Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1051/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı xxxx” MMC-nin nümayəndəsi X2 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə hesablanmış borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə hesablanmış borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14983.57 dollar əsas borc, 15218.78 dollar faiz borcu, 2402.32 dollar cərimə borcu, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 849.18 dollar cəmi 33453.85 və 30.00 manat ödənilən dövlət rüsumu, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh1 10 aprel 201 kredit müqaviləsinə əsasən, 24 ay müddətli, 20.000 dollar məbləğində aylıq 2.5 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında 10 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dələlərlə şifahi o cümlədən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. 30 noyabr 2020-ci il tarixli maliyyə arayışılarına əsasən cavabdehlərin, 14983.57 dollar əsas borc, 15218.78 dollar faiz borcu, 2402.32 dollar cərimə borcu, KM-nin qərarına əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 849.18 dollar cəmi 33453.85 dollar təşkil edir. Məhkəmə iclasında xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və digərlərindən 15014,59 dollar əsas borc, 6602,11 ABŞ Dolları faiz borcu, 402,32 ABŞ dolları cərimə borcu, 3402,59 ABŞ dolları Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, cəmi 25421,61 ABŞ dolları və 30,00 manat ödənilən dövlət rüsumu, iddiaçı “xxxx” MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin Cavabdeh1 münasibətdə ekspert rəyinə uyğun məbləğdə təmin edilməsi, digər cavabdehlərə (zaminlərə) münasibətdə isə iddia müddəti nəzərə alınmaqla rədd edilməsini xahiş edərək buna dair ərizə təqdim etmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsinə əsasən, 24 ay müddətli, aylıq 2.5 faiz olmaqla 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” MMC ilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 10 aprel 2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin məzmunundan görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi müvafiq şəxslər öz üzərlərinə onunla birlikdə eyni həcmli məsuliyyət götürmüşlər; İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh hər ay 1118,26 ABŞ dolları (bir min yüz on səkkiz ABŞ dolları, iyirmi altı sent) məbləğində ödəniş həyata keçirməli idi. İş materiallarında olan 13 aprel 2015-ci il tarixli 01 nömrəli kassa məxaric orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit vəsaitini “xxxx” MMC-dən qəbul etmişdir. İş materiallarında “xxxx” MMC tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə MMC arasında bağlanılmış 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin banka əsas borcu 14983,57 ABŞ dolları, müqavilə müddəti bitənədək olan faiz borcu 15218,78 ABŞ dolları, cərimə borcu 12402,32 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonrakı faiz borcu 849,18 ABŞ dolları, ümumilikdə 33453,85 ABŞ dolları ( otuz üç min dörd yüz əlli üç dollar, səksən beş sent) təşkil edir. “xxxx” MMC-nin borclu və zaminlərə ünvanladığı 01 oktyabr 2019-cu il tarixli bildirişin məzmunundan görünür ki, cavabdeh şəxsdən kredit müqaviləsinə əsasən ödənilməmiş əsas və faiz borcunun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh şəxslərə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021ci il tarixli 9/2030 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanılmış 10 aprel 2015-ci il tarixli 04073 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı “xxxx” MMC-yə maliyyə arayışının tarixinə yəni 22.11.2019-cu il tarixə 21616,70 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 15014,59 ABŞ dolları, faiz borcu üzrə 6602,11 ABŞ dolları. İş materiallarında “xxxx” MMC tərəfindən verilmiş 08 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə MMC arasında bağlanılmış 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin banka əsas borcu 15014,59 ABŞ dolları, müqavilə müddəti bitənədək olan faiz borcu 6602,11 ABŞ dolları, cərimə borcu 402,32 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonrakı faiz borcu 3402,91 ABŞ dolları, ümumilikdə 25421,61 ABŞ dolları (iyirmi beş min dörd yüz iyirmi bir dollar, altmış bir sent) təşkil edir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh1 10 aprel 201 kredit müqaviləsinə əsasən, 24 ay müddətli, 20.000 dollar məbləğində aylıq 2.5 faiz olmaqla kredit vermişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında 10 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dələlərlə şifahi o cümlədən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. İmzalanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 02.12.2014-cu il tarixli kredit müqaviləsi və zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 04073 saylı kredit sazışdə tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 13.05.2015-ci il tarixdə, sonuncu ödəniş 13.04.2017-ci il tarixdə həyata keçirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı 10.04.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də BOKT-un zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı «“xxxx” MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair müvafiq kredit müqaviləsi öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı “xxxx” MMC-nın iddia tələbləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 tutumalı olan dəbbə məbləgi 402,32 manatdan 100 manata azaldılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 aprel 2015-ci il tarixli 04073 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 15014,59 ABŞ dolları əsas borc, 6602,11 ABŞ Dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, 3402,59 ABŞ dolları Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, cəmi 25119,29 ABŞ dolları və 30,00 manat ödənilən dövlət rüsumu, iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 münasibətdə iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 15014,59 ABŞ dolları əsas borc, 6602,11 ABŞ Dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, 3402,59 ABŞ dolları Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, cəmi 25.119,29 (iyirmi beş min yüz on doqquz dollar, iyirmi doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30,00 manat ödənilən dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1051/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1051/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver