Məhkəmə qərarları › İş №2(005)-1067/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1067/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1067/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin avqust və sentyabr ayları üzrə aylıq məvacibindən 15% həcmində tutulmuş 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində tutma və 102 (bir yüz iki) manat məbləğində icra xərci, habelə 2019-cu ilin mart ayında aylıq məvacibindən tutulmuş 80 (səksən) manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq onun xeyrinə geri qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1.000 (bir min) manat məbləğində kredit götürmüş, bir müddət kreditin bir hissəsini vaxtında ödəsə də, sonradan devalivasiya ilə əlaqədar olaraq həm digər bankda ABŞ dolları ilə olan kreditini, həm də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu ödəyə bilməmişdir. Bu səbəbdən, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kredit borcunun məhkəmə qaydasında ödənilməsi məqsədi ilə Samux Rayon Məhkəməsində iddia qaldırmışdır. Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(058)- 731/2017 nömrəli məhkəmə əmri ilə onun əmək haqqı məbləğindən 966,19 (doqquz yüz altmış altı manat on doqquz qəpik) manat məbləğində əsas və 481,17 (dörd yüz səksən bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.447,36 (bir min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutulmağa başlamışdır. Əmək haqqından tutulma 2019-cu ilin mart ayına qədər davam etmiş, sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə hesablanmış əmək haqqından xx xxxx 2019-cu il tarixdə 80 (səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı qüvvəyə minməsinə və onun əlində Samux Rayon İcra və Probasiya Şöbəsinin aylıq məvacibindən tutulmaların dayandırılması barədə sənəd olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq tutulmuş və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 3801000BL1354217 hesab nömrəsinə köçürülmüşdür. Həmin tarixə onun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qalan yekun borcu 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində təşkil etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanından irəli gələn tələblərə (fiziki şəxslərin əmək haqqı və digər gəlirlərindən bankların xeyrinə aparılan tutulmalarının mövcud borc məbləğləri dəgigləsdirilənədək dayandırılması), həmçinin onda olan xx xxxx 2019-cu il tarixli rəsmi məhkəmə icra sənədinə məhəl qoymadan əmək haqqından qanunsuz tutulmuş 80 (səksən) manatla kifayətlənməyərək, bir ildən artıq müddətdən sonra Samux Rayon İcra və Probasiya Şöbəsinə onun 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində borcunun olması barədə fərmana əsasən icraatına xitam verilmiş icra sənədini göndərmiş, həmin sənəd onun əmək haqqı məbləğindən tutulması üçün çalışdığı “Azəriqaz” İstehsalat Birliyinə göndərilmiş və avqust ayı üzrə aylıq məvacibindən 15 faiz məbləğ tutularaq yenə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 3801000BL1354217 hesab nömrəsinə köçürülmüşdür. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanından sonra problemli kreditlərin kompensasiyası cədvəlinə əsasən onun cəmi iki banka borcunun olması göstərilmiş, həmin məbləğlərdən də fərmanın tələblərinə əsasən cərimə və faiz borcları tam olaraq silinmiş, ayrılmış kompensasiya məbləği üzrə də əsas borclardan da silinmələr aparılmış, xx xxxx 2019-cu il tarixli kreditlər haqqında həmin reyesterdə onun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə borcunun olması ümumiyyətlə göstərilməmişdir. Borclu olduğu digər iki bank yuxarıda göstərilənlərin tələblərindən irəli gələn bu proseduru qanunla müəyyən edilmiş qaydada icra edərək aylıq məvacibindən tutulan pulun əvvəlcə əsas borcdan silinməsini və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanından sonra borclar üzrə qalan faiz və dəbbə pullarının silinməsini tam təmin etsə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti göstərilən maddənin tələblərini və ən əsası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanından irəli gələn tələbləri kobud surətdə pozmaqla, əmək haqqından tutulan pul vəsaiti ilə əvvəlcə faiz borcunu silməyə başlamış, hal-hazırda ondan əsassız olaraq tələb edilən və kreditlərin kompensasiyası cədvəlində də öz əksini tapmayan 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində əsas borcdan qalan hissənin olmasını iddia edərək həmin məbləği aylıq 15 faiz olmaqla 2020-ci ilin avqust və sentyabr aylarında onun aylıq məvacibindən tam şəkildə özünün 3801000BL1354217 hesab nömrəsinə köçürmüşdür. Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(058)-731/2017 nömrəli məhkəmə əmrinin “əmr verdim” hissəsində də aydın şəkildə ondan tutulacaq məbləğ 966,19 (doqquz yüz altmış altı manat on doqquz qəpik) manat məbləğində əsas və 481,17 (dörd yüz səksən bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.447,36 (bir min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti ardıcıllıqla qeyd edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə məhkəmə əmrində borcun tutulma ardıcıllığına belə əməl etməmişdir. O, xx xxxx 2019-cu il tarixədək hər ay əmək haqqından tutulmaqla borcu 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində qalana kimi öhdəliyinə tam əməl etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə tam əksinə olaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra öhdəlik üzrə faizləri silmədən, borcu barədə məlumat vermədən və həmin məlumatı problemli kreditlərin kompensasiyası cədvəlinə işləmədən qeyd edilən artıq Fərmana əsasən ləğv edilmiş icra sənədini xitam olunması üçün deyil, qanunsuz olaraq qəsdən yenidən təzələnməsi üçün Samux Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarmış, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsiri ucbatından ləğv edilmiş həmin icra sənədi üzrə borc və iş üzrə icra xərci də qanunsuz olaraq aylıq məvacibindən tam şəkildə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra borclu olduğu digər banklar xx xxxx 2019-cu il tarixinə olan əsas borcları barədə məlumatları vaxtında təqdim etdiyindən, həmin borclar problemli kreditlərin kompensasiyası cədvəlində də öz əksini tapmış, həmçinin devalivasiya ilə əlaqədar ayrılmış kompensasiya məbləği də həmin iki banka olan əsas kredit borclarının ödənişinə proporsional şəkildə yönləndirilmişdir. Əgər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia etdiyi 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində borcu əsaslı və qanunu borc idisə, bank bu barədə məlumatı məlum fərmandan sonra bütün normal banklar kimi mərkəzi bankın kredit reyestrinə salınması üçün tələb edilən vaxtda təqdim etsəydi, həmin məlumat problemli kreditlərin kompensasiyası cədvəlində də öz əksini tapmış olsaydı, hətta Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddia etdiyi kimi həmin 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində əsas borc olsa belə devalivasiya ilə əlaqədar ayrılmış kompensasiya məbləği olan 534 (beş yüz otuz dörd) manat məbləğində həmin borcu tam bağlamağa imkan verirdi və bu əməliyyat da icra oluna bilərdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019-cu il tarixdə həmin ilin fevral ayı üçün hesablanmış əmək haqqından xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı qanuni qüvvəyə mindikdən və onun əlində Samux Rayon İcra və Probasiya Şöbəsinin aylıq məvacibindən müvafiq tutulmaların dayandırılması barədə sənəd olmasına baxmayaraq, 80 (səksən) manat məbləğində vəsaiti hesab nömrəsinə köçürməsi və ya məbləğ həmin hesaba köçdükdən sonra bunu işlədiyi təşkilatın mühasibatlıq şöbəsinin səhvi olmasını iddia edərək bu məbləği də onun bir neçə dəfə banka rəsmi və qeyri-rəsmi müraciətinə baxmayaraq geri qaytarmaqdan imtina edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsiri ucbatından aylıq məvacibindən icra xərci kimi tutulmuş 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti də qanunla nəzərdə tutulmuş qaydada tutulma aylıq məvacibə yönləndirilərkən ilkin olaraq tutulmalı idi və həmin məbləğin vaxtında tutulmaması xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrasına başlanmasına qədər olan müddətdə saxlanması onun təqsiri ucbatından baş verməmiş və sonradan qanunsuz borcla birlikdə əlavə olaraq 102 (bir yüz iki) manat məbləğində icra xərcinin də aylıq məvacibindən tutulması tam əsassız və qanunsuzdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı qanuni qüvvəyə mindikdən və həmin Fərmanın tələblərinin icrası zamanı borclular haqqında informasiya mərkəzləşdirilmiş sistemə verilərkən bu informasiyanı qəsdən və ya səhvən təqdim etməmiş, bankın təqsiri ucbatından əslində mövcud olmayan həmin borc vaxtında ayrılmış kompensasiya məbləği əsasında tutulmamışdır. Müvafiq kiçik iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və eyni tarixdə icraata qəbul edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə etiraz göndərmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müvafiq etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, İddiaçı cavabdeh banka qarşı “tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(058)-731/2017 nömrəli məhkəmə əmrinə əsasən borclu İddiaçı cəmi 1.447,36 (bir min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat pul məbləğinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri sonradan icraya verilmiş və məcburi icra tədbiri olaraq borcun ödənilməsi borclunun iş yeri üzrə əmək haqqına yönəldilmişdir. 2017-ci il tarixdən borclunun əmək haqqından tutulmalar olmuşdur. Əmək haqqından tutulmalar nəticəsində borclu İddiaçı iş yerindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki cari hesabına 1.469 (bir min dörd yüz altmış doqquz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. Həmin pul vəsaitinin 1.467,36 (bir min dörd yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində hissəsi xx xxxx 2017-ci il tarixli, 2(058)- 731/2017 nömrəli məhkəmə əmri üzrə borcun ödənilməsinə silinmiş, qalan 1,64 (bir manat altmış dörd qəpik) manat məbləğində hissəsi isə cari hesabında qalmışdır. Müştəri cari hesabından həmin məbləği məxaric etməkdə sərbəstdir. Həmin məbləğ bankın sərəncamında deyildir. Hal-hazırda borclu şəxsin banka həmin kredit müqaviləsi üzrə borcu yoxdur. Daha sonra qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə tələb Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə yönəlməməlidir. Əmək haqqından tutulmalar nəticəsində borclu İddiaçı cari hesabına daxil olmuş vəsait icra sənədinin icrası ilə bağlı icra şöbəsinin borclunun iş yerinə göndərdiyi məktub əsasında yaranmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti borclu şəxsin əmək haqqından akseptsiz və ya digər formada tutma aparmamışdır. Bu səbəbdən artıq tutulmuş məbləğin bankdan tələb edilməsi əsassızdır. Bir daha qeyd edilməlidir ki, artıq daxil olmuş məbləğ cəmi 1,64 (bir manat altmış dörd qəpik) manatdır. Həmin məbləği də İddiaçı məxaric edə bilər. Digər tərəfdən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan hazırki kredit borcu (3801000BL1354217) Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmədiyindən onunla hər hansı restrukturizasiya müqaviləsi bağlanmamışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixə banklara və kredit təşkilatlarına borcu 17.000 (o yeddi min) manat məbləğindən çox olmuşdur. Bu səbəbdən onunla restrukturizasiya müqaviləsinin bağlanması qeyri-mümkün olmuşdur. Yuxanda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(005)-1067/2021 nömrəli qərardadı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etirazı təmin edilmiş, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(058)-731/2017 nömrəli məhkəmə əmrinin surətindən və məzmunundan görünür ki, borclu İddiaçı cəmi 1.447,36 (bir min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat pul məbləğinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır; İddiaçı müvafiq kredit müqaviləsi üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan cari hesabdan çıxarışın məzmunundan görünür ki, əmək haqqından tutulmalar nəticəsində borclu İddiaçı iş yerindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki cari hesabına 1.469 (bir min dörd yüz altmış doqquz) manat məbləğində pul vəsaiti daxil olmuş, həmin pul vəsaitinin 1.467,36 (bir min dörd yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində hissəsi Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(058)-731/2017 nömrəli məhkəmə əmri üzrə borcun ödənilməsinə silinmiş, qalan 1,64 (bir manat altmış dörd qəpik) manat məbləğində hissəsi isə cari hesabında qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(058)-731/2017 nömrəli məhkəmə əmrinə əsasən borclu İddiaçı cəmi 1.447,36 (bir min dörd yüz qırx yeddi manat otuz altı qəpik) manat pul məbləğinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri sonradan icraya verilmiş və məcburi icra tədbiri olaraq borcun ödənilməsi borclunun iş yeri üzrə əmək haqqına yönəldilmişdir. 2017-ci il tarixdən borclunun əmək haqqından tutulmalar olmuş, nəticədə borclu İddiaçı iş yerindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki cari hesabına 1.469 (bir min dörd yüz altmış doqquz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. Həmin pul vəsaitinin 1.467,36 (bir min dörd yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində hissəsi Samux Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(058)-731/2017 nömrəli məhkəmə əmri üzrə borcun ödənilməsinə silinmiş, qalan 1,64 (bir manat altmış dörd qəpik) manat məbləğində hissəsi isə cari hesabında qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı iddia ərizəsində iddia etdiyi 2020-ci ilin avqust və sentyabr ayları üzrə aylıq məvacibindən 15% həcmində tutulmuş 267,36 (iki yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində tutma və 102 (bir yüz iki) manat məbləğində icra xərci, habelə 2019-cu ilin mart ayında aylıq məvacibindən tutulmuş 80 (səksən) manat məbləğində pul vəsaitinin cavabdeh bankdan tutulması üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı iddia etdiyi müvafiq məbləğlərin tutulması tələbi ilə bağlı qeyd edir ki, müvafiq pul məbləğinin tutulması üçün hər hansı əsas olmadığından iddia tələbi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar