Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1086/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 23 yanvar 2023-cü il Bakı şəhəri Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdeh «BAYBURT GRUP İNŞAAT NAKLİYYAT MADENCİLİK İTHALAT İHRACAT SANAYİ VƏ TİCARET ANONİM ŞİRKETİ»-nə qarşı istehsalat qəzası nəticəsində həlak olmuş şəxsin ödənclərinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «BAYBURT GRUP İNŞAAT NAKLİYYAT MADENCİLİK İTHALAT İHRACAT SANAYİ VƏ TİCARET ANONİM ŞİRKETİ»-nə qarşı istehsalat qəzası nəticəsində həlak olmuş şəxsin ödənclərinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini imzalamadan məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh «BAYBURT GRUP İNŞAAT NAKLİYYAT MADENCİLİK İTHALAT İHRACAT SANAYİ VƏ TİCARET ANONİM ŞİRKETİ»-nə qarşı istehsalat qəzası nəticəsində həlak olmuş şəxsin ödənclərinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «BAYBURT GRUP İNŞAAT NAKLİYYAT MADENCİLİK İTHALAT İHRACAT SANAYİ VƏ TİCARET ANONİM ŞİRKETİ»-nə qarşı istehsalat qəzası nəticəsində həlak olmuş şəxsin ödənclərinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1086/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1086/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver