Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1059/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Unibank” KB ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 8385 manat məbləğində əsas borcun, 1528,9 məbləğində faiz borcunun, 77,79 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 9991,69 manat borcun və 120.41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "Unibank” KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 20% ödəmək şərtilə 8385 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16 yanvar 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 8385 manat məbləğində əsas borcun, 1528,9 manat məbləğində faiz borcunun, 77,79 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 9991,69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinin əsas borc hissəsini qəbul etdiyini, lakin yaranmış borcun hissə-hissə icrası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 313nkNAR/22 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 20% ödəmək şərtilə 8385 manat məbləğində kredit limiti açır, Cavabdeh isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə (1 saylı əlavə) əsasən Cavabdeh 60 ay müddətinə illik 20 faiz və aylıq 223 manat olmaqla ödəniş etməli idi; 16 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16 yanvar 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 8385 manat məbləğində əsas borcun, 1528,9 manat məbləğində faiz borcunun, 77,79 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 9991,69 manat borcu yaranmışdır. 16 iyun 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC 3 iş günü müddətində Cavabdeh öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmə iddia qaldırmaq üçün 120.41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 313nkNAR/22 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 20% ödəmək şərtilə 8385 (səkkiz min üç yüz səksən beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh 8385 (səkkiz min üç yüz səksən beş) manat əsas, faiz borcu üzrə 1528,9 (bir min beş yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 77,79 (yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 9991,69 (doqquz min doqquz yüz doxsan bir manat altmış doqquz qəpik) manat borcunun yarandığını iddia edir. "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 120.41 (bir yüz iyirmi manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, xx.xx.2022-ci il tarixli, 313nkNAR/22 nömrəli kredit müqaviləsi üzrə 8385 (səkkiz min üç yüz səksən beş) manat əsas, faiz borcu üzrə 1528,9 (bir min beş yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 77,79 AZN dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 7 AZN məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Eyni zamanda, Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (8385+1528,9+7) 9991,69 manatın 9920,9 (doqquz min doqquz yüz iyirmi manat doxsan qəpik) manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 121,41 (bir yüz iyirmi bir manat qırx bir qəpik) manat dövlət rüsumunun 119,21 (bir yüz on doqquz manat iyirmi bir qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8385 (səkkiz min üç yüz səksən beş) manat əsas, faiz borcu üzrə 1528,9 (bir min beş yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 7 (yeddi) manat olmaqla, cəmi 9920,9 (doqquz min doqquz yüz iyirmi manat doxsan qəpik) manat habelə 119,21 (bir yüz on doqquz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 313nkNAR/22 nömrəli kredit müqaviləsi üzrə 8385 (səkkiz min üç yüz səksən beş) manat əsas, faiz borcu üzrə 1528,9 (bir min beş yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 7 (yeddi) manat olmaqla, cəmi 9920,9 (doqquz min doqquz yüz iyirmi manat doxsan qəpik) manat, 119,21 (bir yüz on doqquz manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1059/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1059/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver