Məhkəmə qərarları › İş №2(005)-1080/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1080/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1080/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən onun xeyrinə 5.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdlr ki, 11 may 2021-ci il tarixdə “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili o Bakı şəhəri Yasamal rusunu kənar dairəvi küçəsi 20 saylı binanın arxasında yerləşən dayanacaqda saxlamışdır. Həmin dayanacaqda avtomobili park olunmuş vəziyyətdə olarkən naməlum şəxs (şəxslər) tərəfindən zədələnərək qəzalı vəziyyətə salınmışdır. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29 cu Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı 22 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, ilkin yoxlama materialı üzrə məhkəməəmtəəşünaslıq ekspetrizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13.10.2021-ci il tarixli, 9/6818 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin may və sentyabr aylarına olan təmir-bərpa xərci 5000 manat məbləğində təşkil edir. Hesab edir ki, cavabdehlər "xxxx" MTK və ‘"xxxx" MMC tərəfindən onun qanunla 01 iyun 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı əsl iddiaçı X2 ilə əvəz edilmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.10.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsinə əsasən HK-1/1975 nömrəli ilkin yoxlama materialı üzrə hər hansı bir şəxs (şəxslərin) hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, İlkin yoxlama materialı üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli, 9/6818 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin may və sentyabr aylarına olan təmir- bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3900 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3150 manat; Təmir-bərpa işlərinin qiyməti-750 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3225 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-2475 manat Tənıir-bərpa işlərinin qiyməti-750 manatdır. İlkin yoxlama zamanı Cavabdeh2 MMC tərəfindən daxil olmuş məktubdan görünür ki, Cavabdeh1 yaşayış binasının X4 küçəsinə baxan hissəsində açıq məkanda avtomobil dayanacağı mövcuddur, həmin dayanacaqdan bina sakinləri istifadə edir və bunun müqabilində aylıq ödəniş edilir. İlkin yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı 11 may 2021- ci il tarixdə park etdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisidir. Avtomobillər orada ödənişli əsaslarla saxlanılır. Ona görə də İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMC-nə qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşdə olan arayışdan görünür ki, Obyektin onlayn fəaliyyətinin dayandırılması ilə əlaqədar ərizədən görünür ki, Cavabdeh1 MTK 01.06.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, fəaliyyətinin bərpa ediləcəyi tarix 31.05.2023-cü il tarix göstərilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi 11 may 2021-ci il tarixdə “Mitsubishi Pajero” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil 11 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi küçəsi 20 saylı binanın arxasında yerləşən dayanacaqda park olunmuş vəziyyətdə olarkən naməlum şəxs(şəxslər) tərəfindən zədələnərək qəzalı vəziyyətə salınmışdır. Bununla bağlı iddiaçı tərəfindən Yasamal RPİ-nə müraciət edilmişdir. Aparılmış araşdırma ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən onun xeyrinə 5.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı 11 may 2021- ci il tarixdə park etdiyi avtomobil Cavabdeh2 MMC-yə məxsus duracaq ərazisidir. Avtomobillər orada ödənişli əsaslarla saxlanılır. Avtomobillərə dəymiş zərərlə baglı cavabdehliyi Cavabdeh2 MMC daşıyır. Bu halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 MMC-dən ona dəymiş maddi zərəri tələb etməkdə haqlıdır. Məhkəmə maddi zərər tələbini ekspert rəyində göstərilən həcmdə, yəni 3900 manat məbləğində əsaslı hesab edir. Digər Cavabdeh1 MTK-ya münasibətdə isə məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh2 MMC-dən maddi zərərin əvəzi kimi 3.900 (üç min doqquz yüz) manat iddiaçı X1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən maddi zərərin əvəzi kimi 3.900 (üç min doqquz yüz) manat iddiaçı X1 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar