 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 01 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8831.75 (səkkiz min səkkiz yüz otuz bir manat, yetmiş beş qəpik) manat əsas borc, 587.32 (beş yüz səksən yeddi manat, otuz iki qəpik) manat faiz borcu və 68.97 (altmış səkkiz manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9488.45 (doqquz min dörd yüz səksən səkkiz manat, qırx beş qəpik) manat borcun və 114.88 (yüz on dörd manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1038/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1038/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver